26.01.2014

Şirvan monqol işqalları dövründə.

XII əsrdə-XIII əsrin birinci rübündə xarici siyasi şərait və yadellilərin hücum təhlükəsi ilə əlaqəli Şirvanın şəhər və digər yerlərində müdafiə xarakterli iri qurğuların, qala bürclərinin və istehkamlarının, şəhər divarlarının, habelə bir sıra digər binaların - saray, məscid və karvansaraların tikildiyi nəzərə çarpır. Həmin tikililərdəki kitabələrdə
Şirvanşahların adları bütün dəbdəbəli titulları ilə çəkilirdi ki, bu da həmin hökmdarların və iri feodalların müstəqil və dövlətli olmasına dəlalət edir. Şirvan şəhərlərinin mənbələrdə göstərilən iqtisadi inkişafını və çiçəklənməsini XIII əsrin 20-ci illərində Azərbaycanı od
və qılıncdan keçirən monqollar dayandırdılar. Bu şəhərlərdən bəzisi bir daha dirçələ bilməyərək həmişəlik süquta uğradı, bəzisi isə viran qaldı. B.B.Bartold monqol dağıntılarının nəticələrinin çox da ağır olmadığını
hesab etsə də, əslində, Şirvan və Arran elə güclü dağıntıya məruz qalmışdı ki, Gəncə, Bərdə, Beyləqan, Şəbəran və digər iri mərkəzlər xarabalığa çevrilərək öz əvvəlki əhəmiyyətlərini itirdilər. Bakı işğalçıların gəldikləri böyük yoldan kənarda olduğundan, görünür,
başqa şəhərlərlə nisbətən az zərər çəkmişdir. Bununla belə, ərəb müəllifləri monqollar şəhəri tutarkən istehkamlardan birinin üst hissəsinin dağıdıldığını xəbər verirlər. Əhali Bakı şəhərini qəhrəmanlıqla müdafıə edirdi. Bakuvi nəql edir ki, monqollar dəniz sahilindəki möhkəmləndirilmiş qalanı ala bilmirdilər1 və yalnız 1239-cu ildə bütün ölkə istila edildikdən sonra şəhər təslim olmaq məcburiyyətində qaldı. Monqolların Qafqaz ölkələrinə hücumlarında baş verən hadisələrin müasiri olan Yaqut Beyləqanın işğalı haqqında aşağıdakıları yazır: "Tatarlar h.617 (1220/l)-ci ildə şəhərə girdilər,
əllərinə keçən adamların hamısını qırdılar, şəhəri talan etdilər, sonra isə yandırdılar.

Lakin onlar çıxıb gedən kimi əhalinin qaçmış hissəsi
yenidən şəhərə qayıtdı; bir azdan başqaları da onlara qoşuldu, belə ki,
hazırda (yəni, 1227-ci ildə - S.A.) şəhər yenidən məskunlaşmışdır".2 İbn
əl-Əsir, Zəkəriyyə Qəzvini və digər müəlliflər də h.618 (1221)-ci ilin
ramazan ayında monqol istilaçılarının Beyləqanı tutaraq qarət
etdiklərini, şəhərin evlərini, divar və darvazalarını, əhalisini qırdıqlarını,
"...qılıncı sıyırıb nə cavanları, nə qocaları, nə də qadınları sağ
buraxmadıqlarını"3 xəbər verirlər.
Zəkəriyyə əl-Qəzvini monqolların Beyləqanı mühasirəyə almasını
belə təsvir edir: "Beyləqan Arran ölkəsində tanınmış böyük bir
şəhərdir. Hündür divarları var. Onu Qubad şah saldırmışdır. Nəql
edirlər ki, nə onun özün də, nə də həndəvərində bir dənə də olsun daş
yoxdur. Beyləqana yaxınlaşan tatarlar şəhərin uca divarını görüb onu
mancanaqla dağıtmaq istədilər, lakin bir dənə də daş tapa bilmədilər ki,
mancanağa qoyub atsınlar. Bu zaman onlar uca çinarları gördülər,
onları mişarla doğradılar, kötüklərini mancanağa qoyaraq divarlar
dağılana qədər atdılar. Monqollar şəhəri talan edib, əhalisini qırdılar".4
1227-ci ildə Beyləqana gələn Xarəzmşah Cəlaləddin Məngburni
şəhəri elə dağıdılmış vəziyyətdə görür ki, onun yenidən məskunlaşdırılmasına
ümid yox idi. Xarəzmşahın vəziri Şərəf əl-Mülkün
şəhəri və onun monqollar tərəfindən dağıdılmış suvarma sistemini
bərpa etmək üçün gördüyü işlərin5 nəticəsi müvəqqəti oldu. Beyləqan
ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində mənbələrin
məlumatları təsdiq edilərək, dağıntılar və kütləvi yanğın izləri üzə
çıxarıldı. Tapılan dəfn olunmamış insan skeletləri, şübhəsiz bəhs
olunan hadisələrin qurbanlarındandır.6 Beyləqan monqollar tərəfindən
ikinci dəfə 1235-ci ildə zəbt edilmişdi. Bundan sonra şəhər boşalmışdı.
Həmdullah Qəzvini 1340-cı ildə Beyləqan haqqında aşağıdakıları yazır:
"Beyləqan beşinci iqlimdə yerləşir. Onun uzunluq dairəsi 830321, en dairəsi isə 390551-dir. O, Sasani hökmdarı Firuzun oğlu Qubad
tərəfindən salınmışdır. Hal-hazırda (yəni, 1340-cı ildə - S.A.) xarabalığa
çevrilmişdir. Evlərin çoxu bişmiş kərpicdən tikilmişdi. İqlimi istidir.
Burada dənli bitkilər - əla buğda, çəltik, pambıq becərilir".7
Q.Əhmədovun haqlı olaraq göstərdiyi kimi, bu məlumat bilavasitə
şəhərin özünə deyil, onun aqrar rayonuna aiddir.8 Həmdullah
Qəzvininin məlumatına görə, Beyləqan 1340-cı ildə xarabalıq içində
idi. Növbəti istilaçıların Beyləqanın keçmiş əzəmətini bərpa etmək
üçün göstərdikləri bütün cəhdlər nəticəsiz qaldı və artıq XV əsrədək
şəhər tamamilə boşalaraq süqut etdi və "ora yalnız həşəratların,
bayquşların, ilan və əqrəblərin məskəninə çevrildi".9
İbn əl-Əsir 1221-ci ildə Şamaxının zəbt edilib dağıdılmasını,
şəhər əhalisinin monqol işğalçılarına qarşı qəhrəmancasına müqavimət
göstərməsini parlaq surətdə təsvir edir.10 Şamaxı şəhristanında arxeoloji
qazıntılar aparılarkən monqol hücumu zamanı dağıdılan böyük ictimai
bina aşkar edilmişdir. XIII əsrə aid təbəqələrdən aydın görünən yanğın
izləri monqol qoşunlarının Şamaxının dağıtmasına dair mənbələrin
verdiyi məlumatı təsdiqləyir.11
Şirvanın şəhərləri haqqında monqolların Şirvan və Azərbaycana
ilk hücumundan sonra, 1227-ci ildə yazmış Yaqut əl-Həməvi də
müəyyən məlumatlar verir. O, özü Azərbaycanda olmasa da, məlumatlarını
daha erkən mənbələrdən və həmin diyarda olmuş tacirlərin
dilindən əxz etmişdir. Lakin onun məlumatlarında bu şəhərlərin
simasını xeyli dərəcədə dəyişdirən həmin fəlakət (monqol istilası)
ərəfəsindəki vəziyyətləri təsvir edilir. Yaqut Şamaxı haqqında yazır ki,
o, "Şirvanın paytaxtı olan abad bir şəhərdir. Şirvan Arranla həmsərhəddir
və Bab əl-Əbvabın vilayətlərindən biri sayılır". Şamaxını
abad şəhər olmasına dair bu məlumat monqol hücumuna qədərki dövrə
aiddir. Müəllif daha sonra yazır ki, "onun sahibi Şirvanşah Dərbənd
hakiminin qardaşıdır..." Bu vaxt, yəni 1227-ci ildə Şirvanda Şirvanşah
III Fəribürz ibn Gərşəsb hökmranlıq edirdi. Yaqut Kür üstündəki
Tiflisin yaxınlığında yerləşən, gön və dərisi ilə tanınan Şəki vilayətinin
də adını çəkir. Şəkinin əhalisi dərinin aşılanması və emalı ilə məşğul
olurdu. Yaqut Dərbənd haqqında yazır: "Bu şəhər Ərdəbildən iki kvadrat mil böyükdür. Onun əhalisinin çoxlu əkin sahələri var, lakin
başqa yerlərdən gətirilənlər nəzərə alınmasa, meyvəsi azdır. Şəhər
dağdan başlayaraq uzanıb gələn yeni qalınlıqda daş divarla
dövrələnmişdir. Bu dağdan müsəlman ölkələrinə yol yoxdur, belə ki,
kafirlərin yaşadıqları ölkələrdən müsəlman vilayətlərinə gedən yollar
xarab və keçilməz hala düşmüşdür. Divarın uzunluğuna baxmayaraq,
onun bir hissəsi gəmilərin şəhər divarlarına yaxınlaşa bilməməsi üçün
uzun burun şəklində dənizin içərisinədək çəkilmişdir. Möhkəm bünövrə
üzərində tikilmiş Bab əl-Əbvab Ənuşirəvanın saldırdığı şəhərlərdəndir.
O, böyük və mühüm sərhəd şəhərlərindəndir..." Sonra Yaqut Dərbəndin
Xəzər dənizində bir sıra ölkələrdən tacirlərin gəldiyi mühüm ticarət
limanı kimi böyük əhəmiyyətindən bəhs edir. Burada kətandan parçalar
toxunur, zəfəran becərilirdi. Bu dövrdə Dərbənd bazarında müxtəlif
ölkələrdən gətirilən qullar satılırdı. Dərbənddən aşağıda Xosrov
Ənuşirəvanın Xəzər dənizinin sahilində Dərbəndlə bir vaxtda saldırdığı
Məsqət nahiyəsi (rustağı) və şəhəri yerləşirdi.12 Mənbədə deyilənlərə
görə, onun sakinləri "öz mərdliyi və hünəri ilə məşhur olan
müsəlmanlardır". Xəzər dənizinin sahilində Məsqətdən aşağıda "çoxlu
rustaqlarla əhatə edilən möhkəmləndirilmiş kiçik" Şəbəran şəhəri
yerləşirdi.13
Dərbənd yaxınlığındakı Firuz-Qubad şəhəri də Məsqət vilayətinə
daxil idi. Yaxşı möhkəmləndirilmiş Qəbələ şəhəri Şəkinin
yaxınlığında yerləşirdi. Orta əsrlər şəhəri Qəbələ (Qala) ərazisində
aparılan arxeoloji qazıntılar zamanı XII-XIII əsrlərə aid təbəqələrdə
divarlar, təsərrüfat və su quyuları, oturacaqlarına möhür vurulmuş
çoxlu adi və şirli saxsı qab, dəmir bıçaq, balta qırıqları, sikkələr və
digər əşyalar tapılmışdır ki, bu da sənətkarlığın inkişaf etdiyini göstərir.
14 Muğan haqqında çoxlu kəndi və otlaq çəmənləri olan vilayət
kimi danışılır. 1227-ci ildə Muğanı burada öz sürülərini otaran türkmənlər
tutmuşdular. Əhalinin əksəriyyətini onlar təşkil edirdi.15
Mənbələrdə vilayətdən, Kür çayının şaxələndiyi yerdə, mənsəbindən
yuxarıda, indiki Salyanın yerində, yaxud yaxınlığındakı Güştəsbi
şəhərindən bəhs olunur.16 Ən-Nəsəvinin məlumatına görə "bu yerin
xüsusiyyəti ondan ibarətdir ki, o, Araz və Kür çayları arasında yerləşir və oraya yalnız gəmi ilə getmək olar. Burada çoxlu nohurlar var və
əhali su quşları və balıq ovundan çoxlu gəlir götürür. Bəzən yüz qazı
bir dinara satırlar".17 Şirvanın adları çəkilən şəhər və yerləri
monqolların 1220/1 -ci ildəki ilk basqınından özünə gəlməyə macal
tapmamış, tezliklə yenidən monqol işğalçılarının hücumuna məruz
qaldılar. Monqollar Azərbaycana ikinci dəfə 1231-ci ildə gələrək, 8 il
ərzində Şirvan və Arranın şəhərlərini zəbt edib dağıtdılar.18 Canını
qurtarmış feodallar, zadəganlar və kənd əhalisi dağlara çəkildi.
Monqollar Azərbaycan, Ermənistan və Gürcüstanı işğal edərək
böyük monqol imperiyasının tərkibinə qatdılar. İşğal etdikləri ölkələrin
çiçəklənən şəhər və məntəqələrini dağıdıb talan edən, əhalisini qıran
monqolların hücumu ilə əlaqədar Şirvanın, Zaqafqaziyanın və bütün
Yaxın Şərqin düşdüyü ağır xarici siyasi vəziyyət Şirvanın əsas iqtisadi
mərkəzlərinin tənəzzülünə səbəb oldu. Ölkə monqollar tərəfindən işğal
olunduqdan (1239) sonra ta XIII əsrin sonunadək Bakı və Abşeronda,
Şamaxıda, Şirvan və Arranın digər şəhərlərində əhəmiyyətli tikililərə
rast gəlinmir ki, bu da ölkənin hərbi əməliyyatlar nəticəsində
dağıldığını göstərir. Şirvanın Beyləqan, Şamaxı, Bakı və digər
şəhərlərində aparılan arxeoloji qazıntılar zamanında dağıntı, kütləvi
yanğın və qırğın əlamətləri aşkara çıxarılmışdır. XIII əsrin birinci
yarısında, Şirvan və Zaqafqaziya monqollar tərəfindən işğal edildikdən
sonra ölkənin iflası, monqol hökmdarlarının qoyduğu ağır vergilər və
icarə sistemi ilə əlaqədar olaraq sənətkarlığın və ticarətin tənəzzülə
uğraması müşahidə olunur. Bakı üçün bu dövr neft hasilatının aşağı
düşməsi, ticarətin zəifləməsi dövrü idi. Əgər XIII əsrin sonunda Qazan
xanın (1295-1304-cü illər) islahatları ilə bağlı ölkənin məhsuldar
qüvvələrində müəyyən yüksəliş baş vermişdisə, onun ölümündən sonra
varisi Ölcaytu xanın (1304-1316-cı illər) zamanında Qazan xanın
fərmanları tədricən öz gücünü itirməyə başladı ki, bu da Şirvanın
təsərrüfat həyatının yenidən tənəzzülünə səbəb oldu.
Bunu köhnə Bakı qalasındakı (İçərişəhər) Cümə məscidinin
minarəsinin divarında Sultan Məhəmməd Ölcaytunun Bakı şəhəri və
vilayəti rəiyyətinin bir sıra vergilərdən azad edilməsinə dair yarlığının
mətnindən ibarət olan kitabə də təsdiqləyir.19 Çox güman ki, yarlıqdan məqsəd mühüm ticarət və iqtisadi əhəmiyyətə malik olan Bakı şəhəri və
vilayətinin rifahını bərpa etmək və yüksəltmək idi. Artıq XIII əsrin
sonlarında Şirvan şəhərlərinin və bütünlüklə Aərbaycanın təsərrüfat
həyatı bərpa olunmağa başladı. Bakı, Şamaxı, Dərbənd və digər
şəhərlərin ərazisindən tapılmış şirli keramika parçaları da bunu göstərir.
XIII əsrdə Rusiyadan Çinədək olan torpaqların monqolların
hakimiyyəti altına düşdüyü, monqol feodal imperiyası yarandığı
vaxtdan Azərbaycan, o cümlədən Şirvan, demək olar ki, iki əsr ərzində
monqol Elxanilər dövlətinin tərkibinə daxil olmuş, Çinlə intensiv
iqtisadi, siyasi və mədəni əlaqələr saxlamışdır. Elxanilər dövründə
Şirvan və Uzaq Şərq arasında ticarət əlaqələri xeyli genişləndi.
Məsələn, əl-Öməri Bakı və Dəmir qapıdan (Dərbənddən), Qızıl Orda
ərazisindən keçərək Çinə gedən ticarət karvan yolundan xəbər verir.20 O
göstərir ki, karvanın yolu beş aydır. Ehtimal ki, Şirvandan keçən bu
yoldan İrandan keçən cənub yolu ilə yanaşı istifadə olunmuşdur. Əkstəqdirdə
Bakı, Dərbənd, Salyan və digər şəhərlərin ərazisində tez-tez
Cuci sikkələrinin tapılmasını izah etmək çətindir.21 Lakin Çindən
başlayaraq, Orta Asiyadan keçərək İrana və Azərbaycana gələn qədim
cənub magistral yol öz əhəmiyyətini itirməmişdi. Çin malları Şirvana
bu yolla gəlməkdə davam edirdi. Şirvanın Çin və Hindistan kimi uzaq
ölkələrlə ticarət əlaqələri saxladığını mənbələr və arxeoloji qazıntı
materialları da təsdiq edir. Bu dövrdə də Çindən gətirilən materiallar
içərisində az qala qızıl qiymətinə gedən ipək parçalar xüsusilə böyük
əhəmiyyətə malik idi. Həmin dövrdə Bizansın və Yaxın Şərq
ölkələrinin, o cümlədən Şirvanın özünün ipək sənayesinin inkişaf
etməsinə baxmayaraq, Çin ipəyinə tələbat azalmırdı.22 Çin ipək
parçaları Şirvanda və Azərbaycanda XII-XIV əsrlərdə xüsusilə geniş
yayılmışdı. "Əcaib əd-Dünya"da göstərilən ölkələrdə yaxşı satılan
mallar sırasında "qızılla tikilmiş Çin parçasının (dibi-i-xitai) adı
çəkilir.23 Çin ipəyi XII əsr şairləri Nizami, Fələki, Xaqani və
başqalarının poetik əsərlərində də xatırlanır.
Şirvana gətirilən digər Çin malları içərisində bahah farfor (çini)
qablar mühüm yer tuturdu. Şirvanın müxtəlif şəhər yerlərində -
Qəbələdə, Örənqalada (Beyləqanda), Bakıda və s. aparılan arxeoloji qazıntılar zamanı çoxlu Çin farfor qabları tapılmışdır. Farfora bənzər
kütlədən hazırlanıb, yaşıla çalan, şirlə örtülmüş Çin seladon qablarının
tapılması xüsusi maraq doğurur. Şərqdə "mərtəbani' adlandırılan belə
qablar çox yüksək qiymətləndirilirdi. Belə ki, onun zəhəri aşkar etmək
xassəsinə malik olduğu güman edilirdi. XIII əsrə aid olması ehtimal
edilən seladon boşqab qırıqları Örənqalada və başqa yerlərdə
tapılmışdır. Seladon və farfor tapıntılarına Şamaxı rayonundakı
Gülüstan və Buğrut qalalarının xarabalıqlarında da rast gəlinmişdir.24
Arxeoloji qazıntılar zamanı tapılmış daha sonrakı dövrlərə aid
məmulatlarda Çin nişanələri olmuşdur. Bakıdakı Şirvanşahlar
sarayında aparılan qazıntı zamanı da Çində hazırlanmış çoxlu farfor
qab parçaları tapılmışdır.
Şirvanda böyük tələbat olan bahalı Çin qablarından əyanlar istifadə
edirdilər. Çin qablarının naxışları yerli keramikaya təsir göstərmişdir.
XIII əsrdən başlayaraq, bütün Şərqdə olduğu kimi, Şirvanda da
nəbati naxışlarla bəzədilmiş gözəl saxsı qablar yayılmışdı. Onların
üzərində rəsmlər açıq-aşkar Çin keramikası naxışlarının təsiri altında
işlənmişdir.25 Maraqlıdır ki, bu qablar "çini", yəni Çin qabı adlanır.
Həmin termin bir çox Şərq dillərində, o cümlədən Azərbaycan dilində
möhkəm yer tutmuşdur. Çin motivləri Pirsaatçay xanəgahındakı (XII
əsr) Pirhüseyn türbəsinin kaşılannda da nəzərə çarpır. Ermitajda
saxlanılan kaşılardan birinin üzərində "Çin buludları" arasında
hacıleylək təsvir olunmuşdur. Bu şəkil Tan dövrü vazalarındakı
rəsmlərin, demək olar ki, təkrarıdır.26
XIII əsrin sonu və XIV əsrin əvvəllərində İran və Azərbaycanın
Uzaq Şərqlə və digər ölkələrlə beynəlxalq ticarəti xeyli genişlənir.
Köhnə Bakı qalasında - İçərişəhərdə XIV əsrə aid edilən köhnə Buxara
karvansarası vardır. Bu, Bakının Orta Asiya şəhərləri ilə ticarət
əlaqələri saxladığını təsdiqləyir. Şirvanşahlar sarayı ərazisində XIV əsrə
aid bürünc Kubaçi çıraqlarının və Rey keramikasının tapılması
Dağıstan və İranla ticarət və iqtisadi əlaqələrin olduğunu göstərir.27
Xəzər dənizi vasitəsilə dəniz ticarəti böyük vüsət alır. Gəmiləri Qara
dənizdə üzən Genuya və Venesiya tacirlərinin sahillərində faktoriyalar
təşkil etdikləri Xəzər dənizində də donanmaları olmasına dair məlumatlar vardır. 1293-cü ildə İranda və Cənubi Azərbaycanda olmuş
Venesiya səyyahı Marko Polo Gürcüstanın və Şirvanın şəhərlərini
təsvir edir. O məlumat verir ki, genuyalılar Xəzər dənizində bir az əvvəl
üzməyə, Gelli (Gilan) ipəyi adlanan ipək gətirməyə başlamışlar.
"Burada şəhərlər və qalalar olduqca çoxdur, çoxlu ipək var. Burada ipək
və zərxara parçalan toxunur; belə gözəl parçaları dünyanın heç bir
yerində görməzsən".28 Ehtimal ki, burada söhbət Şamaxıdan, orada
istehsal olunan ipəkdən və ipək parçadan gedir.
Beleliklə, XIII əsrin sonlarından etibarən Şirvan və Xəzər dənizinin
sahilləri ipək almaq üçün bazar axtara-axtara bu yerlərə gələn
avropalıların diqqətini cəlb etməyə başlamışdır. Gilan və Şamaxı ipəyi
beynəlxalq ticarət malına çevrilir. Bununla əlaqədar olaraq, Bakının
Xəzər dənizində Şamaxı ilə tranzit ticarəti sayəsində böyüyən rahat
liman kimi əhəmiyyəti qeyd edilmişdir. Həmin xəritədə Xəzər dənizinin
sahilində, ticarət yolunun üstündəki gəmi dayanacağı olan şəhər və
yerlər də qeyd olunmuşdur: Mahmudabad (Mamutaga), Güştəsbi
(Gostazz), Pirallahı (Cap de Preala).29 Həmdullah Qəzvini bununla
əlaqədar 1340-cı ildə xəbər verir: "Bakının qənşərindəki Allah Əkbər
adası hal-hazırda məskundur və bu dənizin limanıdır".30 Xəritədə onun
yaxınlığında Beşbarmaq (Barmacu), Şamaxı (Xamay), sonra isə
Dərbənd və Həştərxan göstərilir. XIV əsrin sonlarınadək ipək, ipək
parçalar, xalçalar, ədviyyat və digər mallar Şirvandan, Zaqafqaziya və
Ön Asiya ölkələrindən Bakı və Dərbənd vasitəsilə Həştərxana, Qızıl
Orda, Rusiya və Avropaya aparılırdı. Artıq XIII əsrdən İtaliya və
Fransaya böyük miqdarda Gilan və Şirvan ipəyi ixrac olunurdu.31
Rəşidəddinin məlumatına görə Şirvan şəhərləri ilə Rus ölkəsi
arasında ticarət əlaqələri XIV əsrin əvvəllərindən müşahidə olunur. Bu
dövrdə Şirvan şəhərlərində, xüsusilə Şamaxıda Rus ölkəsindən gətirilən
müxtəlif qiymətli xəzlərdən çoxlu məmulatlar - samur yaxalıq, kürk
üçün vaşaq, sincab, dələ və tülkü xəzindən astarlıq hazırlanırdı.32 Qazan
xan vaxtında Şirvan vilayətindən və Şamaxı şəhərindən alınan natural
vergi divanın illik natural verginin həcminə dair tərtib etdiyi siyahı üzrə
Rus ölkəsindən gətirilən qiymətli xəzlərlə ödənilirdi. Şirvanın hakimi -
Şirvanşah qiymətli xəzlərə və bostan məhsullarına qoyulan vergiləri Elxanilərin divanına vermək üçün yığırdı. Şirvan və Azərbaycanın
beynəlxalq ticarət əlaqələrini istər Şamaxı, Bakı, Beyləqan, istərsə
mübadilədə iştirak edən digər şəhərlərin ərazisindən tapılan müxtəlif
pul dəfinələri və sikkələr də təsdiqləyir. Şərq ölkələri ilə Qərb arasında
Şirvandan ötüb gedən böyük qədim beynəlxalq tranzit ticarət yolları
Abşeron yarımadasının yaxınlığından keçirdi. XI-XIV əsrlərdə və
sonralar Şirvanı Hindistan və Çinlə bağlayan dünya ticarəti cənub quru
yolu ilə - Orta Asiya, İran və Azərbaycanın cənub vilayətləri vasitəsilə
və şimal yolu ilə -Xəzər sahili boyunca Dərbənd keçidinin yanından
ötüb xəzərlər ölkəsinə və. i.a. həyata keçirilirdi. Digər bir magistral yol
Araz vadisi boyunca keçib Ermənistandan Suriyaya və
Mesopotamiyaya gedirdi. Çindən və Hindistandan Orta Asiya vasitəsilə
Xəzər dənizinə qədər karvan yolu da var idi. Mallar buradan dəniz, Kür
və Rioni çayları vasitəsilə Qara dəniz sahillərinə çatdırılır, oradan isə
Bizansa göndərilirdi.33 Abşeron və Bakı, habelə Şamaxı baş ticarət
yollarına həmin şəhərlərdən dəniz sahili boyunca və sonra birbaşa qərbə
doğru gedərək, Qobustandan keçib Şamaxıya çıxırdı (Şirvan yolu
deyilən yol). Nəhayət, üçüncü yol ikincidən şimal-qərbə, yarmadanın
şimal hissəsi istiqamətində ayrılır və sonra Dərbəndə gedən baş ticarət
magistralı ilə birləşirdi.34 Göstərilən bu qədim yollar sonrakı əsrlərdə də
öz əhəmiyyətini itirmədi. Ticarət yolları üstündəki şəhərlər monqol
hücumlarının törətdiyi dağıntıdan sonra tədriclə bərpa olunmağa
başladılar. Zəkəriyyə əl-Qəzvininin 1275/6-cı ildə verdiyi məlumata
görə Beyləqan həmin vaxtda bərpa edilmişdi. Lakin bundan azacıq
sonra o yenidən tənəzzülə uğradı. Zəkəriyyə əl-Qəzvini Muğandan
Azərbaycanda kəndləri və otlaqları olan, Ərdəbildən Təbrizə gedən
yoldan şimalda yerləşən və isti iqlimə malik geniş vilayət kimi bəhs
edir. "Muğanda geniş otlaqlar və bol ot olduğundan burada türkmənlər
yaşayırdılar. Hal-hazırda tatarlar (monqollar - S.A.) Muğanı öz
qışlaqlarına çevirdiyindən türkmənlər oradan köçmüşlər". Zəkəriyyə əl-
Qəzvini Şirvan vilayətində möhkəmləndirilmiş Buğurt qalasından
danışır: "Bu qalada daş təsvirlər və heykəllər var. Onlar çox qədim
olduqlarından mənaları aydın deyil. Qalada hökumet evi (dar əl-imarə)
var. Onun qapısında yazılmışdır: "Bu evdə on bir otaq var. Lakin buraya girən çox cəhd göstərsə, onlardan (yalnız) onunu görə bilər. On
birincinin yerini isə heç kim bilə bilməz, çünki hökmdarın xəzinəsi
oradadır". Göründüyü kimi, Şirvanşahlar bu vaxtlar öz xəzinələrini zəif
müdafiə olunan Şamaxıdan uzaqda, əlçatmaz Buğurt qalasında
saxlayırdılar. Bu parçada Buğurt qalasını bəzəyən barelyef və daş
heykəllər haqqında məlumat diqqətəlayiqdir. Buna bənzər
heykəltəraşlıq təsvirləri Şamaxıdakı Gülüstan qalasında, Bayıl
buxtasındakı qalada da var idi. Ehtimal ki, bu heykəltəraşlıq təsvirləri,
qədim ənənəyə görə, dövlət idarəsinin "dar əl-imarə"nin, yaxud
Şirvanşahın iqamətgahının yerləşdiyi qalaları bəzəyirdi. Şirvan
haqqında Bab əl-Əbvab yaxınlığında, hakimi Axsitan (ehtimal ki, II
Axsitan - S.A.) adlanan müstəqil vilayət kimi bəhs edilir. Əl-Qəzvini
bəzi ilahiyyatçıların sözlərinə istinadən Şirvanda bir at mənzili
uzunluğunda olan yeri təsvir edir. Həmin yerdən gündüz tüstü, gecələr
isə od çıxır. Bu torpağa çubuq sancsan, dərhal yanar. Adamlar bu
torpaqda çala qazır, ədviyyat vurulmuş ət qazanlarını oraya qoyur və
xörək öz-özünə bişir. Bakı yaxınlığındakı odların təsviri
"Cahannamə"nin (təqribən 1210-cu il) Abşerondakı Suraxanı kəndinə
və yanar qazlara aid məlumatını xatırladır. Əl-Qəzviniyə görə, XIII
əsrin son rübündə Bakı rayonunda xeyli neft hasil edilirdi. Lakin onun
Bakı yaxınlığında çoxlu neft hasilatına dair məlumatı Əbu Düləfin (X
əsr) "İkinci risalə" əsərindən götürülmüşdür.35
Həmdullah Qəzvini 1340-cı ildə Şirvan şəhərlərinin XIV əsrin
birinci yarısının sonlarındakı vəziyyətinə dair qısa məlumat verir. O,
Bakı haqqında yazır ki, şəhərin iqlimi istidir və orada əsasən, dənli
bitkilər becərilir. Sonra Bakının yaxınlığındakı sahələrdə qazılmış çoxlu
quyudan kustar yolla neft çıxarılmasının təsviri gəlir. Quyu neft
mənbəyinin səviyyəsinə çatanədək qazılırdı. Neft quyuya sızıb dolan
suyun səthinə yığılırdı.
Ənuşirəvanın tikdirdiyi Şamaxı Şirvanın baş şəhəridir. Onun
iqlimi isti olub, vilayətin başqa yerlərindəkindən daha sağlamdır.
Dərbəndin yaxınlığındakı Qəbələ şəhəri Sasani şahı Qubad tərəfindən
salınmışdır. Orada əla ipək istehsal olunur, habelə buğda və digər dənli
bitkilər becərilir. Firuzabad, yaxud Firuz-Qubad, Yaqutun dediyinə görə, Dərbənd yaxınlığında qəsəbədir. O, yumşaq iqlimi ilə məşhurdur.
Onun ətrafında çoxlu ürəkaçan yerlər var. Şəbəranı Ənuşirəvan
saldırmışdır. Oranın iqlimi isti, suyu isə pisdir. Burada buğda və digər
bitkilər becərilir.36
Şəbəran düzənlikdə, onun adını daşıyan çayın sol sahilində,
indiki Dəvəçi rayonunun Şahnəzərli kəndinin yerində olmuşdur. Hələ
1254-cü ildə Zaqafqaziya yolu ilə Monqolustandan qayıdarkən
Şəbəranda olmuş fransız rahibi Rubruk burada xeyli yəhudi yaşadığını
göstərmişdir. Görünür bunlar yəhudi tatlar (dağ cuhudları) olmuşdur.
Rubrukun sözlərinə görə, onlar çox halda Şəbəranla Şamaxı arasındakı
dağ qalalarında məskən salmışdılar.37 Şəbəranın adı Teymurun
yürüşləri təsvir edilərkən də çəkilir. 1395-ci ildə Dəşti-Qıpçağa
yürüşdən qayıdan Teymuru bu səfərdə müşayiət edən Şirvanşah Şeyx
İbrahim bu şəhərdə onun şərəfinə ziyafət vermişdi.38
Həmdullah Qəzvini Muğanın əsas şəhəri olan, lakin 1340-cı ilə
dək xaraba qalmış, əhalisi çox olan kəndə çevrilmiş Bacərvan şəhərinin
adını çəkir; Bacərvanın havası çox istidir, şəhər su ilə mənbəyini
ətrafındakı dağlardan götürən çaydan təmin olunurdu. Burada yalnız
dənli bitkilər becərilirdi. Mahmudabad Xəzər dənizinin yaxınlığındakı
Qovbori düzündə yerləşir.* Onu Qazan xan saldırmışdır və beşinci
iqlimdədir.9 Mahmudabad şəhərini islamı qəbul etmiş monqol
hökmdarı sultan Mahmud Qazan xan (1295-1304-cü illər) Kür çayının
iki qolu arasında, dəniz sahilində saldırmışdı. Onun bir adı da Şil idi.
Qazan xan Hülaku xanın dağıtdığı Güştəsbi vilayəti və şəhərinin
əhalisini buraya köçürmüşdü.40 Xəzər dənizinin sahilində, Bəndovan
burnundan aşağıda quruda və suda aparılan arxeoloji qazıntılar zamanı
su altında qalmış şəhər yeri qalıqları, çoxlu şirli və şirsiz saxsı və
seladon qab, XIII əsr Şirvanşahlarının sikkələri, külli miqdarda iri və
xırda buynuzlu mal-qara, quş və balıq sümüyü yığını aşkar edilmişdir.
Bir neçə məntəqədə çaydaşı, çapıq daş və bişmiş kərpicdən tikilmiş tutuşdurduqda aşağıdakı mənzərə alınır (dinar hesabı ilə):
Xəzinənin Şirvanşahlar dövründə (yəni
monqollara qədər – Səlcuqilər və
Atabəylər dövründə) mədaxili :
Xəzinənin
1340-cı ildəki
mədaxili:
Kür çayından Dərbəndə qədər
Şirvan - 1 000 000 113 000
Güstəsbi - 1 000 000 118 500
Arran və Muğan - 3 000 000-dan
çox
303 000
Cəmi -5 000 000 534 50044
Divanın gəlirinə dair əl-Mazandaraninin göstərdiyi məbləğin
Həmdulla Qəzvininin gətirdiyi təqribən eyni ərazidən toplanan gəlirin
məbləği ilə müqayisə göstərir ki, əl-Mazandaraninin göstərdiyi məbləğ
820000 dinar - Həmdullah Qəzvininin on il əvvəl gətirdiyi rəqəmdən -
534000 cüzi və ehtimal ki, Bakının neft mənbələrindən alınan vergi
hesabına artmışdır. Monqollara qədərki dövrlə müqayisədə isə
Həmdullah Qəzvininin rəqəmləri, az qala 10 dəfə, əl-Mazandaraninin
rəqəmləri, demək olar ki, 6 dəfə kiçikdir. Əl-Mazandaraninin
məlumatları XIV əsrin ikinci yarısında Şirvanda və Arranda vergilərin
müqatiə (vergi toplama hüququ) üsulu ilə toplandığını göstərir ki, bu da
Şirvan və Arranın vergi verən əhalisinin vəziyyətinə mənfı təsir
göstərirdi.
Xəzinə gəlirinin göstərilən məbləği bundan əvvəlki (monqollara
qədərki) dövrlə müqayisədə Elxanilər zamanında xəzinəyə vergi
mədaxilinin kəskin surətdə azaldığına dəlalət edir. Bu rəqəmlər ölkənin
iqtisadi vəziyyətinin XII-XIII əsrin əvvəlləri ilə müqayisədə nəzərə
çarpacaq qədər ağırlaşdığı Elxanilər dövründə Şirvanşahlar dövlətinin və Şirvan şəhərinin əhvalı haqqında fıkir yürütməyə imkan verir.
Monqolların şəhər və kəndləri dağıtması, əhalini qırması, böyük
vergiləri toplama üsulu, feodal ara müharibələri və digər amillər
bütövlükdə ölkənin iqtisadi tənəzzülünə gətirib çıxartdı. Görünür,
Şirvanda geniş yayılmış iqta sistemi də xəzinənin gəlirinin vəziyyətinə
təsir göstərirdi. XIII-XIV əsrlərdə Şirvan şəhərlərinin vəziyyətinə dair
gətirilən dəlillər aşağıdakı nəticəyə gəlməyə imkan verir: Beyləqan,
Şəbəran, Bacərvan, Güştəsbi və digər bu kimi mühüm iqtisadi və
mədəni mərkəzlər güclü dağıntıya məruz qalaraq öz əhəmiyyətlərini
itirdilər və nəhayət, süquta uğradılar. Beynəlxalq ticarət yollarının
üstündəki Dərbənd, Şamaxı, Bakı və digər şəhərlər monqol
talanlarından sonra, XIII əsrin son rübündə tədricən bərpa edilməyə və
ticarət mübadiləsinə cəlb olunmağa başladı. Lakin mənbələrin məlumatına
görə onlar, hətta, XIV əsrdə belə bu şəhərlərin Şirvanşahların XIIXIII
əsrlərdəki hakimiyyəti dövründə mövcud olan iqtisadi və mədəni
inkişaf səviyyəsinə çata bilməmişdilər. 

Mənbə:SARA AŞURBƏYLİ
ŞİRVANŞAHLAR DÖVLƏTİ