11.11.2013

“Sacilər dövləti” mövzusunda dərs nümunəsi.

Sinif VII
Dərsin planlaşdırılması.
Mövzu: Sacilər dövləti.
Standartlar:
1,1; 3.1.1;3.1.2;4.1.2.
Məqsəd: Azərbaycanda yeni feodal dövlətin türk mənşəli Sacilər sülaləsi tərəfindən yaradılmasının hansı tarixi şəraitin nəticəsində baş verməsini dərk edir.
Azərbaycanın vahid mərkəzdə birləşdirmə siyasətinin xalqın formalaşmasına müsbət təsirini anlayır.
Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.
Tarixi şəxsiyyətləri oxşar və fərqli cəhətlərə görə təhlil edir.
İş forması: Qruplarla iş. Kollektiv iş.
İş üsulu: Klaster,Venn diaqramı,test.
Resurslar: Dərslik, xəritə, kompyuter, iş vərəqləri, marker, videocarx.

Tədqiqat sualı:
Sacilər dövlətinin yaranmasını mümkün edən tarixi şərait və bütün Azərbaycan torpaqlarının dövlətin tərkibində birləşməsinin əhəmiyyəti nədə idi.

Tədqiqat sualına cavab tapmaq üçün şagirdlər 3 qrupa bölünür və hər qrupa tapşırıqlar, yazılı iş vərəqləri paylanır. Yekun cavablandırma elektron lövhədə yoxlanır.
Qruplar: I. Atabəylər qrupu. II.Səfəvilər qrupu. III. Gəncə qrupu.
Tədqiqatın aparılması üçün 15 dəqiqə vaxt verilir. Tədqiqat zamanı videocarx nümayiş olunur.
I. Atabəylər qrupu:
1. Sacilər sülaləsi və onların tarixdə rolu. (üsul- klaster)
2. Nəyə görə mülk olaraq Azərbaycan Sacilərə verilmişdir? Fikrinizi şərh edin.
II. Səfəvilər qrupu:
1.Sacilər dövlətinin yaranmasına təsir göstərən real etnik zəmin nəyin nəticəsində yaranmışdır. (üsul klaster)
2.Vahid xristian bloku və Türk-İslam birliyi dedikdə nəyi başa düsürsünüz. Fikrinizi şərh edin.
III. Gəncə qrupu:
1.Şirvanşah Əbu Tahir və Yusif Əbu Sacın oxşar və fərqli xüsusiyyətlərini Venn dioqramında işləyin.
2. Şirvanşahlar və Sacilər dövlətinin paytaxtı haqqında məlumat verin və xəritədə göstərin.
Qazanılan biliklərin mübadiləsi
Tədqiqat işi üçün ayrılmış vaxtın başa çatması elan edildıkdən sonra qruplar növbə ilə öz işlərini lövhədən asır və məlumat verirlər.
NƏTİCƏ

Xilafətin zəifləməsi dövründə yaranmış Sacilər dövləti
Azərbaycan tarixndə xüsusi mövqeyə malik olub.
Türk-İslam birliyinin güclənməsində və vahid xristian blokuna qarşı mübarizədə mühüm rol oynayıb.
Bütün Azərbaycan torpaqlarını vahid mərkəzdə birləşdirən ilk feodal dövlət olub. Nəticədə ölkə miqyasında iqtisadi və mədəni əlaqələrin daha da dərinləşməsinə, vahid Azərbaycan türk xalqının formalaşması prosesinin sürətlənməsinə müsbət təsir göstərıb.
Ev tapşırığı
Sacilər dövləti haqqında məlumat toplamaq və esse yazmaq.
Nuriyyə Hümmətova,
 BŞTİ-nin A.Mustafayev adına 202 №-li tam orta məktəbin tarix müəllimi

http://www.tehsilproblemleri.com/?p=414