19.03.14

Kürdəmirdə Novruz şənliyi


Həyatın,təbiətin,torpağın,ruhun oyanışı olan bahar fəsli,Novruz bayramı hər gəlişi ilə insanlara sevinc,fərəh bəxş edir.Kürdəmir rayonun sakinləridə yurdumuza qədəm qoyan baharın,qədim Novruzun xoş ovqatı ilə yaşayırlar.Bu münasibətlə martın 18-də rayonun Heydər Əliyev Parkında Kürdəmir rayon İcra Hakimiyyətinin rəhbərliyi altında keçirilmiş Novruz şənliyi bunu bir daha təsdiq etmişdir.El şənliyində rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri,idarə,müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyəti nümayəndələri, ağsaqqallar və ziyalılar,məktəblilər,gənclər, eləcədə rayonda məskunlaşmış məcburi köckün və qaçqınlar iştirak etmişlər.


Bayram mərasiminin daha da gözəlləşdirdiyi parkın hər yerində çal-çağır sədaları eşıdılırdi.Gözəl baharı,təravətli Novruzu vəsf edən şeirlər, mahnılar ,milli geyimli,əli xonçalı qız gəlinlər ,nurlu anaların bişirdiyi ləziz təamlar,yaşıl səmənilər Novruz bayramına xüsusi çalarlar bəxş edirdi.


Parkın xiyabanları boyunca sıralanmış və rayonun ayrı-ayrı kəndlərini təmsil edən guşələr öz zəngiliyi və əlvanlığı ilə diqqəti cəlb edirdi.Nümayiş etdirilən qədim məişət əşyaları xalqımızın,el-obamızın zəngin tarixi keçmişindən xəbər verirdi.Əli bərəkətli ana-bacılar bayram mərasiminə gələnləri növbənöv dadlı şirniyyatlara,ətirli çay süfrəsinə dəvət edirdilər.
Məktəblilərin əl işlərindən ibarət rəsm sərgiləri baharın,Novruzun əlvan çalarlarını əks etdirməklə baxanlarda böyük zövq oyadırdı.Musiqi sədaları altında meydangirlik edən idmançılar,sinələrində ağır daşları oynadan pəhlivanlar,maraq dolu həyəcan yaradan kəndirbazlar,qədim milli oyun mərasimləri ,milli adət və ənənələrimiz əks etdirən digər meydan tamaşaları insanlardakı bayram əhval -ruhiyyəsini dahada artırırdı.Birbirindən gözəl xalq musiqi və rəqsləri ,muğam və aşıq mahnıları bayram ab-havasına xüsusi rəng qatırdı.


Mərasimdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev Novruz bayramı münasibəti ilə rayon sakinlərini təbrik etdi,onlara həyatda və əməli fəaliyyətdə daha böyük uğurlar arzuladı.İcra başçısı Ulu öndərimiz Heydər Əliyevin bugünə hesablanmış apardığı uğurlu siyasəti ehtiramla xatırladı.Qeyd etdi ki, bu müdrük siyasət nəticəsində Novruz bayramı öz qədim tarixi ənənəsinə qovuşmuş,onun əhatə dairəsi xeyli genişlənmışdır.Ulu öndərin siyasi kursunun davamçısı İlham Əliyev və onun xanımı Mehriban Əliyeva Ümummilli liderin yaratdığı bu ənənəni yeni müstəvidə daha da genişləndirir,Novruz bayramına yeni-yeni məna çalarları bəxş edirlər.Bu diqqət və qaygının nəticəsidir ki,Novruz bayramı YUNESKO-nun qeyri maddi - mədəni irs siyahısına daxil edilmişdir.



Bayram mərasimi Heydər Əliyev Parkında yeni inşa edilmiş “Yaşıl teatr”da rayonun incəsənət ustalarının iştirakı ilə verilən maraqlı konsert proqramı ilə davam etmişdir.