19.10.2013

II Ramzes -Günəşin oğlu.İllüstrasiyalı tarix.

II Ramzes ...Onun adının mənası "Ra doğub onu"(Ra-Messu).Bu firon 87 il yaşayıb.66 il fironluq edib.Misir onun hakimiyyəti dövründə qüvvətli dövlət olub.Axırıncı böyük Misir fironların biri olan II Ramzes çox gənc ikən, 20 yaşında hakimiyyətə gəldi.O böyük sərkərdə idi.Onun hərbi səfərləri müasirlərinin heyrətləndirirdi.O güclü və yaxşı təlimli ordu yaratdı.Hərbi səfərlərdə orduya birbaşa özü rəhbərlik edirdi.Sənədlər II Ramzesi qorxmaz və cəsur bir insan kimi təqdim edir.Onun hakimiyyəti dövründə Misirin sərhədləri maksimal səddə çatmışdı.Hetlərlə uzun sürən müharibələr apardı.İlk beynəlxalq müqaviləni imzalamışdı.II Ramzes həm də böyük inşaatçı idi.O Misirin Yaxın Şərqlə ticarət əlaqələrini tənzimləmək üçün yeni paytaxtı Per Ramzesi saldırdı.O çoxlu abidə və məbəd tikdirdi.Onun dövründə tikilən tikililərin hamısı onu təsvir edən  monumental abidələrlə bəzədilib.Bu onun gücünü və böyüklüklüyünü göstərirdi. 

Ramzesin 111 oğlu və 67 qızı olmuşdu.
II Ramzes müasir Misir pasportuna malik yeganə firondur.1974 ildə alimlər onun mumiyasının korlandığını hiss edərək Fransaya bərpaya göndərməyi qərara alındı.Mumiya üçün əsl pasport hazırlandı .Pasportda məşquliyyət qrafasında "kral (vəfat etmiş)" göstərilirdi.Fransaya çatdıqda II Ramzesin mumiyasını əsl krala layiq qarşılandı.İndi II Ramzesin mumiyası Kair muzeyində saxlanılır


 


 İllüstrasiyaların müəllifi:Severino Baraldi 

  
http://www.liveinternet.ru/community/2281209/post288948877/