21.02.2015

Kürdəmir 1 saylı orta məktəbdə "Beynəlxalq Ana dili günü" qeyd edildi.


20 fevral 2015-ci ildə məktəbimizin akt zalında "Beynəlxalq Ana dili günü"-nə həsr edilmiş Ədəbi-bədii gecə keçirildi.Tədbiri məktəbimizin filoloqu İsmiyeva səadət müəllimə hazırlamışdı.Tədbirin hazırlanmasında 7-11 sinif şagirdləri iştirak etmişdi.Tədbirdə Rayon İcra Hakimiyyətindən və şəhərimizim 2,3,5,6 saylı məktəblərindən qonaqlar iştirak edirdi.Tədbir öz rəngarəngliyi ilə fərqlənirdi.Tədbirdə doğma dilimizə həsr edilən şeirlər,mahnılar səsləndi,maraqlı rəqslər ifa edildi.Bütün tamaşaçılar adından tədbirin hazırlanması üçün İsmiyeva Səadət müəlliməyə,MDHM Məmmədov Rəfael müəllimə,məktəbin direktoru Nəsirov Vüqar müəllimə və 7 a,8 d,9 s,6 s,1 b sinif şagirdlərinə təşəkkür edirik.