Hörmətli oxucular!Sizlərə "Kurikulum"jurnalının 2013 il 3
buraxılışında dərc olunan məqaləmi təqdim edirəm.
buraxılışında dərc olunan məqaləmi təqdim edirəm.
Müəllif:Kürdəmir şəhər 1
saylı tam orta məktəbin tarix müəllimi
İbrahimova Gülbəniz Qeyrət qızı.
Məqalə tarix dərslərində layihə işinin düzgün təşkili
və dərsin effektivliyinin artırılması
barədədir.Layihə işinin növləri,planlaşdırılması və nümunələri haqqında geniş məlumat
verilir.
İnsan
həyatında hər yeni bir dövr insandan dəyişməyi ,yeni inkişaf mərhələsinə qədəm
qoyaraq özündə yeni bacarıq və keyfiyyətlərin aşkar edilməsini tələb
edir.Müasir qloballaşma gedən dünyamıza yeni insan tələb olunur.Bu insan yalnız
bilikli olmaqla kifayətlənməməli,bu biliklərə yiyələnmə prosesinə fərqli
baxmalı və bu biliklərdən günü-gündən dəyişən dünyanın ona gətirəcəyi problemlərin
həllində istifadə edə bilməlidir.Və bu yeni şəxsiyyəti məkəb hazırladığı üçün
birinci növbədə dəyişikliklər məktəb müəlliminin öhdəsinə düşür.Belə olduqda ənənəvi
təlimin bu problemin öhdəsindən gəlməsi mümkün deyil.Və əlbətdə ki ,bu zaman müəllimin
köməyinə zamanın tələblərinə adekvat
cavab verən yeni təlim metodları və vasitələri gəlir.Yeni metodlardan biri olan
layihə işi haqqında çox danışılır.Lakin bu məqalədə çalışacam ki,layihə işinin
tarix dərslərindəki effektivliyi haqqında sizlərə məlumat verim.
Layihə işinin təşkili bizə təlim
zamanı ilk növbədə problemin həlli və fəaliyyət
baxımından çox məqsədəuyğundur.Şəxsiyyətyönümlülük,əməkdaşlıq
bacarıqlarının aşılanması da bu metodun üstünlüklərindəndir.Bu gün təhsil layihələri
özündə təlim,yaradıcılıq,oyun fəaliyyətlərini cəmləyərək,qarşıya qoyulan bir məqsədə
,birlikdə ,vəzifələri bölərək çatmağı nəzərdə tutur.Şagirdlərin gücünü nəzərə
alaraq layihə işinin 5 növünü ayırırlar:araşdırma,yaradıcı,oyun və
yarış,informasiya toplama,praktik iş .
Layihə işinin ən vacib tərəfi isə şagirdlərin
müxtəlif mənbələrdən aldıqları məlumatların içərisindən lazımlısını seçmək,onu
idarə etmək,nəticə cıxarmaqdır.Layihələrin hazırlanması şagirdlərdə informasiyanı sərbəst əldə edərək onu lazımi istiqamətə yönəltməyi
öyrədir. Layihə hazırlandığı zaman şagird mərhələlərlə qarşıya qoyduğu məqsədə
çatmaq üçün addımlayır. Bu mərhələlər məqsəddən nəticəyə yönələrək sonda işin
müzakirəsi ilə bitir .Hazırladıqları layihəni digər şagirdlərə nümayiş etdirən
şagirdlər gördükləri işin vacib olduğunu
anlayır.
Layihə işini planlaşdıran müəllim aydın dərk
etməlidir ki,bu işi nə üçün planlaşdırır,qarşıya hansı məqsəd qoyur və işi həyata
keçirən zaman şagirdlər hansı mərhələlərdən istifadə edəcək. Hazırlığın ilk mərhələləri
müəllimin köməyi ilə şagirdlərin düzgün istiqamətlənməsinə yardımçı olur.Müəllimin
köməyi ilə şagirdlər düzgün fəaliyyət
istiqamətini seçir,qrup üzvləri arasında iş bölgüsü gedir,layihənin hazırlanma
planı tutulur.Sonrakı mərhələdə şagirdlər tam sərbəst işləyirlər.Sonda dərsdə
layihə təqdim olunur.Layihə işləri xüsusi hazırlıq tələb etdiyi üçün şagirdlərə
dərsdən bir həftə əvvəl tapşırıq vermək daha səmərəli olar.
Layihə işinin nəticəsindən nə gözləyirik?
Birinci
növbədə öyrəndiyi dövrə səyahət edərək
,o dövrü yaşayan və aktiv şəkildə oyrənən şəxsiyyət ;
bilik
axtarışında olan ,əldə etdiyi informasiyanı lazımi biliyə transformasiya edən və
onlardan istifadə edə bilən şəxsiyyət;
öz
işinin mahiyyətini dərk edə bilən,özünü
qiymətləndirə bilən şəxsiyyət.
Bir sözlə,hərtərəfli
inkişaf edən ,bacarıqlı şəxsiyyət və bacarıqlarını real həyatda realizə edə bilən
şəxsiyyət.
Tarix dərslərində layihə işinin bir neçə
forması var.Onlardan üçünü sizə təqdim edirəm:
1)tarixi
jurnalın buraxılışı;
2)tarix
dərsliyinin hazırlanması;
3)diafilmin
hazırlanması.
1.Tarixi jurnalın buraxılışı.
Layihə kimi şagirdlərə mövzu ilə bağlı tarixi
jurnalın hazırlanması tapşırılır.Şagirdlər kiçik qruplara bölünür, jurnalda
tutduğları vəzifəyə uyğun tapşırıqlar verilir.Qrupları belə təşkil etmək
olar:”Redaktorlar”,”İnformasiya şöbəsi”,”Analitik şöbə”,”Əyləncəli bilik şöbəsi”,”Rəssam-tərtibatçı şöbəsi”.Hər
şöbənin öz vəzifəsi var.Hər qrup vəzifəyə uyğun tapşırıq yerinə yetirir,lakin
jurnal bir qrup tərəfindən deyil bütün qrupların iştirakı ilə yaranın.Rəhbər
rolu isə redaktorlar yerinə yetirir.Bu layihə şagirdlər tərəfindən maraqla
qarşılanır.Onlar bir-biri ilə məsləhətləşir,həm qrupdaxili ,həm də qruplararası
əlaqə yaranır.Tarixi jurnalın adını isə bütün sinif birlikdə seçir.Şagirdləri
bu işə xüsusilə mədəniyyət ,memarlıq mövzularını öyrənərkən cəlb etsəniz daha maraqlı olar və səmərəli effekt verər.
2.Əlyazma tarix dərsliyi.
Müəyyən mövzunu öyrənərkən müxtəlif mənbələrdən,əlavə
ədəbiyyatdan istifadə edərək yeni mövzunun paraqrafını şagirdlərə hazırlamaq
tapşırılır.Müəllim mövzunu açıqlayır,şagirdlər qarşısında mövzu ilə bağlı
problemli sual qoyur və tapşırığı izah edir. Müəllim şagirdlərə müxtəlif
material təqdim edir.Şagirdlər kiçik qruplara bölünür və “tarix dərsliyi” üçün müxtəlif mənbəldən
istifadə edərək material hazırlayırlar.
İş
alqoritmi belə ola bilər:
1)paraqrafın
adını və planını formalaşdırmaq;
2)kiçik
müəllif mətni yazmaq;
3)hadisələri
xronoloji şəkildə düzmək;
4)”Lüğət”,”mənbə”,”tarixi
portret” bölməsi üçün kiçik məqalə hazırlamaq;
5)şəkillər
çəkmək.
Hər qrup
müstəqil işləyir və sonda hazırladıqları paraqrafı
təqdim edir.
3.Diafilmin
hazırlanması.
Şagirdlər qruplara bölünür.Mövzu ilə bağlı
söhbət aparılır,tapşırıqlar verilir.Şagirdlər süjeti müəyyən
edir,”kadrların”ardıcıllığını fikirləşirlər.Şagirdlər “kadrları” aralarında
bölür,qrup daxilində hər kəs öz öhdəsinə düşən
“kadrı”hazırlamaq üçün işə başlayır.
”Kadr”-mətnlə müşahidə olan bir şəkil və ya
kollaj ola bilər.”Kadrlar”olan listlər
bir-birinə yapışqanla və ya yapışqan lentlə birləşdirilir.Sonra diafilmin adı
müəyyən olaraq ilk “kadrda” yazılır.Sonda hər qrup öz təqdimatlarını(diafilmlərini)
digər qruplara nümayiş etdirir.
Hər
bir hazırlanan layihə maraqlı olmalı,şagirdlərin intelektual səviyyəsini
artırmalı ,onlarda praktik bilik formalaşdırmalıdır.Lakin layihə işini tez-tez
keçirməyi də məsləhət görmürəm.Hər
yarımildə 1 -2 dəfə keçirsəniz şagird üçün maraqlı olar.Xüsusi ilə 6,7,8,9-cu
siniflərdə bu daha maraqla qarşılanır.
Məqalənin
hazırlanmasında istifadə olunan mənbələr:
1.A.V.Bıçkov ”Müasir məktəbdə layihə metodu”.
2.İ.S.Sergeev ”Şagirdlərin layihə işinin təşkili barədə”.
3.N.Y.Paxomova “Təhsil müəssisəsində dərs layihələri
işinin təşkili”.