06.08.2014

Zabit Quliyev — Azərbaycanın Milli Qəhrəmanı

6 iyun 1975-ci il Kürdəmir rayonunun Ərəbxana kəndində anadan olmuşdur. 1992-ci il Ərəbxana kənd orta məktəbini bitirib. Zabit bir müddət rayonda təsərrüfat işlərində çalışır. 1993-cü il Milli Orduya çağırılır.

Zabit Quliyevİ birbaşa cəbhəyə apardılar. Zabit cəsur döyüşçü kimi Füzuli, Ağdam, Ağdərə, Tərtər cəbhələrində rəşadətlə vuruşmuşdu. Zabit çox tez bir zamanda hörmət qazanmışdı. Erməni faşistlərini zirehli texnikalarını dəfərəlrə sıradan çıxarmışdı. Təkcə Seysulan kəndində gedən döyüşlər zamanı cəsur döyüşçü ermənilərin dörd tankını alova bürüdü.[1] Zabit bu çətin günlərdən sağ-salamat çıxa bildi. Mahir atıcının adı elləri gəzirdi. Zabit Quliyevin həyatı Azərbaycan gəncləri üçün məktəbdir, əsl əsgər manifestidir.
Ailəlidir, bir övladı var.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Vahid Adil oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.