12.03.2014

Azərbaycan tarixi və Ümumi tarix dərslərində IKT-dən və əlavə materiallardan istifadə etməklə dərsin təşkili

Cəmiyyətimizin bütün sahələrində yeniliklərin tətbiq olunduğu bir dövrdə təhsilimiz də bu yeniliklərdən kənarda qalmır. Respublikamız müstəqillik, qazandıqdan sonra dünya standartlarına cavab verən bir təhsil sisteminin qurulması bu yolda dünya təcrübəsinə əsaslanan yeniliklərin tətbiq olunması bu günkü təhsilimizin təməlini təşkil edir. Yeni təlim teexnologiyalarının məktəbə yol açması, fəal təlim metodlarının təlimdə yer alması şagirdlərin təfəkkürünü inkişaf etdirərək onlardakı passivliyi aradan qaldırır. Artıq şagirlərdə sərbəst fikir formalaşdıraraq mühakimə yürütmək bacarıqları xeyli inkişaf edib. Tarix dərslərinin tədrisi zamanı daha çox şifahi nitqin formalaşması baxımından faktların səlist ifadə olunması, analiz edilərək hadisələrin inkişafının qiymətləndirilməsi şagirdlərin bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.
Bu günün müəllimi şagirdin marağını fənnin öyrənilməsinə yönəltmək üçün 5-11 siniflərdə prezentasiyalardan geniş istifadə etməlidir. Bu cür yanaşma dərslərin ənənəvi üsulla tədrisindən uzaqlaşmaqla yanaşı, şagirdlərdə fərdilik və yaradıcı yanaşmanı da inkişaf etdirir. Prezentasiyaların hazırlanması ciddi və yaradıcı prosesdir. Orada hər element düşünülərək şagirdin qavraya biləcəyi tərzdə təqdim olunmalıdır. PowerPoint proqramı dərslərdə xəritələrin, rəsmlərin, tarixi şəxslərin portretlərinin , videofraqmentlərin , dioqramların təqdim edilməsinə, internet isə bu və ya digər məlumatların tapılıb istifadə edilməsinə imkan yaradır.
Bu imkanlardan yararlanaraq milli kurikulumun tətbuq edilmədiyi 7 – 11-ci siniflərdə ənənəvi dərs prosesində İKT-dən və interaktiv təlim metodlarından istifadə şagirdlərin dərsə marağını artırmaq olar.

Bir ənənəvi dərs zamanı şagirdlərimdən biri əl qaldıraraq bir təklifi olduğunu söylədi. O, sərbəst şəkildə fikrini bildirərək dedi ki, “ ... biz kitabdakı məlumatları elə özümüz də oxuyub öyrənə bilərik, yaxşısı budur ki, siz , kitabda olmayan məlumatları bizə deyin, ya da mənbə deyin, biz özümüz araşdırma – tətqiqat aparaq.” Sinifdə fikir ayrılığı yarandı, bəziləri onunla razılaşdı, bəziləri yox. Hər iki tərəfə fikrini əsaslandırma imkanı yaradıldı ,təbii ki mütərəqqi fikir üstünlük qazandı.
Ümumilikdə götürdükdə, tarix fənni sirrli maraqlı faktlarla doludur.Sadəcə bir qədər vaxt sərf edib dərsin mövzusunu əhatə edən faktları əldə e tmək, onları şagirdlərin diqqətinə çatdırmaq mövzunun mənimsənilməsinə müsbət təsir göstərir. Bu zaman şagirdlərin istəyini və hal-hazırki texnoloji inkişafın istənilən məlumatı əldə etmək imkanını nəzərə alsaq, ənənəvi dərsləri müasir tələblərə cavab verə biləcək səviyyədə quraraq təlimin ktyfiyyətini yüksəltmək olar.
Bütün fənnlərdə olduğu kimi tarix fənnində də hər bir mövzunun tədrisi özünəməxsus öyrətmə tərzi tələb edir. O cümlədən, İKT-dan istifadə etməklə və əlavə materiallar əsasında mövzunun tam mənimsənilməsinə və şagirdlərin yaddaşına həkk olunmasına nail olmaq mümkündür. Məsələn: dərslər ənəəvi üsulla tədris edilərkən 6-cı sinifdə Ümumi tarixi fənnindən proqrama “Əhəmənilər dövləti” mövzu yerləşdirilib. Mətnin sonunda dövlətin süqut olması yalnız bir cümlə ilə qeyd olunub. Burada Makedoniyalı İsgəndərin adı çəkilir və şagird televiziyada yayınlanan filmlərdə bu şəxsiyyət haqqında məlumatı olduğuna görə daha dəqiq məlumat istəyir. Orada göstərilirdi ki, “Əhəmənilər imperiyası III Daranın hakimiyyəti dövrünə Makedoniyalı İsgəndərin Şərqə yürüşü nəticəsində e.ə 330-cu ildə süqut etdi”. Niyə? Şagirdi bu sual düşündürür: Nə baş verdi? Hadisələrin inkişafı şagirdə maraqlıdır. Dərslikdə səbəb göstərilmir, deməli, səbəbi şagird özü axtarmalıdır. Sinifdə İKT-nin köməkliyi ilə axtarış verilir və şagirdlər cavabı müəyyən edirlər: ” ...E.ə.331-ci ilin yazında İsgəndər yenidən Asiyada göründü. Yunan-Makedoniya qoşunları Fərat və Dəclə çaylarını keçib Arbela yaxınlığında Qavqamela kəndinin ətrafında düşərgə saldılar. E.ə. 331-ci il oktyabrın 1-də burada İsgəndər qoşunları ilə III Daranın qoşunları arasında üçüncü vuruşma oldu. Qavqamela vuruşması nəinki qədim dövrün ən iri vuruşmalarından biri, həm də makedoniyalı fatehin bütün vuruşmalarının ən çətini idi. III Daranın orduları darmadağın edildi. Şah bir neçə satrapla və kiçik bir qoşun dəstəsi ilə Madanın paytaxtı Ekbatanaya qaçdı… Əhəməni dövlətinin həyati əhəmiyyətə malik mərkəzlərinin hamısının yolu İsgəndərin üzünə açıldı. Persepoldakı şah sarayı yandırıldı.Lakin son dərəcə ağır tələfata baxmayaraq, III Dara hələ qisas almaq ümidində idi və Madada qoşun toplamağa başladı. III Dara İsgəndərlə mübarizəni məhz Madada davam etdirmək ümidində idi. O, Madada yeni qoşun toplamağa çalışırdı və bu işdə müəyyən uğurlar qazanmışdı. Lakin bir qədər sonra vəziyyət dəyişdi. Aydınlaşdı ki, kadusilər və skiflər III Daranın tərəfini saxlamırlar. Məhz buna görə III Dara Ekbatananı tərk edib monarxiyanın şərq əyalətlərinə qaçdı və tezliklə orada öz köməkçisi Bess tərəfindən öldürülü.” Dərsin gedişində İkt-dən istifadə etməklə qurulan dərsdə mövzuya aid əlavə faktların öyrənilməsi şagirdlərin yaddaşına həkk olunur: o dövrdə Əhəmənilər imperiyasının tərkibindəki xalqlar onlara edilən zülmün nəticəsində Əhəməni qoşununda vuruşmaqdan imtina edirlər.
Müasir dövrün inkişaf tempini nəzərə alaraq bu gün məktəbin qarşısında cəmiyyətə düşünən, yaradıcı tətbiqetməni bacaran, sərbəst fikir söyləməklə yanaşı onu əsaslandıran şəxsiyyərlər yetişdirmək vəzifəsi durur. Şagirdin 11 il ərzində əldə etdiyi bilik və bacarıqlar, yaddaşına həkk olunmuş faktlar gələcəkdə harada olmasından asılı olmayaraq onun baza biliklərini təşkil edir. Müasir üsulla təşkil edilən dərs prosesində müəllim-şagird baryeri aradan qaldırılır. Belə bir şəraitdə İKT tətbiq edən müəllimin şagirdlərlə münasibəti daha səmimi olur. Şagird belə müəllimi özünə daha yaxın bilir, onunla informasiya mübadiləsi edir, əlavə tədqiqat aparmaq üçün istiqamətin müəyyənləşdirməsini müzakirə edir, digərlərindən fərqlənmək və uğur qazanmaq üçün məsləhətlər alır. Belə işgüzar şərait onların bilik və bacarıqlarının inkişafı ilə yanaşı tədqiqat apararaq yeni faktları əldə edib, bunun üzərində fikir yürütmək bacarıqlarının yaranmasına da imkan verir. Müasir dərsin bu gün qarşımıza qoyduğu tələb şagirdə axtarış aparmaq, dərk etmək, tətbiq etmək və s. bacarıqları aşılamaqdır.
Yeni bilikləri şagirdlərə yalnız öyrətməklə kifayyətlənmək olmaz. Öyrəndiklərini yadda saxlamaları üçün onlara uyğun şərait yaratmaq, xüsusən də tarix dərslərində maraqlı strategiyalar tətbiq etməklə verilən bilikləri möhkəmləndirmək daha faydalı olar. Məsələn: 8-ci sinif Azərbaycan tarixi proqramında “Azərbaycan Çobani və Cəlairilərin hakimiyyəti altında” adlı mövzu vardır. Bu mövzuda Məlik Əşrəfin Qızıl Orda xanı Canı bəy tərəfindən taxtdan salmasından bəhs edilir. Dərslikdə Məlik Əşrəfin edam olunduğu yazılır. Amma hadisələrin necə cərəyan etməsi, təbii ki, açıqlanmır (əgər hər baş verən hadisənin açıqlaması və izahı salnamələrdə verildiyi kimi açıq şəkildə yazılsa, mövzu çox böyük alınar ki, bu da şagirdin qavraması üçün çətinlik törədər ). Bu mövzunu tədris tdərkən Vaqif Piriyevin “Azərbaycan XIII – XIVəsrlərdə” adlı kitabından bir mənbə kimi istifadə edərək, oradakı salnamələrdə əks olunmuş edam səhnəsini şagirdlərin nəzərinə çatdırmaq şagirdlərdə böyük maraq doğurar. Bu zaman şagirdlər dəqiq öyrənirlər ki, Məlik Əşrəf Canı bəy tərəfindən edam edilməyib. Çünki, mənbədə yazılır: ” ...Canı bəy Məlik Əşrəfi öldürmək fikrində deyildi, onu öz ölkəsinə ( Qızıl Ordaya) aparmaq istəyirdi. Lakin, şirvanşah Kavus, Qazi Məhiyyəddin Bərdəyi və başqa yerli feodallar bildirirlər ki, Əşrəf öldürülməsə əhali mübarizədən əl çəkməz və iğtişaş baş verər. Canı bəy fikrindən dönür və Əşrəfi onların sərəncamına verir. Məlik Əşrəf edam olunmaq üçün meydana gətirilir. Yolda təbrizlilər onu cəlladın əlindən alır, atdan çəkib yerə atırlar, böyrünə xəncər sancırlar,...Əşrəfin edam mərasimi təbrizlilərin şadlıq bayramına çevrilir. Əhali dəstə-dəstə Marağalılar məscidinə tərəf axışır və Əşrəfin asılmış başına lənətlər yağdırırdılar” (2, səh 156). Hadisələrin salnamələrdə əks olunmuş təsviri şagirdlərin yaddaşından silinməyəcək, Hülakülər dövlətinin süqutunu həmişə dəqiqliklə yadda saxlayacaqlar. Burada şagirdin diqqəti faktların dəqiqliyinə, yəni əslində Məlik Əşrəfin ölümü və bununla da Hülakülər dövlətinin süqutunun hansı şəraitdə baş verməsinə yönəldilir. Baxmayaraq ki, Məlik Əşrəf Hülakü nəslinin nümayəndəsi deyildi, amma onun ölümü ilə dövlətin də faktiki varlığına son qoyuldu. Bu fakt şagirdlərin diqqətinə çatdırılmaqla əqli nəticə əldə edilir.
Təcrübə göstərir ki, dərsdə müxtəlif təlim üsullarından istifadə etmək, İKT-dən əldə edilən məlumatlarla yanaşı müxtəlif ədəbiyyatlarla da işləmək təlimin keyfiyyətinin yüksəldilməsinə xidmət edir, şagirdlərin fəallığını artırır. Onların bu fəallığını daha da artırmaq məqsədilə növbəti dərslərin gedişində araşdırmanın aparılmasını şagirdlərin özlərinə həvalə etmək təlimin səmərəliliyini daha da artırır. Hər dəfə yeni məlumat müəllim tərəfindən təqdim edilərsə, şagirdlərin araşdırma aparmaq bacarığı inkişaf tdə bilməz. Odur kl, sinifə müraciət edərək ev tapşırığında “Keçilən mövzu ilə əlaqədar daha maraqlı, və fərqli məlumatlar əldə etməklə kim təqdimat hazırlaya bilər? “ - deyə müraciət etdikdə, şagirdlər arasında elmi rəqabət yaranır. Gələn dəfə üçün hər kəs elə bir təqdimat nümayiş etmək istəyir ki, fərqli və maraqlı olsun. Bununla da şagirdin fənnə olan marağı və istəyi daha da artmış olur. Yaradıcı yanaşmanı inkişaf etdirmək məqsədi ilə şagirdlərə prezentasiyaların hazırlanması, vebsaytların yaradılması, elektron testlərdə biliklərini sınamaq kimi metodlar təklif edilir. Bu zaman şagirdlər bir-birindən fərqli individual olaraq işlər təqdim etməyə çalışır, bu isə onlarda fənnə olan marağı daha da artırır.
Şagirdlər yarışmanı sevir, ona görə də onlara bir yarışma elan edib, təqdim edəcəkləri işəri də elə məhz özlərinin qiymətləndirməsini həvalə etməklə təlim prosesini bir qədər də canlandırmfq olar . Təqdimatları ya qruplar şəklində, ya da fərdi individual olaraq təqdim edə bilərlər. Əsas odur ki, dəqiq faktlara söykənən, ətraflı, fərqli bir iş olsun. İndiki nəsl kompyüterlə işləmək bacarığına görə özündən əvvəlki nəsilləri çox geridə qoyub. Bəs niyə onların bu bacarıqlarını təlimə yönəltməyək? Şagird kompyüter biliklərindən təlimin bir çox mərhələlərində istifadə tdə bilər:
1.Yeni materialların izah olunmasında,
2.Aldığı məlumatların möhkəmləndirilməsində,
3.Təkrar edərkən(onlayn testlər və s.)
4.Kiçik və böyük summativ qiymətləndirilmələrdə.
Bu vaxt şagird müxtəlif funksiyalar yerinə yetirmiş olur:
1.Kollektiv əməkdaşlıq,
2.Oyun şəklində dərsin mənimsənilməsi,
3. Bir-birini dinləmə bacarığına yiyələnmək,
4 .Qiymətləndirilmədə şəfaflığa alışmaq
Kompyüterdən istifadə etməklə şagird:
1.Müəllimin köməyi olmadan informasiya əldə edə bilir,
2.Multimediadan istifadə etməklə sərbəst iş yaradır,
3.Fərdi informasiya mühitinə sahib olur,
4.Biliyinin möhkəmləndirilməsi üçün məşq edir,
5.Özünü qiymətləndirməyi bacarır.
Məlumdur ki, kurikulumun tətbiqi bu dərs ilindən (2013/ 2014) 6-cı sinifləri əhatə edir. 7 – 11-ci siniflərdə oxuyan şagirdlərin kurikulum sistemində dərs keçmək kimi bir vərdişləri olmadığından, onlar üçün bir növ ənənəvi dərs və müasir dərsin vəhdətini təşkil edən dərs prosesinin təşkili məqsədəuyğundur. Doğrudur, onlarda müasir dərs vərdişi ibtidai siniflərdən formalaşmayıb, amma bugünki şagirdlərin kompyüter biliklərini nəzərə alaraq müasir dərs sistemini onlara da tətbiq etmək olar. Plutarx deyib: ”Şagird qab deyil ki, onu doldurasan, o məşəldir, onu yandırmaq lazımdır”. Müasir təlimə keçid dövründə bu şagirdləri kənara qoyub onlarla yalnız ənənəvi üsulda dərs keçməklə biz onları” itirmiş” olarıq. Amma əksinə müasir üsulları onlara da tətbiq etdikdə bəhrəsi qənaərbəxş olur. Bu cür dərs prosesində sinifdə passiv şagirdlər belə diskusiyada iştirak etməyə can atır, dəyərli fakt söyləyə bilməsi üçün araşdırma aparır. Bunu şagirdlərin dərsə münasibətində açıq aydın görmək mümkündür, irəliləyiş varsa inkişaf da vardır.

Məqalənin elmi yeniliyi ondan ibarətdir ki müəllif tarix dərslərində 7-11 ci sinif şagirdlərini tədqiqata cəlb etməklə UKT dən əlavə digər yazılı mənbələrdə istifadə etməklə şagirdlərin yaradıcılığı axtarış təfəkkur qabiliyyətlərinin inkişafına təkan verən üsulları şərh etmişdir.
Məqalənin praktik əhəmiyyəti və tətbiqi. Məqalədə irəli sürülən müddəalarda göstərilən təlim üsullarından yuxarı siniflərdə dərs deyən tarix və digər humanitar fənn müəllimləri faydalana bilər.
Nəticə etibarilə qeyd etməliyik ki istər kurikulum tətbiq edilən siniflərdə istərsə də 7-11-ci siniflərdə keçirilən ənənəvi dərslər zamanı İKT və yeni təlim metodlarından istifadə etməklə təlim keyfiyyətini artırmaq olar.


Istifadə edilmiş ədəbiyyat.

1.V.Əliyev, İ.Babayev,A.Məmmədova” Ümumi tarix”, Bakı,”Aspoliqraf”, 2013.
2. Piriyev Vaqif. Azərbaycan XIII-XIV əsrlərdə, Bakı, “Nurlan”, 2003.
3. Sadıqov F.B Pedaqogika, Biznes Universitetinin nəşri. Bakı, 2006.
4. Paşayev Ə.X. Rüstəmov F.A. Pedaqogika “Çaşıoğlu” Bakı 2002.

Гюльтекин Рустамова
Организация уроков по истерии Азербайджана и всеобщей истории с применением ИКТ и дополнительных материалов.
Резюме
В статье автор отмечает, что внедрение новых технологий обучения, использование методов интерактивного обучения развивает мыслительную деятельность учащихся. У них формируется способность самостоятельно пополнять свои знания, проводить исследования. Далее автор отмечает большую роль презентаций, которую можно проводить в 5 – 7 классах при изучении истории. Для этого используются как ИКТ так и дополнительные материалы, разные источники.
В статье так же отмечается эффективность сотрудничества учителя с учащимися и их совместной работы в поиске решений поставленной задачи. Предлагается внедрять методы интерактивного обучения на традиционных уроках. Отмечается так же, на таких этапах обучения учащиеся могут использовать информации, полученные по интернету, и какие функции при этом они будут выполнять.

Rustamova Gultakin
The organization of lessons on istorii Azerbaijan and world history with the use of ICT and other materials.
Summary
The author notes that the introduction of new learning technologies , the use of interactive methods developed cognitive activities of students. They formed their own ability to improve their knowledge , to conduct research . The author further notes the important role of presentations, which can be done in 5 - 7 classes in the study of history. It uses ICT as well as additional material from many sources.

The article also noted the effectiveness of cooperation with teachers and students work together to find solutions to the problem. It is proposed to introduce interactive teaching methods in the traditional classroom. It is noted in the same way on these stages of learning , students can use the information obtained from the Internet, and what functions do they will perform.



Gültəkin Rüstəmova
S.Bəhlulzadə adına Xarici
Dillər Təmayüllü Gimnaziyanın
tarix müəllimi
E-mail gultekin_xdtg@box.az
Rəyçi: Namiq Əliyev
tarix üzrə fəlsəfə doktoru