29.01.2014

XIV əsrin sonu - XV əsrin əvvəllərində Azərbaycanın siyasi vəziyyəti

Bəhs etdiyimiz dövrdə Cənubi Qafqaz, Yaxın və Orta ġərqin siyasi vəziyyətində bir sıra mühüm amillər əsaslı rol oynadı. Bunlardan ən başlıcası Azərbaycanın və qonşu ölkələrin Teymurun dağıdıcı basqınlarına məruz qalması idi. Bu zaman Azərbaycanın şimalında Şirvanşahlar dövləti I İbrahimin (1382-1417) hakimiyyəti altında müəyyən iqtisadi-siyasi tərəqqiyə nail olmağa başladı. I İbrahimin ağıllı və təmkinli siyasəti nəticəsində ġirvan Azərbaycanın digər hissələrindən fərqli olaraq öz istiqlaliyyətini itirmədi, xarici işğalçıların zülmünə məruz qalmadı. Böyük siyasi nüfuz qazanmış I İbrahim eyni zamanda Orlat sülaləsindən olan ġəki hakimi Seydi Əlinin oğlu Seydi Əhmədi Teymurla barışdırıb ġəki torpaqlarını işğalçıların basqınından xilas etdi. Gürcü çarı Georginin də Teymurla sülh müqaviləsi bağlamasında Şirvanşahın müsbət rolu özünü göstərdi.
Təbiidir ki, Teymurun vassallarına çevrilmiş şirvanşahı və Şəki hakimi öz qoşunları ilə Teymurun 1402-ci ildə Osmanlı sultanı I Bayazidə qarşı yürüşündə iştirak etmişdilər. Məhz bu yolla onlar öz daxili müstəqilliklərini qoruya bildilər. Azərbaycanın zəngin təbii sərvətləri və münbit torpaqları əzəldən Qızıl Orda xanlarının da diqqətini cəlb etmişdi. Qızıl Orda xanları Elxanilər dövlətinə qarşı Azərbaycan uğrunda uzun-uzadı mübarizədə nəticə etibarilə müvəffəqiyyət əldə edə bilmədilər. Onların Dərbənddən cənuba tərəf basqınları ölkəyə böyük zərər yetirdisə də, bu hücumlar Elxanilər tərəfindən dəf edildi. Toxtamışın da ölkəni ələ keçirmək cəhdləri Teymurun və ġirvanşahların müqavimətinə rast gələrək boşa çıxdı. Azərbaycanın cənub (Kürdən cənuba) hissəsi Cəlairilər dövlətinin tərkibinə daxil idi. XIV əsrin son rübündə köçəri tayfaların nüfuzu artdı və siyasi hakimiyyət onların əlinə keçdi. Son Cəlairi sultanı Əhməd (1382-1410) hakimiyyət uğrunda çətin mübarizədə qardaşlarına qalib gəldi. O, Müzəffəri sülaləsinin nümayəndəsi olan Şahşücanı (1364-1384) Sultaniyyədən qova bildi və Cəlairilər dövlətinin ərazisini qısa müddət ərzində bərpa etdi. Əhməd daxili çəkişmələrlə məşğul olduğu zaman Mavərənnəhrdə Teymurun güclü dövləti yarandı. Köçəri əmirlərin və feodal əyanlarının mənafeyini güdən Əmir Teymur geniş miqyaslı işğallara başladı. O, qısa bir zamanda daxili ziddiyyətlərdən zəifləmiş qonşu dövlətləri məğlub edərək, 1385-ci ildə Cəlairilər dövlətinin hüdudlarına çatdı. Beləliklə, daxili düşmənləri yenicə aradan qaldırmış Sultan Əhməd onun dövlətinin müstəqilliyinə ciddi təhlükə törədən güclü və müdhiĢ bir düşmənlə üz-üzə gəldi. Sultan Əhməd Teymurun hücumuna dözmədi və Bağdada qaçdı Azərbaycanın cənub hissəsi Cəlairi hökmdarının əmiri olan Qaraqoyunlu Qara Məhəmmədin qoĢunları tərəfindən zəbt edildi. Azərbaycan uğrunda Teymurla ToxtamıĢ arasında gedən mübarizə Teymurilərin xeyrinə qurtardı. Teymur 1395-ci ildə Dərbənddən Ģimala keçərək Qızıl Orda xanının torpaqlarına soxuldu. Bu yürüşdə şirvanşah I İbrahim də iştirak edirdi. Teymurun qoşunları Həştərxan və Saray şəhərlərini viran etdilər (1395). Beləliklə, Azərbaycan Qızıl Orda xanlarının basqınlarından xilas oldu və qısa müddətə Teymurun əsarəti altına düşdü. Şirvandan fərqli olaraq Azərbaycanın Kürdən cənuba doğru hissəsi Teymurilərin yürüşləri zamanı böyük qırğına, dağıntı və qarətlərə məruz qaldı. Yerli feodalların bir hissəsinin əmlak və torpaqları əllərindən alındı, kəndlilər üzərinə ağır vergilər qoyuldu. Məhsuldar qüvvələrə ağır təsir edən bütün bu amillər ölkənin iqtisadi tənəzzülünə səbəb oldu. Azərbaycanın cənub hissəsi Teymurun oğlu Miranşahın hakimiyyəti altına keçdi. Arasıkəsilməyən feodal müharibələri xalqın vəziyyətini daha da ağırlaşdırdı. Miranşah yerli əhaliyə zülm edir, azacıq şübhəyə düşən kimi günahsız adamları edam etdirir, yerli hakimlərə divan tutur, ölkəni amansızcasına viran qoyur, qiymətli maddi mədəniyyət abidələrini dağıdırdı. Miranşahın Bağdada, Sultan Əhmədin üzərinə uğursuz səfəri zamanı Təbriz əhalisi ona qarşı üsyana qalxdı, lakin Miranşah qayıtdı və qiyamçılara divan tutdu. ġəki hakimi Seydi Əli Orlata qarşı qoşun göndərmiş Miranşah ġəki ərazisini viran etdi. şəkililər Teymurilərə qarşı inadlı müqavimət göstərir, böyük qəhrəmanlıq nümayiş etdirirdilər. Əlincə qalasının müdafiəsi (1387-1401) xalqımızın azadlıq uğrunda mübarizəsinin mühüm səhifələrindəndir. 14 illik mühasirədən sonra qala müdafiəçilərinin köməyinə gəlmiş müttəfiq şəkili-gürcü dəstələri qalib gəldilər. Bu sübut etdi ki, Teymurun Azərbaycanda hakimiyyəti zəifləmiş, yerli feodallar ona tabe olmaqdan boyun qaçırmışlar. Teymurun vəfatından (1405) sonra Cənubi Azərbaycanı Miranşahın oğlu Ömər idarə edirdi. Teymurun vəfatı onun imperiyasında sülalə ixtilaflarına, övladları arasında hakimiyyət uğrunda arasıkəsilməyən toqquşmalara zəmin yaratdı. Azərbaycan yeni müharibələr meydanına çevrildi. Əlverişli siyasi vəziyyətdən faydalanan yerli hakimlər xalq kütlələrinin yardımı ilə müstəqillik uğrunda mübarizəyə başladılar. şirvanşah I İbrahim, Ərdəbil hakimi Bestam Cagir, ġəki hakimi Seydi Əhməd və Gəncə hakimi Əmir Qaraman Teymuri Ömərə qarşı qüvvələrini birləşdirdilər. Bunu bilən Ömər Kürü keçməkdən imtina etdi və geri qayıtdı.Bundan sonra Azərbaycan müvəqqəti olaraq MiranĢahın oğlu Əbubəkrin əlinə keçdi. Lakin xalqa zülm edən Əbubəkrə qarşı geniş qiyamlar başlandı və xarici işğala son qoyuldu. Teymurilərin hakimiyyətinin zəifləməsindən faydalanan Sultan Əhməd 1406-cı ildə qayıdıb Təbrizi ələ keçirdi və Cəlairi dövlətini bərpa etdi. Lakin öz əmirləri ilə əhaliyə zülm edən Əhməd xalqın nifrətini qazandı. Buna görə təbrizlilər Əbubəkrə müraciət edib onu Ģəhərə dəvət etməyə məcbur oldular. Əhməd yenə Bağdada qaçdı. Əbubəkr də tezliklə Qaraqoyunlu Qara Yusif tərəfindən məğlubiyyətə uğradıldı. Beləliklə, həmin dövrdə Azərbaycan (Şirvan və Şəki istisna olmaqla) böyük itki və dağıntılara düçar oldu. Ölkənin cənub hissəsində kənd təsərrüfatı və şəhər həyatının inkişafı üçün əlverişli şərait yox idi.