02.08.13

İxtiralar və kəşflər.

İnsan şüurunun inkişafı sonsuz bir prosesdir və bu proses böyük ixtiralara və kəşflərə səbəb olmuşdur. İxtira insan beyninin və əməyinin məhsulu, kəşf isə mövcud olan, lakin insanlara bəlli olmayanın tapılmasıdır. İxtira və kəşflər yaşamağı asanlaşdırır, həyatı rahat edir. Kəşf və ixtiralar tarixində ədalətsizliklər, təsadüflər çox olmuş, kəşf və ixtiranı müəllifi deyil, digərləri mənimsəmiş, bir çox ixtiraçılar haqsız olaraq unudulmuş və ya ixtirasının, kəşfinin bəhrəsini görmədən ölmüşdür.

Milyon il bundan əvvəi insanlar ilk kəşflərini etdilər, daşdan əmək alətləri və silah hazırlamağa başladılar.

Təxminən 800 min il bundan əvvəl isə insanlar od əldə etdilər.
Bizim eradan əvvəl XII minillikdən VIII minilliyə qədər dövrdə buzların əriməsilə təbiətdə ciddi dəyişikliklər yaranması iri və ləng hərəkətli heyvanlar məhvinə və iti yerişli heyvanlar artmasına səbəb oldu. Bu heyvanları oxlamaq üçün, insanlar yeni vasitələr, sapand və yay-ox ixtira etdilər.

10000-9000 il bundan əvvəl, yabanı bitki toxumlarının cücərdiyini müşahidə edən insanlar, torpağı yumşaldıb taxıl dənini səpməyi kəşf etdilər və beləliklə əkinçilik başlamışdır.
Məhsulun yığılması üçün isə ilk əkinçilik aləti olan oraq ixtira edildi. İlk orağın dəstəyi ağacdan, tuyəsi isə itilənmiş heyvan sümüyündəndüzəldilmişdir.
9000-8000 il bundan əvvəl ovçular heyvanları əhliləşdirmiş və heyvandarlığın əsası qoyulmuşdur.

Uzun müddət unsanların geyimi heyvanların dərisi olmuşdur. Bizim eradan əvvəl VII-VI minilliklərdə yundan düzəldilmiş iplikdən toxuculuq öyrənilmişdir. Sonradan Hundustanda pambıq kəşf edilmişdir. III minillikdə isə çinlilər baramadan ipək hazırlamağın yolunu tapdılar.


Eramızdan əvvəl mis kəşf olunmuş və daş alətlər mis alətlər ilə əvəz olunmuşdur. Daha sonralar tuncdan istifadə edilmişdir. Tunc çətin başa gəldiyi üçün daha çox tapılan metal (“metal” – yunan sözü olub, “axtarmaq”, “tapmaq” mənasını verir), axtarmaq lazım gəlir. Beləliklə eramızdan əvvəl II minillikdə dəmir kəşf olundu. Dəmirin kəşfi elmi-texniki tərəqqinin əsasını qoydu.


Alış-verişi, mübadiləni asanlaşdırmaq üçün insanlar yeni vasitədən puldan istifadə etməyə başladılar. İlk metal pullar eramızdan əvvəl VIII əsrdə Lidiyada və Midiyada hazırlanmışdır. Kağız pullar dövlət səviyyəsində ilk dəfə kağızın vətəni olan Çində tətbiq edilmişdir. 1640-cı ildə ingilis tacirlərinin London qülləsində saxlanılan 130 min funt dəyərində qızılları oğurlandıqdan sonra dünyada kağız pulların geniş tətbiqinə başlanıldı.


Eramızdan əvvəl IV minillikdə misirlilər şüşə istehsal etməyə başladılar. Şüşə çətin istehsal olunduğu üçün, ilk vaxtlar ondan ancaq bəzək əşyaları kimi istifadə edilmişdir.


İlk təqvim olan Ay təqvimi eramızdan əvvəl III minillikdə şumel və babil kahinləri tərəfindən hazırlanmışdır. Eramızdan 2780 il əvvəl isə misir kahinləri tərəfindən 365 gündən ibarət il təqvimi tərtib edilmişdir. Müasir təqvimin ilk forması eramızdan əvvəl, I əsrdə Romada qəbul edilmişdir.


Təxminən 3500 il qabaq, Mesopotamiyada təkərin icad olunması güman edilir və təkərin ixtirası nəqliyyat vasitələrinin yaranmasına gətirib çıxardı.
Eramızdan əvvəl 105-ci ildə, tarixdə ən mühüm ixtiralardan biri baş verdi, çinli Tsay Lun tərəfindən kağız ixtira edildi.
İnsanların səmti dəqiq müəyyən edən cihaza ehtiyacları yarandıqda, XI əsrdə Çin memarı və tarixçisi Çen Qua tərəfindən kompas ixtira edilmişdir.

İlk eynək 1280-cı ildə İtaliyada ixtira olunmuşdur. Bu ixtiranın müəllifi Salvinio delli Armati olmuşdur.
1492-ci ildə Xristofor Kolumb tərəfindən Amerika qitəsi kəşf edilmişdir. Kolumb ömrünün sonuna qədər yeni qitə kəşf etdiyini bilmədi.


Hələ eramızdan əvvəl 700-cü illərdə Orta Şərqdə böyüdücü linzalardan istifadə edilmişdir, 1592-ci ildə isə italyan alimi Qalileo Qaliley ilk dəfə teleskop düzəltmişdir. İlk mikroskop isə XVI əsrin sonunda holland Hans Yansen tərəfindən hazırlanmışdır.


VII əsrdə insanlar küləyin gücündən istifadə etməyə başladılar və İranda yel dəyirmanları ixtira olundu.


VIII əsrdə Çin əlkimyaçısı Sun Simyao tərəfindən barıt ixtira edilmişdir.
İlk hava şarı 1783-cü ildə, Fransada Jozef və Etyen Monqolfye qardaşları, ilk dirijabl Anri Jaffer, ilk təyyarə isə 1903-cü ildə Uilbir və Orvil Rayt qardaşları tərəfindəndüzəldilmişdir.


1770-ci ildə fransız mühəndisi Künyo arabaya buxar maşını qoşmuş və arabasını “avtomobil” adlandırmışdır.


1784-cü ildə ingilis mexaniki Ceyms Uatt tərəfindən buxar mühərriki ixtira edilmişdir. Daxili yanacaq mühərriki ilə işləyən avtomobilin ixtiraçıları isə Karl Bens və Qotlib Daymler olmuşlar.


İlk paroxod XVIII əsrin 80-cı illərində fransız ixtiraçısı Klod d”Abban tərəfindən düzəldilmiş, ilk sualtı qayıq isə XVII əsrdə Kornelius Van Drebbel tərəfindən hazırlanmışdır.


İlk lokomotiv 1804-cü ildə yaradılmışdır. İlk elektrik lokomotivinin ixtiraçısı isə 1879-cu ildə mühəndis Ernst fon Simens olmuşdur.


1837-ci ildə ingilis Uilyam Kuk və Çarlz Uiltson tərəfindən ilk elektrik teleqrafı ixtira edilmişdir, 1843-cü ildə isə amerikalırəssam samuel Morze teleqraf üçün xüsusi əlifba, Morze əlifbası icad etdi


Dinamitin kəşfi (1863-cü il) isveçli alim Alfred Nobelin adı ilə bağlıdır.


1895-ci ildə Ogust və Lui Lümye qardaşları “kinemotroqraf” qurğusunu düzəldib, özlərinin 10 ədəd filmlərini nümayiş etdirməklə kinemotraqrafiyanın əsasını qoydular.



İlk telefon 1876-cı ildə amerikalı alim Aleksandr Qraham Bell tərəfindən ixtira edilmişdir. İlk mobil telefon isə 1983-cü ildə “Motorolla” şirkəti tərəfindən satışa çıxarılıb. Mobil telefonun ixtirası mühəndis Martin Kuperin adı ilə bağlıdır.


Radionun ixtirası 1890-cı illərə təsadüf edir və iki alimin, rus alimi Aleksandr Popovun və italyan alimi Qullyelmo Markoninin adı ilə bağlıdır. Henrix Hertsin elektromaqnit dalğaları haqqında nəzəriyyəsi radionun ixtirasında mühüm rol oynamışdır.

İlk vakkum tozsoranı ingilis mühəndisi K.Hubert tərəfindən 1902-ci ildə icad olunmuş və “Britiş Vakkum Kompani” şirkətinin əsası qoyulmuşdur. İlk tozsoranlar böyük və ağır olmuşdur. 1908-ci ildə ABŞ alimi Myurrey Spenqler yeni yüngül tozsoran hazırlamışdır.
İlk termos 1892-ci ildə Oksford universitetinin alimi Ceyms Devar tərəfindən icad olunmuşdur.


İlk paltaryuyan maşın 1899-cu ildə almaniyalı Karl Miller tərəfindən hazırlanmışdır. Elektriklə işləyən ilk paltaryuyan maşın isə amerikalı mühəndis Alva Fişer tərəfindən ixtira olunmuşdur.

Almaniyalı mühəndis Karl fon Linde tərəfindən ilk məişət soyuducusu icad olunmuşdur. Onun soyuducusu buxar mühərriki ilə işləyirdi. İlk elektrik soyuducusu 1923-cü ildə isveçli mühəndislər Balsferon fon Platen və Karl Muntes tərəfindən icad olunmuşdur.

1833-cü ildə ingilis alimi Çarlz Beddis istənilən hesablama aparan universal avtomatlaşdırılmış maşın hazırladı. Buna qədər fransız riyaziyyatçısı Bler Paskal 1642-ci ildə ilk hesablama maşını ixtira etmişdir, lakin Paskalın maşını yalnız toplama üçün yararlı idi.
İlk elektron komputeri Con Atanasov ixtira etmişdir. İkinci belə komputer Con Moçli və Con Ekkert tərəfindən 1945-ci iidə ABŞ ordusu üçün yaradılmış “Elektron rəqəmli komputer” olmuşdur.
1994-cü ildə yeni WWW (World Wide Web) - “ümumdunya hörümçək toru” adlanan yeni texnologiya tətbiq olunmağa başlandı. İnternet adlanan bu şəbəkə hazırda bütün dünyanı əhatə edir.


 Mənbə:http://sayt.ws/mauqli/engine/print.php?newsid=25056