23.05.2013

Dərs planı. 6 sinif. Mövzu:Atropatena – Azərbaycan.

Mövzu: Atropatena – Azərbaycan.
Standart: 3.1.1.Azərbaycanda dövlət qurumları və qədim dövlətlərin yaranmasını, idarə olunmasını, sosial-iqtisadi münasibətləri təsvir edir.
4.1.1. Dövlətlərin yaranmasında, inkişafında tarixi şəxsiyyətlərin (İranzu, Tomiris, Atropat, Oroys və b.) rolunu dəyərləndirir.
Məqsəd: 1. Atropatena dövlətinin yarandığı dövrü bilir.
2.Atropatena dövlətinin sosial-iqtisadi vəziyyətini təsvir edir.
3. Atropatenanın tarixində Atropatın rolunu dəyərləndirir.
İnteqrasiya : H-b. 2.1.2.
İş forması : Kollektiv iş, qruplarla iş
Təlim üsulları : Beyin həmləsi, müzakirə
Resurslar : dərslik, flipçat vərəqlər, rəngli markerlər, kompüter, proektor, Atropatena dövlətinin tematik xəritəsi.
Dərsin mərhələləri:
Motivasiya: Atropatın təsviri, Atropatın M.İsgəndərlə görüşünün təsviri, www. youtube.com saytından Atropatenaya dair video süjet göstərilir və mövzunun adı müəyyən olunur -5 dəq.
Tədqiqat sualı: Atropatenanın Azərbaycan tarixində rolu və yeri nədən ibarətdir?
Tədqiqat aparılması: əvvəlcə, sinif 3 qrupa bölünür, mövzuya dair material şagirdlər tərəfindən oxunulur, sonra hər qrupa iş vərəqi verilir -15 dəq.
İş vərəqləri:



Məlumat mübadiləsi : Qruplar öz işini təqdim edir. 10 dəq.
Məlumatın müzakirəsi : Təqdim olunan işlər müzakirə olunur. 10 dəq.
Nəticələrin çıxarılması: Müzakirələrdən sonra şagirdlər Atropatena dövlətinin yarandığı dövrü bilir, dövlətinin sosial-iqtisadi vəziyyətini təsvir edir.Dövrün təssərrüfat həyatını şərh edir. Həmçinin Atropatın bu dövlətin yaranmasında və inkişındakı rolunu dəyərləndirir. 3 dəq.
Ev tapşırığı : 1. Atropatenaya aid əlavə məlumat toplayaraq esse yazın.– 2 dəq.
Qiymətləndirmə: Hər mərhələdə aparılır
:
Mənbə:http://www.kurikulum.az/files/7_6_AZerbaycan%20tarixi_%20çap.pdf