17.05.2013

Səlib yürüşləri.

Xristianların din bayrağı altında işğalçılıq yürüşləri
haqqında nə bilirsiniz?

Tarixdə Səlib yürüşləri, Xaç yürüşləri adı ilə də bəlli olan (öz paltarlarına xaç dikdikləri üçün onlara bu ad veril-mişdir) və 1096-cı ildən 1270-ci ilə qədər xristian katolik-lərin təşkil etdiyi bu yürüşlər Fələstindəki “müqəddəs” yerləri müsəlmanlardan azad etmək bəhanəsi ilə yeni torpaqlar tutmaq məqsədi daşıyırdı.
Bildiyiniz kimi, “Beytül müqəddəs” (“Müqəddəs şəhər”; yəhudicə
 Yerusəlim, ərəbcə Qüds, əl-Qüds adlanır) xristianların müqəddəs yeri kimi qəbul olunub. İslamın yaranışından az sonra Fələstin Ərəb xilafətinin ərazisinə çevrildi. Xilafət orduları Yaxın Şərqi, Şimali Afrikanı tutaraq İspaniyaya keçdilər. Hər yüksəlişin bir enməsi olduğu kimi, 10-11-ci əsrlərdə Xilafət də zəiflədi.Onu yeni qüvvə kimi meydana çıxan Səlcuqlar əvəz etdilər. 11-ci əsrin
 sonlarında oğuz türkləri Bizans əyalətini, o cümlədən Qüdsü tutdular. Müsəlmanları məhv etmək üçün bütün Avropa katolikləri ayağa qalxdılar. Təqribən 200 il müddətinə xristianlar müsəlmanlığı qoruyan türklərə qarşı səkkiz dəfə Səlib yürüşü təşkil etdilər. Çünki 11-ci yüzildən başalayarq islamı yayan və onu qoruyan əsasən
 türklər idi. Bu dinin yaradıcısı olan ərəblər artıq çoxdan öz güclərini itirmişdilər. Beləliklə, ağır silahla silahlanıb dəmir zireh geymiş səlibçilərin qarşısını yalnız Səlcuq türkləri almalı oldular. İlk Səlib yürüşlərində əməkçi
 xristianlar da iştirak edirdilər. Ancaq onlar bu yürüşlərin talançılıq,işğalçılıq məqsədi daşıdığını görüb ondan uzaqlaşdılar.
Bir qayda olaraq Səlib yürüşlərinin təşkilatçısı və
 ideya carçısı xristian katoliklərinin başçıları – papalar idilər. Səlib yürüşlərində əsasən fransızlar, ingilislər, almanlar, italyanlar, avstriyalılar və b.iştirak edirdilər. Hətta bu yürüşlərə uşaqlar da zorla cəlb edilmişdi. Çox
 böyük ordu toplamaqlarına baxmayaraq (200 minlik və daha çox) səlibçilər, sayca az lakin çevik, cəsur və yüngül silahlarla silahlanmış türk atlılarının qarşısında məğlub olurdular. Xristian avropalılar bir daha türk silahının acısını dadıb, 8-ci yürüşdə tam məğlubiyyətdə uğradıqdan (1270) sonra Səlib yürüşlərindən vaz keçdilər.
Səlib yürüşləri bir daha türk silahının, türk döyüş
 taktikası və strategiyasının üstünlüyünü nümayiş etdirdi. Bu yürüşlərdə avropalılar çoxlu uşaq, qoca qırdılar. Xristian səlibçilər türk islam mədəniyyətindən
 çox şey öyrəndilər. Şərqin texniki, mədəni, təsərrüfat nailiyyətlərini tez bir zamanda mənimsəyən avropalılar artıq türklərə güclə qalib gəlməyin qeyri-mümkün
 olunduğunu bir daha anladılar. Şərq türk islam mədəniyyəti ilə bu yaxın tanışlıq Avropaya tez bir zamanda mənimsədiklərini həyata keçirməyə imkan
verdi.

Müəllif:Əli Şamil.-Uşaq ensiklopediyası.III cild
http://ali-shamil.tr.gg/U%26%23351%3Baq-ensiklopediyas%26%23305%3Bndak%26%23305%3B-m%26%23601%3Bqal%26%23601%3Bl%26%23601%3Br.htm