06.05.2013

Discovery Edication




Tatınmış Discovery telekanalı bizləri təkcə məhşur  yüksək keyfiyyətli elmi filmləri ilə maraqlandırmır.Bir neçə ildir  ki bu kanalın Discovery Edication layihəsi böyük populyarlıq qazanıb.




Discovery Edication açıq təhsil kanalıdır.Bu kanal yüksək keyfiyyətli video filmlərlə yanaşı həm də dinamik,interaktiv rəqəmsal resurslarla zəngindir.Bu resurslar müxtəlifdir:rəqəmsal interaktiv dərsliklər,virtual təcrübələr,didaktik oyunlar,dərs video filmləri,elmi araşdırmalar.





Didaktik oyunlar daima açıqlayıcı materiallarla müşahidə olunur.Şagird qarşıya qoyduğu məqsədə çatmaqla yanaşı həm də bu sahədə biliyini artırır.Ev tapşırıqları üçün animasiyalar da çox maraqlıdır.

Dərs vəsaitləri həm anlaşılan dildədir, həm də yumor hissi ilə müşahidə olunur.






Resursları hazırlayanlar şagirdlərin təbii maraqlarına cavab verir,onların təxəyyülünü inkişaf etdirir.


Bu sayt 3 əsas  hissədən ibarətdir:müəllimlər üçün nəzərdə tutulan hissə,şagirdlər üçün nəzərdə tutulan hissə və valideynlər üçün nəzərdə tutulan hissə.




Müəllim üçün xüsusi yer nəzərdə tutulub.Çünki yeni təhsil texnologiyalarına yeni müəllim lazımdır.


Eyni zamanda müəllimlərin öz kvalifikasiyasını artırmaq da nəzərdə tutulur.



Dərs materialı fənlərə və siniflərə bölünüb.Sizləri bu sayta dəvət edirəm ,necə deyərlər gəlin görün.







http://www.discoveryeducation.com/