13.05.2013

Polis sözünün mənası nədir?

Polis yunan sözüdür. Mənası şəhər dövlət deməkdir.Belə ki, Qədim Yunanıstanın hər şəhəri müstəqil dövlət idi. Bu dövlətlərin özünəməxsus sosial-iqtisadi və siyasi quruluşu vardı. Polis torpaq sahibləri ilə müxtəlif sənət və peşə sahiblərinin ittifaqından əmələ gəlmişdi. Əkinçilər və tacirlər də buraya daxil idilər. Şəhərlərdə hakimiyyət ağsaqqallar şurasının, kəndlərdə isə hərbi rəhbərlərin əlində idi. 


Sonrakı əsrlərdə bu ictimai qüvvələr üç əsas silkə
 – aristokratlara, demokrtalara və oliqarxiyaya ayrıldılar. Demokratlar çoxluq təşkil edən geniş xalq kütləsi, aristokratlar varlılar və yüksək vəzifəlilər,
 oliqarxiya isə hakimiyyət başında olanlar idi. Sonralar bu üç təbəqə arasında saysız ziddiyyətlər baş verdi. Beləliklə, Qədim Yunanıstan heç zaman mərkəzləşmiş
 vahid dövlət şəklində birləşə bilmədi. Əvvəl Makedoniyalı İsgəndər, sonra isə romalılar Yunanıstanı işğal edib polislərin – şəhər dövlətlərin varlığına son
 qoydular. Lakin şəhər-dövlətlərin yaratdığı möhtəşəm yunan sivilizasiyası əbədi yaşadı. Onun bütün sahələrdəki mədəni nailiyyətləri kimi polis termini də
 yaşadı. Amma başqa mənada, dövlətin ictimai asayişə nəzarət etmək üçün yaratdığı hərbi dəstələr Avropa ölkələrində və ABŞ-da polis adlandı. Bu dəstələr
 daha mütəşəkkil forma alıb, dünyanın əksər ölkəsində tətbiq edildi. Kommunist rejimi dövründə bu söz “milis” adı ilə əvəz olunmuşdu. Milis latınca “militia” sözündən olub ordu anlamını ifadə edir.

Hazırda dünyanın əksər ölkəsində olduğu kimi, sabiq
 sosialist dövlətlərinin çoxunda, o cümlədən, Azərbaycanda da ictimai asayişi qoruyan Azərbaycanda da ictimai asayişi qoruyan orqanlar polis təşkilatları,
orda xidmət edən şəxslər isə polis adlanır.



http://ali-shamil.tr.gg/U%26%23351%3Baq-ensiklopediyas%26%23305%3Bndak%26%23305%3B-m%26%23601%3Bqal%26%23601%3Bl%26%23601%3Br.htm