31.08.14

Qədim Azərbaycan Manna dövlətinin meydana gəlməsi və süqutu

Qədim Azərbaycan dövlətçilik tarixində Manna ilk mərkəzləşmiş dövlət idi. Q.Qeybullayev "Azərbaycançılığın etnik tarixinə dair" əsərində yazır ki, "Manna Azərbaycan ərazisində türk xalqlarının tarixində məlum olan ilk dövlət qurumudur".


Qədim Azərbaycan dövlətçilik tarixində Manna ilk mərkəzləşmiş dövlət idi. Q.Qeybullayev "Azərbaycançılığın etnik tarixinə dair" əsərində yazır ki, "Manna Azərbaycan ərazisində türk xalqlarının tarixində məlum olan ilk dövlət qurumudur".


Akademik Z.Bünyadov və Y.Yusifov Mannanın meydana gəlməsi, tarixi əhəmiyyəti haqqında göstərirlər ki, Assuriyada III Tiqlatpalasarın (e.ə. 744-727-ci illər) hakimiyyətə gəlməsilə Ön Asiyada siyasi vəziyyət dəyişildi. O, geniş işğalçılıq müharibələri aparır, Assuriyanın beynəlxalq nüfuzunu qaldırırdı. Mannada və başqa ölkələrdə o, Assuriyanın siyasi təsirini artırmaq məqsədilə Urartu ilə toqquşmalı oldu. III Tiqlatpalasar Manna istiqamətində Mazamua (Krmiya gölünün cənubu və cənub-qərb vadi hissələri) vilayətini tutaraq orada yeni məskunlar yerləşdirdi və Mazamuanı Assuriyaya birləşdirdi. Mazamua Zamuanın şimal hissəsini təşkil edirdi. Urartu da bu torpaq uğrunda uzun-uzadı müharibələr aparmışdı. Bununla urartlar Mannanın bu ərazisindən sıxışdırılıb çıxarıldılar. III Tiqlatpalasar işğal olunmuş ölkələrin əhalisinin bir yerdən başqa yerə köçürmə siyasəti yürüdürdü. O, Urmiya gölü hövzəsində (əsasən qərb və cənub-qərbində) yaşayan kutiləri, sanqibutiləri, sanqilləri, budiləri, nakkabiləri və s. başqa əraziyə köçürdü və məskunlaşırdı. Lakin III Tiqlatpalasar Mannanın digər vilayətlərinə toxunmadı. Tiqlatpalasarın işğal etdiyi ölkələr içərisində Manna yad edilmir, o ancaq, Mannanın qoşunları Urartu və Midiya ilə müharibələr aparırdı. Manna hökmdarı III III Tiqlatpalasarın şəxsində özünün müttəfiqini görürdü.

Bu dövrdə Manna ikimeylli xarici siyasət mövcud idi. Bir qrup Assuriya ilə ittifaqa meyl göstərir, bununla da Manna torpaqlarının bütövlüyünü saxlayır və Urartunun işğalçılıq niyyətlərinə sədd çəkirdi. İranzu Assuriya ilə müttəfiq kimi davranır və onun siyasi üstünlüyünü tanıyırdı. Uzun müddət Urartu müdaxiləsinə qarşı mübarizə aparan Mannaya əmin-amanlıq lazım idi. digər qrup Urartu ilə ittifaqa meyl göstərir və Assuriya əleyhinə qüvvələri birləşdirməyə çağırırdı. Ola bilsin ki, III Tiqlatpalasar Urmiya gölünün cənub və cənub-qərb torpaqlarının Urartuya meyl göstərən əhalisini siyasi mövqeyinə görə köçürmüşdü. Hər halda ikinci qrupun siyasəti Mannanın ərazi bütbvlüyünü parçalaya bilərdi, eyni zamanda, daxili qüvvələrin və vilayətlərin mərkəzi dövlət ətrafında birləşməsinə əngəl törədirdi. Keçmişin təcrübəsi Manna hökmdarının xarici siyasətinin istiqaməğini müəyyənləşdirdi. Onun assur meylli siyasəti Ön Asiyanın bu qüdrətili dövlətini Mannanın havadarına çevirmişdi. Belə hal, ilk növbədə, Urartunu narahat edirdi, çünki Urartu hökmdarları Manna torpaqlarını işğal etməe niyyətindən əl çəkməmişdilər.

Assur meylli-xarici siyasət Manna dövlətini Urartu işğalçılarından xilas etmiş və ölkənin vahid mərkəzdə birləşməsi üçün şərait yaratmışdı. Lakin İranzunun dövləti mərkəzləşdirmə siyasəti Mannanın müəyyən canişinlərinin mənafeyinə uyğun gəlmirdi, canişinlərin bəzisi mərkəzdən ayrılma fitvasına gedirdilər. Eyni zamanda, Urartu mananın daxili işlərinə qarışır. Canişinləri mərkəzi hakimiyyətə qarşı üsyana təhrik edirdi.

Urartu hökmdarı I Rusa (e.ə. 730-714-cü illər) işğalçılıq niyyətinin həyata keçirmək məqsədilə Mannanın Zigiru vilayətinin canişini və başqa şəhərlər ilə sazişə girdi. Mannanın Zikirtu vilayətinin canişinin Mettati əhali arasında İranzuya qarşı üsyan meylləri yaradırdı. E.ə. 719-cu ildə Mannanın Şuandahul və Durdukka şəhərlərinin əhalisi Mettatiyə arxanalaraq İranzuya qarşı üsyana qalxdı. Assur hökmdarı II Sarqonun (e.ə. 722-705-ci illər) kitabəsində bu barədə deyilir: "Hakimiyyətimin üçüncü ilində Şuandahul və Durdukka qala şəhərləri öz ağalarına, mənimboyunduruğumu çəkən Manna hökmdarı İranzuya qarşı üsyan fikrinə düşdülər və döyüşçü və suvarilərini verməklə yardım göstərdi. (Allah) Aşşurun çoxlu qoşununu mən silahlandırdım və bu şəhərləri tutmağa getdim". II Sarqon sələflərinin Manna ilə ittifaqına sadiq qalaraq üsyançıların üzərinə qoşun yeritdi. Yürüşün gedişində üsyana meyl edən və I Rusa ilə sövdələşən bir sıra şəhər əhalisini Suriyaya köçürdü. II Sarqon məlumat verir ki, "Sukka şəhər əhalisini, bala şəhər əhalisini. Abitikna şəhər əhalisini onların kökünü kəsə biləcək pis məsləhət verdiyi və Urartu hökmdarı ilə sazişə girdiyi üçün günah işlətdikləri üçün mən öz yerlərində qərbə, Suriyaya köçürdüm". II sarqon üsyançı şəhərləri dağıdaraq yandırdı. Beləliklə, canişin Metatta və I Rusa tərəfindən Manna hökmdarı İranzuya qarşı hazırlanmış üsyan Assuriyanın köməyilə yatırıldı. Lakin özgə torpağında ara qızışdıran Rusiya uyan Mettati vahid Manna dövlətini parçalamaq üçün fürsət axtarırdı. İranzu vəfat etdikdən sonra onlar yeni müttəfiqlər tapıb Manna hökmdarına qarşı fitnə-fəsada başladılar.

S.Qoşqay və Q.Melixşvili Mannanın dövlət qurumundan bəhs etmişlər. Hökmdar Udakidən sonra e.ə. 737-ci il yürüşləri ilə əlaqədar III Tiqlatpalasarın və II Sarqonun e.ə. 718-ci ilə aid kitabələrində Manna hökmdarı İranzunun adı çəkilir (əgər hər iki kitabədə adı çəkilən İranzunun eyni şəxsiyyət olduğunu nəzərə alsaq deməli, o 20 ildən çox Mannada hökmdarlıq etmişdir). Belə məlumatlardan görünür ki, elə həmin vaxtdan mannada hökmdarlıq təsilatı irsi imiş. Bir-birinin ardınca hökmdarlıq edən Azpa və Ullusunu İranzunun oğulları idilər. Aşşur hökmdarı Asarxaddonun müasiri Ahşeridən sonra Mannanın onun oğlu Ualli idarə edirdi.

Materiallar bizdə Manna hökmranlığının dövlət quruluşu haqda aşağıdakı şəkildə təsəvvür yaradır. Dövlətin başında irsi haikmiyyətə malik hökmdar dururdu. Dövlətin ərazisi hökmdarın təyin etdiyi canişinlər tərəfindən idarə olunan əyalətlərə bölünürdü.

Q.A.Melikişvilinin göstərdiyi kimi bu canişinlərin bəziləri hətta irsi hakimiyyətə malik olmuşlar.

Mannada hökmdar hakimiyyəti, görünür, qeyri məhdudluğa doğru gedirdi; hər halda onlar sərbəst hakimiyyətə can atmışlar. Məhz bu, hökmdarın və onun yürütdüyü siyasətin tərəfdarları və əleyhdarları arasında daimi mübarizəyə gətirib çıxarmışlar.

Manna siyasət kursunu dəyişmək üçün sui-qəsdlər edilir, mövcud hökmdarlar hakimiyyətdən salınır və özlərinə yarayanlar hakimiyyətə gətirilirdi. Sui-qəsdlərin başında çox zaman hökmdarın oğlu və ya qardaşı dururdu. Məsələn, Aşşur tərəfdarı olan Azanı Urartu ilə müttəfiqlikdə olan qardaşlı Ullusunu hakimiyyətdən salmışdı. Eyni zamanda. II Sarqonun məlumatından görünür ki, Ullusunu "özünün böyükləri, canişinləri ölkəsini idarə edən zadəganları" yəni hökmdar hakimiyyəti məhdudlaşdıran ağsaqallar şurası sayılanlarla birlikdə II Sarqonu qarşılamağa çıxmışdılar. Bizə belə gəlir ki, artıq həmin dövrdə ağsaqallar şurasının tabeliyindən azad olmağa çalışan, "onun ölkəssini idarə edən canişinlərin və başçıların" sərbəstlik cəhdləri sıxışdırılır və məhdudlaşdırılırdı, onlar artıq özlərinə tabe ərazilərdə elə bir müstəqil hakimiyyətə malik deyildilər. Yuxarıda göstərilən məlumatla II Sarqon qeyd etmək istəyir ki, Ullusunun özünün bütün qohum-əqrəbası və Manna zadəganları ilə onu qarşılaması ona öz hörmət dostluğunu göstərmək idi. mətnin adından məlumdur ki, Ullusunu özünün təhlükəsizliyini təmin etmək üçün hətta girov da götürmür, əksinə II sarqon üçün özünün böyük oğluna hədiyyələr verməyi tapşırır. O, öz hökmdarlığını möhkəmləndirmək üçün Aşşur hökmdarına stella həsr edir. T.A.Melimkişvilinin fikrincə, Manna hökmdar oğullarının aşşurlara girov verilməsi faktı Manna hökmdarlarının da suveren hakimlər olduğunu göstərirlər. Manna dövləti özünün bütün sahələri boyunca müdafiəyə məcbur olmuş və bəzi dövrlərdə bu mübarizələr çox güman ki, onu çox zəiflətmişdir. Lakin elə dövrlər də olmuşdur ki, Manna güclü qonşu dövlətlər arasında gedən çəkişmələrdən və onların daxili vəziyyətlərinin ağırlaşmasından faydalanaraq öz ərazisini bərpa edə və genişləndirə bilmişdir.

Manna özünün ən parlaq çiçəklənmə dövrünə, görünür hökmdar İranzunun sələfləpi və onun öz hakimiyyətinin əvvəllərində çatır. İranzunun sələflərinin adları bizə məlum deyildir. Belə ki, həmin dövrdə Manna ilə daha çox toqquşan Urartu hökmdarı öz kitabələrində Manna hökmdarlarının adlarını çəkmirlər. Onlar ümumiyyətlər nadir hallarda öz rəqiblərinin adlarını çəkirlər. Lakin həmin ıdövrdə Mannanın Krartu əleyhinə hücuma keçməsi faktının özü Mannanın gücləndiyini göstərir. Buna AşşurunMannada hərbi əməliyyatlar aparması da şərait yaradırdı. Aşşur hökmdarı III Tiqlatpalasar artıq Aşşuru xeyli dərəcədə narahat edən midiyalılarla mübarizə ilə məşğul idi. III Tiqlatpalasarın e.ə. 744 və e.ə. 737-ci illərdə midiyalılar əleyhinə apardığı hərbi yürüş marşrutlarının İ.M.Dyaknov tərəfindən aparılmış təhlili göstərir ki, bu yürüşlərin yolları Mannanın şərq sərhədləri boyunca keçmiş, lakin onun ərazisinə toxunmamışdır.

Bu mannanın bir hərbi qüvvə kimi varlığını, eləcə də, onun Aşşur ilə dostluq münasibətlərini göstərir. III Tiqlatpalasar həmin dövrdə Urartu ilə də mübarizə aparırdı və bu mübariədə sonuncunun zəifləməi nəticəsində Mannanın vəziyəti yüngülləşirdi.

Manna dövlətinin böyüklüyü barədə biz II Marqonun nəzarətindən azad olmağa çalışan asılı əyalətlər və onun tabeçiliyində qalan əyalətlər haqqındakı müfəssəl məlumatına əsasən təsəvvür yarada bilərik. Urartu görünür öz qüvvələri ilə Manna ilə bacara bilməmişdir və ona görə də Mannaya tabe olub müstəqilliyə cəhd göstərən əyalətlər arasında özünə dayaq axtarmışdır.

Naxçıvan və Manna ərazilərində aşkar edilmiş arxeoloji materiallarda izlənilən sıx mədəni əlaqələr belə deməyə imkan verir ki, görünür müəyyən dövrlərdə Mannanın sərhədləri Araz çayından şimala uzanmış və Manna dövləti özünün gücləndiyi dövrlərdə geniş bir ərazini əhatə etmişdir.

İranzunun hakimiyyətinin sonunda Manna hökmdarının mövqeyi bir qədər zəifləyir. Zikertu əyaləti ilə birlikdə Şuandaxul və Durdukka şəhərləri də onun əleyhinə çıxır. II Sarqonun köməkliyilə onlar yenidən mannaya tabe edildilər.

İranzunun ölümündən (təqribən e.ə. 719 və 716-cı illər arasında) sonra onun oğulları arasında hakimiyyət uğrunda mübarizə başlanldı. Atası İranzunun siyasətini davam etdirən və Aşşur tərəfdarı olan böyük oğlu Aza hakimiyyətə keçdi. Manna dövlətinin süqutu ilə əlaqədar İqrar Əliyev yazır ki, Manna öz dövrünün ən qüdrətli dövlətlərindən birinə çevrildi. Tezliklə güclənmiş Manna artıq Assuriya ərazilərinə hücum etməyə cürət etdi.

Manna ərazisi çar Axşerinin dövründə (o, ölkəni e.ə. VII əsrin 50-ci illərinə qədər idarə etmişdi) xeyli genişləndi. Bu dövrdə urartulular və assuriyalılar Manna hökmdarı ilə hesablaşdılar. Lakin Mannanın çəçəklənməsi prosesi uzun çəkmədi.

Mannanın gücü və qüdrəti müəyyən dərəcədə kimmerlərlə, skiflərlə və madalılarla (midiyalılarla) ittifaqdan asılı idi. Lakin bu ittifaq 70-ci illərin sonuna doğru skiflərin bir hissəsinin xəyanəti nəticəsində iflasa uğradı. Assurilər tərəfinə keçmiş Partatunun başçılıq etdiyi skiflərin bir hissəsi Assarxaddona mannalılara və (başda İşpaka olmaqla onlarla dostluğu davam etdirən) skiflərin başqa bir hissəsinə zərbə vurmağa kömək etdi.

Artıq Aşşurbanipalın hakimiyyəti dövründə (668-627) təxminən 660-cı illərə yaxın assurilər Mannaya ağır zərbə endirdilər və onu əvvəlki şöhrətindən tamamilə məhrum etdilər. Bundan sonra Manna böyük dövlət kimi öz mövqeyini itirdi. Manna Ninəva hökmdarlarının vassalı səviyyəsinə endirildi və süqutuna qədər assurilərə sadiq qaldı. Bu, keçmiş müttəfiq olmuş madalalıların mannalılara düşmənçilik münasibəti əsasını qoydu.

Uğursuz müharibə ölkədə gərginləşmiş vəziyyəti daha da kəskinləşdirirdi.

Məşhur "Qedd salnaməsi"nd mannalıları adı sonuncu dəfə e.ə. 616-cı il hadisələri ilə əlaqədar olaraq çəkilir. Lakin bəzi məlumatlara əsasən Manna çarlığının süqutunu e.ə. 593-cü ildən sonraya aid etmək olar.





Vahid Ömərov,

fəlsəfə üzrə, fəlsəfə doktoru



Səs.- 2012.- 19 iyul.- S.14.


http://www.anl.az/down/meqale/ses/2012/iyul/ses39.htm