26.01.2015

Atropatena Sasanilər imperiyası tərkibində

Sasanilər dövründə Şimali Azərbaycanda Albaniya nisbi müstəqilliyini qoruyub saxladığı halda, Atropatena imperiyasının tərkibinə daxil oldu. Tarixçi M.Təbəri Sasani dövlətinin I əsrdə yarandığını göstərir. Təbəri yazır ki, Ərdəşir Babəkan Əcəmi ölkəsini asılı ölkələr sistemindən azad etdi. Beləliklə,  parfiyalıların hakimiyyəti devrildi və yerində yeni Sasanilər dövləti təşəkkül etdi. Yeni dövlət  sülaləsi olan Sasanilər tayfalar birliyi və yaxud asılı dövlətlər sistemini ləğv edərək, mərkəzləşmiş dövlət yaratdılar. F.Engels Sasanilərin yeni dövlət sistemindən "Sasanilərin nizama, salınmış İran monarxiyası" kimi bəhs etmişdir. Beləliklə, Sasanilər nizamlı bir dövlət quruluşu yaratmış oldular.
Sasanilər parfiyalıları məğlub etdikdən sonra öz hakimiyyətlərini möhkəmləndirmək məqsədilə yeni ərazilərin işğalına başladılar. Hələ I Ərdişirin dövründə Sasanilər Mesopotamiyanı, Atropatenanı və Orta Asiyanın bir hissəsini zəbt etdilər. Atropatenanın iqtisadi inkişaf nöqteyi-nəzərindən qonşu ölkələrdən irəlidə olması, digər tərəfdən həmin ölkənin strateji mövqeyinin əlverişliliyi onu hələ qədimdən məşhur etmişdi.
Abdulla Fazili göstərir ki, yeni hakimiyyət tezliklə "dünya dövlətlərindən" birinə çevrilib, tabeliyində olan ərazini başqalarının hesabına genişləndirmək uğrunda mübarizəyə başlayır. Sasanilər dövləti məhsuldar torpağa malik olan Beynəlnəhreyn  və habelə, İberiya uğrunda Roma ilə uzun sürən muharibələr aparmışdır.
Beləliklə, III əsrin birinci rübündən etibarən əvvəlcə Fars əyalətində yaranıb, sonralar isə bütün parfiyalılara tabe olan əyalətləri mərkəzləşmiş dövlət ətrafında birləşdirən Sasani hakimiyyəti Azərbaycanda da mövcud olmuş Parfiya hökmranlığına son qoymuşdur.
Sasanilər dövründə Atropatenada olduqca məşhur bir neçə atəşgədə  mövcud idi.  Bir   sıra   tədqiqatçılar,  o  cümlədən, S. Nəfisi bu məşhur atəşgədələrin Azərbaycanda mövcud olması ilə əlaqədar həmin ərazini Zərdüştün ölkəsi kimi tanımışdır. Atropatena 227-ci ildən etibarən Sasanilərin işğalı altına düşmüşdür. Həmin dövrdən İranın şimal-qərbi Azərbaycan adlandırılmışdır. S.Nəfisi bu haqda yazır ki, ərazi VI əsrdə Nəsturi dininin mərkəzlərindən biri olduğuna görə, Aysori kitablarında o mərkəz həmin  adla adlandırılmışdır. Sasanilərin idarəetmə qaydalarını qoruyub saxlayan Abbasi xəlifələri Azərbaycanın adını olduğu kimi qoruyub saxlamışlar. Azərbaycan sərhədləri bu dövrdə belə olmuşdur. Cənub-şərqdən Cibal (qədim Midiya), cənub-qərbdən Cəzirə (qədim Assur) əyalətinin bir hissəsi, qərbdən Ermənistan, şimaldan Aran (Qafqaz), şərqdən isə Xəzər dənizi sahilinin iki əyaləti olan Muğan və Gilanla həmsərhəd olmuşdur.
Güman ki, bu göstərdiyimiz sərhədlər nisbi xarakter daşıyır. Digər tərəfdən xilafət dövründə Azərbaycanın sərhədlərini ərəb müəlliflərinin tövsiyə etdikləri kimi qəbul etmək olar. Lakin Sasani hökmranlığı dövründə Muğan bütövlükdə və Gilanın qərb rayonları da Atropatena ərazisinə daxil olmuşdur. F.Sasanilər Atropatena mərzbanlığının sərhədlərini olduğu kimi saxlamışlar. Ərəblərin dövründə isə Muğan və Gilan görünür ki, müvəqqəti olsa da Azərbaycanın tərkibindən ayrılmışdır.
Sasanilərin dövründə Azərbaycan İranın sərhəd əyalətlərindən birini təşkil edirdi. Bu səbəbə görə də Azərbaycanın əlverişli coğrafi şəraiti və möhkəm strateji mövqeyə malik olmasını nəzərə alan Sasani hökmdarları bu əraziyə həddən artıq fikir verirdilər. Sasanilərlə Roma imperiyası arasında gedən uzun-uzadı müharibələrdə əsas rol oynayan Azərbaycan rayonları iqtisadi inkişaf nöqteyi-nəzərdən də irəlidə gedirdi. IV əsrdən etibarən Azərbaycanın şəhərləri ticarət-sənətkarlıq və abadlıq nöqteyi-nəzərdən qonşu ölkələrin şəhərlərindən üstün mövqeyə malik idi.
Bu baxımdan da, Azərbaycan və Arran tarixi biri digəri ilə tam surətdə bağlı olmuşdur. Kür-Araz çayları arasında yerləşən ərazi keçmişdə Arran adlanırdı. Ərəb müəlliflərinin verdikləri məlumata görə, bu ərazinin sakinləri özlərinə məxsus olan Aran dilində danışırmışlar. 
Müxtəlif mənbələrin göstərdiyinə görə, strateji  nöqteyi-nəzərdə əhəmiyyətli olan bir sıra əyalət hakimləri şah adı daşımışlar. Nailə Vəlixanlı yazır ki, İbi Xordadbehin köstərdiyinə görə, Sasani imperiyasının dörddə bir hissəsini təşkil edib, şimal spəhbudu tərəfindən idarə edilən şimal əyalətlərinə Azərbaycan,  Rey, Aran və sair daxil idi. Sasanilərin dövründə olmuş şah ləqəbi (titul) haqqında İbn Xordadbeh yazır: "Ərdəşir (224-241) Azərbaycan, Ermənistan və başqa ölkələrin hakimlərinə şahlıq ləqəbi vsrmişdir. Həmin bu ölkələrin şahları Azərbaycanşah, Şirvanşah, Braşkanşah (Azərbaycan), Allanşah (Muğan), Ərmənşah, Filanşah və sair adlanırdı". Dərbənd səddinin tikilməsindən bəhs edən bir mənbədə göstərilir ki, Ermənistan, habelə, Azərbaycanın bəzi əyalətləri Bizans çarları və Xəzər xaqanlığı tərəfindən işğal edilmişdi. Qubad, habelə, ondan əvvəlki şahlar ölkəni qıpçaq və xəzərlərin hücumundan qorumaq, müdafiə məqsədilə sədləri tikməyə başladılar. Ənuşirəvan Ermənistanı Roma çarlarının işğalından, Azərbaycanı isə qıpçaqlardan təmizləyərək, Dərbənd səddini tikdirib başa çatdırdı. Belə ki, hər məntəqənin özünün ayrıca hakimi olmuşdur. Bunlardan Şirvanşahlar, Filanşahlar, Xirsanşahlar və başqalarını göstərmək olar.
Sasanilərin dövründə İran qismən ittifaq, dövlət və yaxud federasiyalardan təşəkkül tapmışdı. Bu özü də biri digərindən və daima İran mənşəli olan "İran şəhr" və yaxud "Eran", o biri isə Sasanilər tərəfindən tutulub ölkələrinə qatılmış, geniş sahələrə malik olan "Əniran", daha doğrusu, İran mənşəli olmayanlar idi. Bunlar təbii sərhədlərə və ayrı irqə malik irsi olaraq müəyyən ailələr tərəfindən idarə olunan müstəqil hökmranlıqlar olmuşdur. Bu hakimlər hər il şahənşah xəzinəsinə müəyyən edilmiş pul verməli və əlavə olaraq, "Novruz", "Mehrikan" bayramlarında hədiyyələr göndərməli idilər. Onlar müharibələrdə öz süvari və piyada dəstələri ilə Şahənşah ordusunda iştirak stməli və öz hərbi qüvvələrinin xərcini ödəməli idilər. İrsi və müstəqil olan bu hökmranların hər birinin xüsusi ləqəbi olmuşdur. Onların əksəriyyətinin ləqəblərinə ölkə və yaxud irqlərinin adı ilə birlikdə  şah məfhumu da əlavə edilmişdi. 
Parfiyalıların romalılara qarşı apardıqları ardı-arası kəsilməyən müharibələr onları iqtisadi cəhətdən ağır və çıxılmaz vəziyyətə gətirib çıxarmışdı. Mərkəzi hakimiyyət asılı dövlətlər sistemi olan tayfalar birliyini idarə etməkdə çətinlik çəkirdi. Bu səbəbə görə də, ölkədə hərci-mərclik hökm sürməkdə idi. 
Şəhrdarlar (spəhbodlar) nisbətən müstəqil olub əyalətləri idarə edir, müharibə zamanı isə öz silahlı qüvvələrini mərkəzi ordu ilə birləşdirib, onlara rəhbərlik edirlər. V əsrdən etibarən Sasani imperiyası dörd böyük mərzbanlığa bölünür. Şəhrdarlar (spəhbodlar) mərzbanlarla əvəz edilir. Bu vaxtdan etibarən mərzbanlar mülki və hərbi işlərə təkbaşına başçılıq edirdilər. Mənbələrin göstərdiyinə görə, "böyük əyalətə başçılıq edən mərzbanlara şah adı verilmişdi. Sasanilər öz hakimiyyətlərini İrai daxilində möhkəmləndirdikdən sonra geniş işğalçılığa qədəm qoyurlar. Onlar Atropatenanı, Orta Asiyanın bir hissəsini, Suriya və Mesopotamiyanı zəbt etdilər. Atropatena Sasanilərin dövründə Aturpatkan, Adarbadaqan, Azərbazqan adlanaraq, bu imperiyanın şimal mərzbanlığını təşkil edirdi. I Xosrovun dövründə şimal mərzbanlığına Aran, Ermənistan, İberiya, Balasakan, Sisakan, Muğan, Deyləm və sairə əyalətlər daxil idi. Əyalətin hakimi hələ I Ərdəşirin dövründən etibarən Atarpatakan şah adlanırdı.
Atarpatakan Sasani dövlətinin ən mühüm əyalətlərindən biri hesab olunurdu. Bu əyalətin təbii-coğrafi  və strateji şəraitinin əlverişli olması onu digər əyalətlərdən fərqləndirirdi. Atarpatakanda böyük şəhərlərin mövcudiyyəti (o cümlədən, Tavreş, Ordbil, Qazaka (Fraaspa), Aqanzana, Marağa və s. digər tərəfdən bu şəhərlərin ticarət yolları üzərində yerləşib dünya ticarətinə cəlb edilmələri onun iqtisadi-ictimai yüksəlişinə mühüm təsir göstərən amillərdəndir. Bu səbəbə görə də, Sasani imperiyasının şimal mərzbanları məhz Ordbil və Tavreş kimi dövrünə görə böyük ticarət mərkəzlərini özlərinə iqamətgah etmişdilər.  Atarpatakanda da hakim mövqe tutan Zərdüşt dinini Sasanilər dövlət dini elan etdilər. Zərdüşt dini hakim feodalların tələbatına uyğunlaşdırılmışdı. Zərdüşt dininin başçıları Sasanilər dövlətinin həyatında böyük rol oynayırdı. Mağların ixtiyarında külli miqdarda böyük torpaq sahələri var idi. Maqlar mülki, hüquqi işlərdə hakim vəzifəsini də ifa    edirdilər. Ölkədə böyük nüfuza malik olan mağlar dövlətin daxili və xarici siyasətində böyük rol oynayırdılar.   Qazakada  atəşpərəstlərin ən böyük  məbədi olan Azərgəşəsp  yerləşirdi. Azərgəşəsp atəşgədəsində fəaliyyət köstərən maqların ixtiyarında 10 min nəfərə qədər  adam  işləyən  geniş  torpaq sahələri  var idi. Onlar bu malikanələrdən külli miqdarda gəlir əldə edirdilər. Atarpatakan III əsrdən artıq bir müddətdə Sasanilərin dastakerti olub. onların zülmü altında qalmışdı.
Abdulla Fazili Atropatenanın Sasani imperiyasının mühüm əyalətlərindən biri və şahlar şahı dastakertinin bir hissəsi olduğunu qeyd edərək, göstərir ki, ərəb müəlliflərinin əsərlərində də təkrarən Sasani şahlarına məxsus "Əl-Daskara" və yaxud "Daskarat əl-Məlikə" adlı yer adına təsadüf edilir.
Arxeoloji qazıntıların nəticəsinə görə, burada dövrəsi möhkəm hasarla əhatə olunmuş böyük müdafiə əhəmiyyətli saray olmuşdur. N.V.Piqulevskayanın ehtimalına körə, Daskara Bizans imperatoru İraklinin hücumu zamanı  onun orduları tərəfindən dağıdılmışdır. Ona görə "Şah Dastakartı" Tisfundan Həmədana gedən yol üzərində Sasanilərin paytaxt şəhərinin 107 kilometrliyində yerləşirdi.
İrakli Qazaka şəhərində atəşpərəstlərin məbədini dağıdıb, onun xəzinəsini qarət etdikdən sonra yola düşüb şah sarayı yerləşən Dastgerdi tutub, onu viran etmişdir.
"Karnamak-e Ərdəşire Papakan" əsərində dastakart termininə bir neçə yerdə təsadüf edilir. Orada deyilir ki, Ərdəşir Papakan çox kəndi (dehi) müqəddəs və toxunulmaz elan etdi. Dastakart, ümumiyyətlə, kənddən fərqlənirdi. Bir sıra mənbələrə dastakart qul əməyi ilə becərilən torpaq sahələrinə aid edilmişdir.
 Dastakart termininin izahı bu mübahisələrə son qoyur. Sözün birinci hissəsi olan "dost" arami dilində "ol" deməkdir. "Kərd" isə pəhləvi və müasir fars dilində "kərdan" felindən olmaqla "etmək" deməkdir. Bir sözlə, əl ilə görmək və yaxud əl ilə etmək mənasındadır. Hertsfeld və Bartolomey bir neçə dəfə bu terminin aydınlaşdırılması ilə məşğul olmuşlar. Bartolomeyə görə, dastakert "torpaq sahəsi", "torpaq mülkiyyəti" mənasındadır,
III-V əsrə aid pəhləvi mənbələrində isə dastakart möhkəm müdafiə əhəmiyyətli "qala, düşərgə" mənasındadır. Ərəb dilində isə dastakert "qəsr" mənasına uyğundur. Karnamak əsərinə gəldikdə isə, orada bir sıra kənd (deh) xutur dastkert adlandırılır.
Aturpatakanın paytaxt şəhəri Qazaka II Xosrov Pərvizin dastakerti olmuşdur. Orada II Xosrova məxsus müdafiə əhəmiyyəti möhkəm və əzəmətli sarayların, habelə, məbədlərin olması, şəhərin və onun ətraf kəndlərinin Sasani şahənşahının dastakerti olduğunu güman etməyə imkan verir. Mənbələrdəki dastakerti  Qazaka  şəhəri və orada olan saraylarla müqayisə etdikdə, istər-istəməz yuxarıdakı    nəticəyə gəlmək olur.
Moisey Kalankatuylunun köstərdiyinə görə, azatlar bir neçə dastakertin maliki olmuşdur.
VI əsr mənbəyi olan "Matikan-i hazar datastanda" dastakerd mülkiyyət forması bslə izah edilir: "Dastagerd" qulların məskun olub və onların əməyindən istifadə edilən xüsusi mülkiyyət formasına deyilir. İran ərazisində quldarlıqdan feodalizmə keçid ərəfəsində "azad" və "dastakerd" istehsal formalarına təsadüf edilir. Sasanilər  hakimiyyətp  dövründə   İran  ərazisində feodal torpaq mülkiyyətinin iki əsas forması nəsli ("dastakerd") və "xostak" şərti torpaq mülkiyyəti mövcud olmuşdur. 
Ellinizm  dövründə İran  ərazisində  "dastakerdlə" "xostak" torpaq mülkiyyəti formları prinsip etibarilə  biri digərindən bir o qədər də fərqlənmirdi. Lakin "Matikan"da göstərildiyi kimi, "dastakerd" irsi mülkiyyətə deyilir, "xostak"ı isə satmaq, bağışlamaq, girov qoymaq olardı. Dastakerd mülkiyyət forması yalnız bir şəxsə deyil, bütün ailə üzvlərinə məxsus idi. Dastakerd torpaqlarında hüquqi nöqteyi-nəzərdən ailənin ağsaqqalı əsas sima hesab edilirdi.
 
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru
SES QEZETI