11.11.2013

TARİX ÜZRƏ İNTERAKTİV DƏRSLƏRİN MÜXTƏLİF MODELLƏRİ



MƏNBƏLƏRİN ÖYRƏNİLMƏSİ ÜZRƏ DƏRSLƏR
Mənbələrin öyrənilməsi və onlar əsasında tarixi vəziyyətin göstərilməsi olduqca vacib əhəmiyyətə malikdir. Mənbələrin öyrənilməsi üzrə dərs müxtəlif bilik mənbələri ilə (müəllimin şifahi hekayəti, yazılı mətni, illüstrasiyalar, xəritələr, videomateriallar və s.) işi
təşkil etməyə, şagirdlərə tarixi faktların təhlili, təsnifatı və
sistemləşdirilməsi üsullarını, onların ümumiləşdirilməsini və öz mövqeyini əsaslandırmasını öyrənməyə imkan verir. Belə dərslər şagirdlərin tədqiqat fəaliyyətini stimullaşdırır. Şagirdlərin müstəqil təhlil işini müxtəlif dərs formalarının köməyi ilə təşkil etmək olar.


A) «BİLİK MÜBADİLƏSİ» MODELİ. DƏRSİN SXEMİ
1.Təlimatlandırma. Müəllim dərsin ümumi mövzusu çərçivəsində bir neçə eyni mənalı sual seçir. Sinif müvafiq olaraq suallardan birini öyrənmək üçün kiçik qruplara bölünür. Hər qrupa öz «mənbələr paketi»ni və tapşırığını alır.
2.Tədqiqat. hər qrup öz sualını mənbələr üzrə tədqiq edir və bütün sinif üçün izahat hazırlayır.
3.Bilik mübadiləsi. Qruplar növbə ilə çıxış edir və sinif işlərinin nəticələri ilə tanış edir. Hər qrupun cavabına diqqəti fəallaşdırmaq üçün,bütün sinf ümumi tapşırıq verilməsi olduqca vacibdir. Bu problemi sual,
ümumiləşdirilmiş və müqayisəli cədvəllərin doldurulması və s. ola bilər.
B)«NÖMRƏLƏNMİŞ İŞTİRAKÇILAR» MODELİ. DƏRSİN
SXEMİ
1.Sinif eyni sayda iştirakçısı olan (yaxşı olar ki, 6-dan çox olmasın) qruplara bölünür və qrupda hər adama bir nömrə (məs., 1, 2,3,4 5, 6) verilir. Bütün qruplar mənbə üzrə eyni tapşırıq alır.
2.Qruplarda mənbələr tədqiq edilir, müəllimin verdiyi sual müzakirə olunur, ümumi rəy hazırlanır.
3.Müəllim hər hansı bir nömrəni deyir və hər qrupdan yalnız həmin nömrəli iştirakçıların cavabı dinlənilir, səslənmiş cavablara yalnız əlavələr etmək olar.
4.Sonra müəllim qruplar üçün növbəti sualı səsləndirir və iş mərhələləri təkrarlanır.
C) «EKSPERTLƏR» MODELİ. DƏRSİN SXEMİ
1.Kiçik təhsil qruplarında hər iştirakçı «öz problemini alır onu göstərilən mənbələr üzrə tədqiq edir.
2.Hər iştirakçı sualı ümumi planda əlaqələndirərək qrupu öz materialı ilə tanış edir.
3.Qrupda materiallar müqayisə edilir, ümumi və fərqli cəhətlər aşkarlanır. Yekun nəticələr çıxarılır.
4.Hər qrup nəticəsini sinfə elan edir, müəllim ümumi nəticə çıxarır.
Ç) «BİR TARİX DƏRSLiYİ YAZIRIQ» MODELİ
Şagirdlərə müəyyən mövzu üzrə mənbələr kompleksinin
öyrənilməsi əsasında müstəqil şəkildə tarix dərsliyinin bir paraqrafını və
ya kiçik hissəsini yazmaq təklif olunur.
1.Müəllim dərsin mövzusunu problemi söyləyir və tapşırığı izah edir 
2.Şagirdlər kiçik təlim qruplarına bölünürlər və ilkin mənbələrin tədqiqi əsasında «tarix dərsliyi» üçün material seçirlər. Qrupların iş qaydası aşağıdakı kimi ola bilər:
a) paraqrafın başlığını və ya planın dürüst ifadə etmək; mövzunun açılması üçün hansı yarımbəndlər nəzərdən keçirilməlidir?
b) qısa müəllif mətni yazmaq;
c) xronoloji-hadisə (istənilən formada) sırasını açmaq;
ç)məqsədəuyğun sayılsa, mənbələrdən parçalar götürmək;
d) illüstrasiyaları axtarıb tapmaq;
e)xəritə tapmaq;
ə)«Zaman oxu»nu tərtib etmək.
3.Hər qrup işinin yekunlarını sinifə təqdim edir.

Müəlliflər:A.H.DƏMİROV   S.M.MƏMMƏDOV
Ş.N.İSMAYILOV:YENİ TƏLİM TEXNOLOGİYALARI VƏ
MÜASİR DƏRS