19.10.2013

Ser Uinston Çörçil -rəssam.

"Mən 40 yaşına heç vaxt əlimə fərça almadan,qələmlə bir dəfə də olsun işləmədən,     -maqiyanın növü olduğuna əmin olaraq çatdım;küçə rəssamlarının asfaltda şəkil çəkməsinə baxanda mən təəccüblənirdim və birdən mən özümü palitra və molbertlərin arasında aşkar etdim,yeni,çox maraqlı bir məşquliyyətə (şəkil çəkmə) qurşandım və heç də nəticədən təəssüflənmədim...
                      Ser Uinston Çörçill.  

Çox az insan bilirki ki ,Çörçill həmdə rəssam olub.Rəsmə həvəsini o 40 yaşında aşkar edib,lakin qalan ömür ərzində 500 çox rəsm əsəri yaradıb.Bu məşquliyyət ona depressiyadan qurtarmaq,"böyük siyasətin"bütün xoşagəlməz təəsuratları yaddan çıxarmağa kömək edirdi.

Uinston hər yerdə şəkil çəkirdi:evdə,Britaniyada,müxtəlif ölkələrə səfərlərində.O həm pertret,interyer,peyzaj çəkirdi.

1921 ildə Çörçill bir neçə işini Parisdəki Beynəlxalq Rəsm sərgisinə göndərdi və birdən birə 6 işi münsiflərin diqqətini cəlb etdi.1925 ildə London qeyri-peşəkarların sərgisində onun rəsmi müəllifinin kim olduğu bilinmədən 1 yeri tutdu.1947 ildə Çörçill bir neçə işini Kral İncəsənət Akademiyasına göndərdi.Həmişəki kimi onun işləri uydurulmuş ad altında göndərilmişdi.Uinstonun böyük təəccübünə onun 2 rəsmi qəbul edilmişdi.1948 ildə ona Kral İncəsənət Akademiyasının Fəxri üzvü adı verildi. 

Onu da demək lazımdı ki,Çörçill oz nailiyyətlərinə çox ciddi yanaşırdı,həmişə tənqidə və yeni ideyalara açıq idi,təriflərə isə şübhə ilə baxırdı.Hətta sərgi təşkil etmək təklifi ilə razılaşmadı.Lakin rəsm mütəxəssisləri onun şəkillərinə daha maraqla baxırdı.İncəsənət mütəxəssisi Çon Londonun dediyinə görə "Hətta müasir rəssamlar etiraf edirlər ki,onun bir çox işi impresionistlərin şedervləri ilə rəqabət apara bilərdi".

Sizlərə onun bir neçə işləri ilə tanış edirəm.