17.06.2013

XIX əsr Azərbaycan mədəniyyəti




XIX əsrdə Azərbaycan iqtisadi və siyasi cəhətdən ziddiyyətli bir dövr yaşamışdır. XIX əsrin ilk on
illiklərində Azətbaycan dövlətinin parçalanaraq xırda xanlıqlara bölünməsi nəticəsində kənd təsərrüfatı, ticarət,sənətkarlıq, xırda sənaye tənəzzül etməyə başladı. Bu da təbii ki, xalqın iqtisadi, maddi vəziyyətinin getdikcə pisləşməsinə səbəb oldu. Xanlıqlar arasında zilddiyyət və mübarizə gedirdi. Bu mübarizə yadelli inqilabçıların nəzərindən yayınmadı, onlar ölkənin zəif iqtisadi vəziyyətindən istifadə edərək onu tutmağa çalışdılar. Qonşu dövlətlər arasında Rusiya içtimai vəziyyətinin qarşıqlığı, demokratiya və inqilabi ruhu ilə digər dövlətlərdən fəriqlənirdi. Rusiya inkişafda olan Qərbi Avropa ilə daha sıx bağlı olduğundan onun mədəniyyətində, sosial həyatda baş verən dəyişiiklik və inkişafı özünü daha çox göstərirdi.Rusiyanın Azərbaycanı istila etməsi nəticəsində onun həm iqtisadi, həm də mədəni həyatında dönüş yaranmağa başladı.

1801-ci ildə Şərqi Gürcüstanın Rusiya tərkibinə daxil olması bütün Qafqazın rusların əsarəti altına
keçməsinin əsasını qoydu. Qafqaz, xüsusən də Gürcüstan əhalisinin o zaman əsas hissəsini Azərbaycanlılar təşkil edirdi.Qarabağın Gülüstan kəndində 1813-cü il, oktyabrın 12-də Rusiya ilə İran dövlətləri arasında bağlanan sülh müqaviləsinə görə İran hökuməti Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı, Talış xanlıqlarından, Şərqi Gürcüstana və Dağıstana olan iddialarından əl çəkdi. 1826-cı ildə qərb dövlətləinin təhriki ilə sonradan İran bu müqaviləni pozaraq Rusiya ilə iki illik müharibəyə başladı. Lakin İran bu müharibəni də uduzaraq 1828-ci il fevralın 10-da Rusiya ilə «Türkmənçay» müqaviləsini bağladı. Həmin müqavilə ilə də İran Şimali Azərbaycan üzərində rusiyanın nəinki hakimiyyətini təsdiq etdi, üstəlik Naxçıvan və İrəvan xanlıqlarını da ona verdi. Bu müqavilə əsasında vahid Azərbaycan iki yerə parçalandı – şimal hissə Rusiyanın, Araz çayının cənub hissəsi isə İranın tərkibinə daxil edildi. Bütün bu müharibələr, parçalanmalar Azərbaycanın iqtisadiyyatı kimi mədəniyyəti və mənəviyyatına da təsir etdi. Azərbaycanın həm maddi həm də mənəvi mədəniyyəti talan edildi, parçalandı.
Bu dövrdə Azərbaycan iqtisadiyyatı durğun vəziyyətdə idi və elə bir irəliləyiş yox idi. Bu durğunluq
özünü mədəniyyət, maarif, elm, incəsənət və başqa sahələrdə də göstərirdi. Ölkənin bəzi əyalətlərində rus
məktəbləri açılmışdı ki, burada da əsasən rus uşaqları təhsil alırdılar. Azərbaycanlılar üçün mollaxanalar, böyük
şəhərlərdə isə mədrəsələr açılmışdı. Dərsləri fars və ərəb dilində aparılan mədrəsələrdə isə əsasən «Quran», fiqh
və s. tədris edilirdi. Tədrisin əsas məqsədi din xadimləri yetişdirmək və feodal üsul- idarəsini müdafə etmək idi.
Mollalar mərsiyəxanalar, axund və digər dini tərbiyəçilər isə insanlarda mütilik, dözümlülük kimi keyfiyyətləri
yaratmağa çalışırdılar.
Elm, incəsənət və ədəbiyyat bu dövrdə dinin təsiri altında idi. Elmdə, ədəbiyyatda, incəsənətdə sxolastika
hökm sürürdü. Ruhanilər, sxolastik alimlər dövlətlərin və sülalələrin tarixi, əxlaq, məntiq və s. ilə məşğul
olurdular. Ədəbiyyat, elm və incəsənət xadimləri dini ruhda əsərlər yaradırdı. Bu dövrdə qəzəl, qəsidə, nəzirə,
mərsiyə ədəbiyyatı geniş yayılmışdı. İmam Hüseyn əhvalatına dair dastan da bu dövrə aiddir. Bu dastan XIX əsr boyünca mərsiyəxanaların mötəbər mənbəyinə çevrilmişdi. XIX əsrdə yüzlərcə mərsiyə kitabları yaranmış və bu mərsiyələr insanların mədəniyyətinə, məişətinə böyük təsir etmişdir. Mərsiyə ədəbiyyatının Racı, Şüai, Süpheri, Ahi, Mirzə Həsib Qüdsi kimi məşhur nümayəndələri meydana gəlmişdir. Həmin illərdə təriqət ədəbiyyatı da inkişaf etməyə başladı.
XIX əsrdə Azərbaycanda kəndli hərəkatı güclənir. Kəndlilərin qiyamı o dövrün ədəbiyyat və
incəsənətində, xüsusilə o dövrdə geniş yayımış aşıq ədəbiyyatında əks olunur. Aşıq ədəbiyyatında köhnə feodal qayda-qanunları tənqid olunur, cəhalət, ruhanilərin xalqı aldatması, onları geriyə sürükləməsi pislənirdi. Aşıq ədəbiyyatı bu dövrdə xalqı mübarizəyə, elmə, tərəqqiyə səsləyən əsas mədəniyyət vasitəsi kimi çıxış edirdi.
XIX əsrin 30- 40-cı illəri Azərbaycan mədəniyyətinin ikinci inkişaf mərhələsini təşkil edir. Bu dövrdə kapitalizm inkişaf etməyə başlayır. Bu öz təsirini mədəniyyətdə də göstərir. İnkişaf və yenilik mədəniyyətdə realizmin yaranması və inkişafına təkan verir. Ədəbiyyatda yeni-yeni üslublar meydana gəlməyə başlayır.
1830-cu illərdən başlayaraq Azərbaycanda Rusiyanın təsiri ilə ticarət, sənaye, kənd təsərrüfatı mədəniyyət
həmçinin kəndli azadlıq hərəkatının və rus mədəniyyətinin təsiri ilə realist ədəbiyyat və mədəniyyət inkişaf etməyə başladı.
XIX əsr Azərbaycan realistləri əsasən rus ədiblərinin yaradıcılıq məktəblərində inkişaf edib yetişmişlər.
Azərbaycanda, həmçinin bütün Qafqazda maarifçi – demokratların formalaşmasında Qafqaza sürgün edilmiş
inqilabçı – demokratların (dekabristlərin) xüsusi rolu olmuşdur. Bu dövrdə Azərbaycanın mədəni həyatında
mütərəqqi dəyişikliklər baş verirdi. Rusiya yerli bəylərdən özlərinə məmur hazırlamaq üçün Azərbaycan
ərazisində məktəblər açırdı. Bu məktəblər rəsmi dövlət məktəbləri olub, təhsil əsasən rus dilində aparılırdı. 1830
– 37-ci illərdə Şuşa, Naxçıvan, Nuxa, Bakı, Gəncə, Şamaxı şəhərlərində qəza məktəbləri açıldı. Əhalini daha
yaxşı idarə etmək üçün bu məktəblərdə ruslara Azərbaycan dilini də öyrədirdilər. Bu isə ruslarla azərbaycanlılar arasında əlaqəni daha da möhkəmləndirir, mədəni münasibətlərin daha sürətlə yayılmasına səbəb olurdu. Yerli əhali ilə sıx əlaqə saxlamaq məqsədilə bu dillərdə dövlət mətbuatı da yaradıldı. Məsələn «Tiflisskiye vedomosti» qəzetinə əlavə olaraq həftədə bir dəfə «Tatarskiye vedomosti» adlı vərəq də çap olunmağa başladı.
Bu əvvəllər fars, sonralar isə Azərbaycan dilində çap olunurdu. Vərəqədə yerli əhaliyə hökümət müraciətləri,
əmrləri, vergi qanunları, rəsmi xəbərlər, bəzi mədəniyyət xəbərləri, elanlar və s. verilirdi. Lakin elə həmin il
(1832) bir neçə nömrə çıxdıqdan sonra vərəqin nəşri dayandırıldı. Yalnız 1841-ci ildə yenə eyni məqsədlə
«Zakavkazski vestnik»ə əlavə şəklində yeni bir vərəqə nəşr edilməyə başladı. Bu vərəqə də təxminən dörd il
yarım yaşaya bildi.
30-40-cı illərdə Zaqafqaziyanın mərkəzi şəhərlərində rus və Qərbi Avropa yazıçılarının əsərləri tamaşaya
qoyulmağa başladı. İrəvan və Tiflis şəhərlərində teatrlar xüsusi ilə inkişaf etməyə başladı. Azərbaycanın elm və
mədəniyyətində də dirçəliş başladı. Alimlər, ədiblər, incəsənət xadimləri milli ruhda əsərlər yaratmağa
başladılar. Yeni alimlər, ədiblər yazılar meydana çıxdı. Bu dövrdə Mirzə cəfər Topçubaşovun Rusiyada fars
dilinin qramatikası və dilçiliyə aid bir sıra əsərləri çap edildi. O, Peterburqda dilçi, şərqşünas alim, şair kimi
məşhurlaşdı. 1812-ci il rusların Napaleonla müharibəsinə həsr edilmiş «Qalibiyyət təranəsi» adlı əsəri ilə daha
da şöhrət qazandı. Həmin dövrdə Rusiyada və Avropada yaxşı tanınan Azərbaycan ədiblərindən biri də Mirzə
Məhəmmədəli Qasım oğlu Mirzə Kazım bəy idi. Onu o dövrdə dilə, ədəbiyyata, tarixə, şərqşünaslığa aid 100-
dən çox əsəri çapdan çıxmışdı. Mirzə Kazım bəyin çoxlu tərcümələri də olmuşdur. Məsələn, Sədi Şirazinin
«Gülüstan» əsərini ruscaya, «Dərbəndnamə»sini ingiliscəyə, özünün «Azərbaycan dilinin sərf - nəhvi» əsərlərini alman dilinə tərcümə etmişdi. Firdovsinin «Şahnamə» əsərinə, ərəb, osmanlı, uyğur, cığatay dillərində şərhlər vermişdir. 1835-ci ildə Peterburq Akademiyasının həqiqi üzvü, Londonda Kral Akademiyasının fəxri üzvü seçilmişdir. İlk dəfə olaraq o, 1839-cu ildə Azərbaycan dilinin qrammatikasını yazmışdır, buna görə Demidov mükafatına layiq görülmüşdür «Dərbəndnamə»yə görə dünya şöhrəti qazanmışdır. Mirzə Kazım bəy Rusiyanın ali məktəblərində 40 ildən artıq fəaliyyət göstərmiş, şərqşünaslıq məktəbi yaratmışdır. Rus və Avropa alimləri
üçün onun yaratdığı şərqşünaslıq məktəbi mənbə rolunu oynamışdır.
Artıq bu dövrdə (30 – 40-cı illərdə) Azərbaycan folkloru və klassik ədəbiyyatına maraq artmağa başladı.
«Tiflisskiye vedomosti» qəzetində Azərbaycan dastanları (xüsusən «Koroğlu» dastanı) haqqında xülasələr və
məlumatlar getdi.
İncəsənət sahəsində də bu dövrdə yeniliklər və inkişaf nəzərə çarpmağa başladı. Yeni realist incəsənət
yarandı. Qarabağ, Şuşa, Şirvan, Quba xalçalarında milli koloritli naxışlar üstünlük təşkil etməyə başladı. Usta
Əvəzli Azərbaycan incəsənətinin məşhur rəssamı kimi şöhrət qazandı. O, «Kəlilə və Dimnə» təmsilinə 100-dən
çox rəsm çəkmişdir. Bu rəsm əsərləri realist xarakter daşıyırdı.
Mirzə Qədim İrəvani də həmin dövrün məşhur realist rəssamı kimi şöhrət qazanmışdı.
Şamaxıda Hacı Nəcəf bəy kimi musiqi və muğam ustası yetişmişdi.
Realizm mədəniyyət, incəsənət və ədəbiyyatın müxtəlif sahələrində özünü göstərməyə başladı.
Azərbaycan ərazisində yaşayıb-yaradan şair, yazıçı, aşıq yaradıcılığında içtimai motivlər, satirik ruhlar
yaranmağa başladı. Bu satirik şerlərdə dövrün içtimai haqsızlıqları tənqid edilir, yumorlarla diqqətə çatdırılır,
zülm və əsarət pislənirdi. Yeni realist ədəbiyyat inkişaf etməyə başladı. Realizm meyilləri həmin dövrün
maarifçi şair və yazıçılarının əsərlərində daha da inkişaf edirdi. Bu dövrdə maarifçilik hərakatı yaranıb
genişləndi. Azərbaycan ədəbiyyatında maarifçilik ideyaları A.Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazeh yaradıcılığında
xüsusi yer tutur.
Azərbaycan maarifçiləri vətənpərvərlik, xəlqilik, azadlıq ideyalarını təbliğ edir, bütün insanların
maariflənməsinin zəruriliyi ideyasını irəli sürürdülər.
Azərbaycan ziyalıları hiss edirdilər ki, mədəniyyət, maarif, tərəqqi əsasları üzərində yenidən qurulmalıdır.
Bu dövrdə Azərbaycan maarifçilərinin əsərlərində fanatizmə qarşı mübarizə, elmə, maarifə yiyələnmə, Avropa
mədəniyyətini mənimsəmə ideyaları tərənnüm edilirdi. Onlar kütlələr arasında maarifçiliyi yaymağı özlərinə
borc bilir, bu məqsədlə məktəblər açırdılar. Mədəniyyət, elm və maarif həmin dövr maarifçilərinin əsas devizi
idi. Onlar xalqın oyanmasında, cəhalətə qarşı mübarizədə maarifin böyük əhəmiyyətini qeyd edir və xalqın
qurtuluşunu bunda görürdülər. Onların fikirincə xalq feodal zülmündən ancaq maariflənmə yolu ilə azad ola
bilər. Onlar gənclərə elmə yiyələnməyi tövsiyə edirdilər. Azərbaycan maarifçiləri də qərbi Avropa maarifçiləri
kimi ağıla, zəkaya böyük əhəmiyyət verirdilər. Onların fikrincə ağıl ən böyük yaradıcı qüvvədir. Elm, maarif,
mədəniyyət, ümümiyyətlə inkişaf ağıl vasitəsilə, ona istinad edərək baş verir. Ağıla istinad edərək ideal
cəmiyyət qurmaq olar. cəmiyyətdəki pislikləri aradan qaldırmaqda əxlaqın da əhəmiyyətli rolunu qeyd edirdilər.
İnsanlara onlarınadi aid olduğu təbəqə ilə deyl, əməlləri, işi, əxlaqı ilə qiymət verməyi iddia edirdilər.
Azərbaycanın ilk realist maarifçilərinin görkəmli nümayəndələrindən biri A.Bakıxanov idi. Onu
Azərbaycanın içtimai, mədəni fikirlərinin inkişafında xüsusi rolu olmuşdur. A. Bakıxanov «Qanuni - Qüdsi»,
«Əsrarül –mələkut», «Təhzibül - əxlaq», «Eynül – mizan», «Gülüstani - İrəm» kimi əsərlərində dil, cöğrafiya,
tarix, astronomiya, məntiq, psixologiya, pedaqogika və s. elmlərə aid qiymətli fikirlər söyləmişdir. A.
Bakıxanov Kopernik, c. Bruno, Qalliley, Kepler, Nyuton, Lomonosovun elmi – riyazi, coğrafi, astoronomik
tədqiqatlarını dərindən öyrənmiş, onların kəşflərini «Əsrarül- Məlakut» əsərində müqayisəli təhlil edərək
münasibətini bildirmişdir. Bu əsəri ilə o, dünyanın elmi korifeyləri ilə birləşdi və onların dünyagörüşlərini şərh
edərək insanların münasibətlərində dönüş yaratmağa çalışdı.Bakıxanovun pedaqogikaya aid də maraqlı nəzəriyyələri olmuşdur. O, tərbiyə məsələlərinə yüksək qiymət verirdi, tərbiyənin məqsədinin həqiqi insan yetişdirməkdən ibarət olduğunu irəli sürürdü. Ədib insan, onun yaradıcı gücünə inanır, onun mənəvi aləmini günəşə bənzədir, tərbiyəyə hələ körpəlikdən başlamağı zəruri
hesab edir və belə tərbiyəni daş üzərində aparılan nəqşə bənzədirdi. Bakıxanov insanların formalaşmasında əqli
və əxlaqi tərbiyəyə daha üstünlük verirdi. O, insanlarda nəzakət, təvazökarlıq, səmimiyyət, doğruçuluq, düzlük,
çalışqanlıq, həssaslıq, düşüncəli hərəkət etmək, səmimilik, ehtiyatlılıq, əməksevərlik kimi əxlaqi keyfiyyətlərin formalaşdırılmasını zəruri hesab edirdi. Onun pedaqoji görüşlərində rəğbətləndirmə və cəzalandırma da xüsusi yer tuturdu.
Bakıxanov insanların əqli bacarıqlarına yüksək qiymət verirdi, xalq kütləsinin əqli inkişafı ana dilində
aparılan təlimin vasitəsilə həyata keçirilə bilər. Elmə böyük içtimai bir qüvvə kimi baxırdı. Elmi nəticələr
çıxararkən səbirli olmağı, səhv nəticədən ruhdan düşməməyi, alınan nəticələr uyğun elm sahələri ilə müqayisə etməyi məsləhət bilirdi. Həmçinin o, elmin gücünə inam, məqsədə çatmaqda inadkarlıq, ilə yaradıcı yanaşmaq haqqında maraqlı fikirlər söyləmişdir. Şəxsiyyət formalaşdırmaqda, cəmiyyətin mədəni həyatda yüksək rolu olan müəllimlik peşəsinə yüksək qiymət vermiş, onun bir sıra spesfik cəhətlərini təhlil etmişdir. Onun əsərlərinin XIX əsr tarixçiləri və içtimai xadimlərinin dünyagörüşlərinə mütərəqqi təsiri olmuşdur. «Gülüstaniİrəm» əsəri həm öz dövründə həm də müasir dövrdə Azərbaycan tarixinə aid qiymətli əsər hesab olunur.
XIX əsrin görkəmli maarifçisi, mütəfəkkir Azərbaycan Azərbaycan şairlərindən biri də M.Ş Vazehdir.
Vazeh şerlərində həmçinin dinə qarşı çıxır, dünyəvilyi təbliğ edirdi, Dünyəvi mövzuda yazdığı şerlərində o,
oxuculara həyatı öyrənməyi, ondan faydalanmağı bacarmağı, yüksək əhval-ruhiyyəni təbliğ edirdi. Həyatı
birbaşa təbiətin özündən, təmiz bulaqlardan, meşələrdən, quşların səsindən öyrənməyi kitablardan öyrənməkdən üstün sayırdı. Din əleyhinə yazdığı şerlər onu satirik şair kimi tanıtmışdı. Satirik şerlərində o, xurafata, cəhalətə qarşı çıxırdı. Həyata realis münasibətini şerlərində tərənnüm edirdi. O dinin insanların həyatı, əxlaqı, mədəniyyəti üzərində hakimiyyətinə, zəmanəsinin eybəcərliklərinə qarşı çıxış edirdi. O, insanların müdrükliyinə yüksək qiymət verir, «dünyanı əxlaqın müdürükliyi idarə edir» fikirini təbliğ edirdi. O, uzun müddət rus məktəblərində Azərbaycan dilinin təlimi ilə məşğul olmuşdur. Onun əsərləri hələ öz sağlığında avropa dillərinə tərcümə edilərək Avropaya aparılmışdır.
İsmayıl Qutqaşınlı XIX əsrdə yazıb-yaradan maarifçi ədiblərdən biridir. Onun müasir dövrədək çatmış yeganə
hekayəsi «Rəşid bəy və Səadət xanım» hekayəsi Azərbaycan ədəbiyyatı tarixində realizmin ilk rüşeymlərini yaradan əsər kimi qiymətləndirilir.
XIX əsrin 50 – 60-cı illərindən sonra Azərbaycanda Rusiyanın təsiri ilə, kapitalizmin inkişafı dövrü hesab
edilir. Bu Azərbaycanın XIX əsrdə üçüncü inkişaf dövrü də adlanır. Azərbaycanda kapitalizmin inkişafına
Rusiya ilə bərabər xarnci qərb kapitalistləri də maraq göstərirdilər. Çünki Azərbaycan zəngin təbii iqlimə, təbii
sərvətlərə malik idi. Bu maraq və kapitalist münasibətlərinin inkişafı meyli həm kənd təsərrüfatına, həm də sənayeyə aid idi.
Bu illərdə elm və mədəniyyət sahəsində tərəqqi başlayır. Müxtəlif elm sahələrinə aid alimlər yetişir. Elm
ümumilikdən tərkib hissələrinə, müxtəlif ixtisas sahələrinə ayrılmağa başlayıb. Tarix, fəlsəfə, hüquq, dilçilik sahəsində kamil alimlər yetişir.
M. F. Axundov da bu dövrdə yazıb yaratmışdır. O, Tiflisdə çıxan qəzetlərdə çıxış edirdi. Əlifbanın
dəyişdirilməsi, dil, ədəbiyyat, incəsənət, tarix, mətbuat və s. məsələlərə dair aktual nəzəri fikirlər irəli sürürdü.
Ərəb və fars dilində təhsil almış ziyalılar öz dünyagörüşlərinə yenilik elementləri daxil etməyə, müasir elmi münasibətləri qavramağa çalışırdılar. Bu dövrdə vətənpərvərlik ideyaları yayılmağa başlayır. Bu ideyaların təsiri ilə Azərbaycan dilində elmi işlər dərc edilməyə başlayır. Azərbaycan dilində məktəblər üçün dərsliklər, tədris vəsaitləri nəşr edilir. Yazıçıların əsərləri, seçilmiş şerləri, ədib və filosoflar haqqında məqalələr çap edilir.
Bu dövrdə elmlə yanaşı incəsənət də inkişaf edərək realist istiqamətdə yüksəlməyə başlayır. Getdikcə
demokratik mahiyyət kəsb edən Azərbaycan incəsənətində yeni-yeni istedadlı rəssamlar, bəzək ustaları, memarlar və musiqişünaslar yetişir. Şuşalı usta Qənbər, Şamaxılı Əliqulu, Qurbanəli o dövrün tanınmış bəzək və naxış ustaları idi. Nuxa xan sarayını yenidən usta Qənbər bərpa etmişdir. Mirzə qədim İrəvani (1825 - 1879)İrəvanda, Mir Möhsüm Nəvvab Qarabaği (1833 – 1918) Qarabağda, Xurşudbanu Natəvan (1830 - 1897) həmin dövrün görkəmli rəssamları idilər. Bu realist rəssamların yaradıcılığının əsas xüsusiyyətlərini müşahidəçilik,ifadəçilik, konkretlik təşkil edirdi. Bu rəssamlar təbiəti, insanı, real əşyaları təsvir edirdilər. Mirzə Qədim İrəvani öz dövrünün məşhur rəssamı, nəqqaşı, bəzək ustası kimi 100-dən artıq əsər yaratmışdır. Onun şüşə və dəri üzərində rəngli boya ilə çəkdiyi şəkillər indi də öz parlaqlığını itirməmişdir. Lakin onun əsərlərinin az bir hisəsi gəlib bizə çatmışdır.
Mir Möhsün Nəvvab Qarabağlının sulu boya ilə çəkdiyi «Teymurləngin portreti», «Çiçəklər», «Quşlar»
kimi rəsm əsərləri onu realist rəssam kimi tanıtmışdır.
Xurşudbanu Natəvanın bizə gəlib çatmış albomunda onun əli ilə çəkilmiş rəsmlər real həyata həsr
olunmuşdur.
XIX əsrin 50-60-cı illərində memarlıq sənəti də realist istiqamətdə inkişaf etməyə başladı. İçəri şəhər
qalası ətrafında böyük bazarlar, karvansaralar, mehmanxanalar, ağ daşlardan əzəmətli binalar tikildi. Dəniz tərəfdə mədəni gəzinti və əyləncə üçün dənizkənarı park tikildi. Binaların fasadı bəzədilirdi. Yaşayış binalarının alt mərtəbələri mağaza, dükan, idarələr kimi istifadə edilirdi. Azərbaycanın şəhərlərində- Gəncə, Şuşa, Ordubad, Nuxa, Quba və s. şəhərlərdə, ətraf kəndlərdə aparılan tikinti və memarlıq işlərində realizm ilə xəlqilik birləşirdi.Bakıda iki və üç mərtəbəli binaların fasadı milli koloritli naxışlarla bəzədilirdi. Kiçik şəhərlərdə tikilən binaların fasadlarına da sadə və mürəkkəb naxışlar vurulurdu. Köhnə, qədim binaların bərpası da geniş yayılmağa başladı.
Musiqi sənətinin inkişafı da sürətləndi. Musiqi əsasən iki istiqamətdə - aşıq yaradıcılığı və xanəndə yaradıcılığı istiqamətində gedirdi. Bu dövrdə həmçinin musiqi nəzəriyyələrinə aid fikirlər də meydana gəlməyə
başladı. Mir Möhsün Nəvvab Qarabaği muğam haqqında «Vüzuhül – ərqam» adlı nəzəriyyə kitabı yazır. Bu isə
Azərbaycanda musiqi incəsənəti tarixində ilk təşəbbüs idi. Bu dövr incəsənəti və mədəniyyətinin inkişafını
realist istiqamətli dövr adlandırmaq olar.
Azərbaycan mədəniyyəti XIX əsrin 60-cı illərindən sonra daha yüksək şəkildə inkişaf etməyə başladı.
Həmin dövrdə yaşamış realist maarifçilərin əməyi xüsusi əhəmiyyət kəsb etdi. Mədəniyyətin inkişafına o dövrdə
Rusiyanın Qafqazda, o cümlədən Azərbaycanda açdığı real – dünyəvi məktəblər böyük təsir etdi. Qız məktəbləri
açılmağa başladı. Bu məktəblərdə əsasən təbii elmlər – riyaziyyat, kimya, fizika, coğrafiya, dil, ədəbiyyat, tarix,
məntiq və s. elmlər öyrədilirdi. Kəndlərdə də dünyəvi məktəblər açılmağa başladı. Məsələn 70-ci illərdə
Lənkaran, Daşkəsən, Gorus, cəbrayıl, Gədəbəy kəndlərində məktəblər açıldı. O dövrdə Azərbaycanın maarifçi ziyalılarının yetişməsində Tiflis gimnaziyası, Qori müəllimlər seminariyasının böyük rolu olmuşdur.
Həmin dövrdə Azərbaycanın ərazisində maarifçilərin təşəbbüsü ilə ədəbi məclislər yaradıldı, qəzet və
jurnallar nəşr edildi ki, bunlar da XX əsr Azərbaycan mədəniyyətini daha da inkişaf etdirdi. Belə qəzetlərə misal olaraq H. Zərdabinin çıxardığı «Əkinçi» (1875), İsmayıl bəy Qasprinskinin «Tərcüman» (1884), «Ziyayi -
Qafqaziyyə», «Kəşkül», «Əxtər» və s. qəzetlər nəşr edilirdi.
O dövrün ictimai və siyasi cəhətdən fəal olan ədib və maarifçilərindən M.İ.Qasiri, S.Ə.Şirvani, H.Zərdabi,
İ.Qasprinski, M.T.Sidqi, M.M.Nəvvab, S.M.Qənizadə, H. Mahmudbəyov, F. Köçərli, R. Əfəndiyev və
başqalarını göstərmək olar.
Mirzə İsmayıl Qasir (1806-1900) ilk dəfə olaraq Talış mahalında məktəb açmışdır. Burada dərslər ana
dilində tədris edilir, dünyəvi elmlərlə yanaşı rus dili və şəriət də keçilirdi. 1805-ci ildə Qasirinin rəhbərliyi ilə
Lənkəranda «Fövc- ül- füsəha» (gözəl danışanlar) ədəbi məclisi təşkil edilmişdir. Bu məclisdə şer gecələri
keçirilir, dövrün ədəb qaydaları Avropa mədəniyyəti ilə müqayisə edilir, ictimai və məişət mədəniyyəti
haqqında müxtəlif söhbətlər aparılırdı. Bu məclis 1900-cu ilə qədər fəaliyyət göstərmiş, Lənkəranda ziyalıların
formalaşmasında əhəmiyyətli rol oynamışdır. M.İ. Qasiri 1994-cü ildə «Qanuni - Mirzə İsmayıl Qasir» adlı dərs
vəsaiti yazmışdır. Rus ordusunun məşhur generalı S. Mehmandarov və Lənkəran ziyalılarının böyük bir
maarifçi dəstəsi ilk təhsilini Qasiri məktəbində almışdır.
S. Ə. Şirvani (1835-1888) 1869- 70- ci illərdə Şamaxıda yeni üsullu (üsuli- cədid) məktəbi açmışdır. 18 il
fəaliyyət göstərən bu məktəbdə Azərbaycan, fars və rus dilləri tədris edilirdi. O, «Məcmueyi-asari Hacı Seyid
Əzim Şirvani» adlı dərs kitabı tərtib etmiş, lakin çap etdirə bilməmişdir. Həmin materiallardan bir qismini
Çernyayevskinin tərtib və çap etdirdiyi «Vətən dili» dərsliyinə verilmişdir. O, «Beyt- üs- səfa» şer məclisinə
rəhbərlik etmişdir. Bu məclisə Şamaxıda o dövrün şairləri, ədibləri, şer sevənləri, ədəbiyyat, incəsənət və
mədəniyyət xadimləri toplaşır, müxtəlif əxlaq, mədəniyyət məsələlərinə, ədəbi əsərlərə münasibət bildirirdilər.
Şirvani həmçinin o zaman çıxan mətbuat nümunələri, xüsusi ilə «Əkinçi» qəzetini əhali arasında yayırdı.
Bununla da o, xalqın maariflənməsinə, dünya hadisələrindən xəbərdar olmasına, həyat və məişətini mədəni
təşkil etməsinə çalışırdı. O, əsərlərində elmə, təhsilə yüksək qiymət verirdi. İnsanın gücünü elmdə görürdü.
Mədəniyyət carçısı olan şair kainat haqqında əsassız, mürtəce nəzəriyyələri tənqid edir, günəşin və ayın
tutulmasını, zəlzələnin səbəblərini, elmi əsaslarla izah edirdi. Köhnə məktəb sistemini inkişafa kömək etməyən
köhnə dərslikləri tənqid edirdi.
Şirvani öz şerlərində tərbiyəyə, insan şəxsiyyətinin formalaşmasına təsir edən amillərə müasir pedaqoji
tələblərə cavab verən elmi pedaqoci münasibət bildirmişdir. İnsanın formalaşmasında ilk ailə tərbiyəsinə böyük əhəmiyyət verirdi. O, insanlarda doğruçuluq, düzlük, dostluq, yoldaşlıq, xeyirxahlıq, rəhmlilik, vətənpərvərlik,əməksevərlik kimi əxlaqi keyfiyyətlər formalaşdırmağı zəruri hesab edirdi. Paxıllıq, hiyləgərlik, tamahkarlıq,amansızlıq, oğurluq, yalançılıq, kobudluq kimi xüsusiyyətləri pisləyirdi.
H. Zərdabi (1837 - 1907) Azərbaycan xalqının millətini, xalqını sevən, xalqın maariflənməsi, tərəqqisi üçün
çalışan, hər cəfaya dözən övladı idi. O, 1875-ci ildə «Əkinçi» qəzetinin nəşrinə başlayır. «Əkinçi» qəzeti
Azərbaycanın maariflənməsində, içtimai həyatında mühüm rol oynamışdır. Qəzetdə müxtəlif sahələr, o cümlədən
kənd təsərrüfatı məhsullarının istehsalı və saxlanılması mədəniyyəti və təşkilinə aid elmi məsləhətlər verilirdi. O,
bütün həyatını xalqın maarif və mədəniyyətə yiyələnməsinə həsr etmişdir. O, maarifə, elmə və biliklərə xalqın inkişafı, dost ilə düşməni seçə bilmə, həyatı düzgün və gözəl qurma vasitəsi kimi baxır, tərbiyəyə içtimai əhəmiyyət verir, xalqın xoşbəxt gələcəyini düzgün təşkil edilmiş təlim və tərbiyədə görürdü hər kəsi vətənini sevməyə çağırır, xalqa, onun gələcəyinə həsr edilmiş həyatı mənalı həyat hesab edirdi. O, məktəb tərbiyəsini ailə tərbiyəsinin davamı hesab etdiyi üçün ailədə tərbiyənin düzgün qoyulmasını və məktəblə ailə tərbiyəsini əlaqələndirməyi səmərəli tərbiyə üsulu hesab edirdi. Məişətdə mədəniyyətə, təmizliyə, fəsillərə görə yeməyə xüsusi fikir verilməsinə aid maraqlı fikirlər söyləmişdir. Beləliklə də o, məişət mədəniyyəti haqqında faydalı fikirlər söyləmiş, bu fikirlər insanların gündəlik həyatı ilə bağlamışdır. Məsələn, o, ailədə ciddi rejim olmasının tərəfdarı olmuş, yeməklərin dəyişdirilməsi, saxlanılması, süfrə qaydaları (süfrə arxasında oturma, əl yumaq, çirkli paltarla evə daxil olmamaq), evin havasının tez-tez dəyişdirilməsi, evin işıqlı olması, qapı və pəncərələrin qibləyə baxması ( yerin hərəkəti ilə bağlı olaraq günəşin şüalarının evə düşməsi nöqteyi nəzərindən), sağlamlığın qorunmasında yaşıllığın rolu və s . məsələlərə dair təcrübəni nəzəriyyə ilə əsaslandırmışdır. O, spirtli içkilərin və
siqaretin insana zərəri olduğunu qeyd edir və pisləyirdi.Zərdabi sağlamlığın qorunmasında geyim mədəniyyətinə də xüsusi əhəmiyyət vermişdir.
İsmayıl bəy Qasprinski (1851-1914) də X1X əsr Qafqaz ədiblərinin görkəmli nümayəndələrindən biridir.
Onun Rusiya müsəlmanlarının mədəniyyətinin inkişafında əhəmiyyətli rolu olmuşdur. Qasprinski 1884-cü ildə (aprelin 10-da) öz hesabına «Tərcüman» qəzeti nəşr etdirir. Rusiya müsəlmanları arasında maarifçilik və milli mədəniyyət nümunəsi kimi çıxış edən qəzetin devizi belə idi: «Dildə, fikirdə, işdə birlik!» Bu, ilk türkdilli qəzet
olub, 30 il nəşr edildi. Qəzetdə Azərbaycan maarifçiləri məktəb, elm, mədəniyyətə aid məqalələrlə çıxış
edirdilər. Qəzet Krım, Volqaboyu, Orta Asiyada və Azərbaycanda geniş yayılır, bu ölkələrdə yeni təlim
sisteminin yaranmasında, yeni tip məktəblərin açılması, əhalinin ictimai-siyasi, mədəni həyatında,
maariflənməsində əhəmiyyətli rol oynamışdır. Onun fəaliyyəti, əsasən milli dirçəlişə doğru yönəlmişdir.
Qasprinski qeyd edirdi ki, müasir mədəniyyəti olmayan xalqın sənayesi də olmaz, sənayesiz isə nə milli dövlət,
nə də sinfi şüur olmaz. O, günün başlıca vəzifəsini millətin mədəni yüksəlişini təmin etməkdən ibarət hesab
edirdi. İnsanı gəldi- gedər, millətin maarif və mədəniyyətini daimi hesab edirdi. Qasprinski türkdilli xalqların maarifi və mədəniyyətinin «mənəvi atası» sayılırdı.
M. T. Sidqi Ordubadda «Əncumani - şüəra»nın təşkilatçısı və fəal üzvü olmuş, yeni üsullu «Əxtər»
(Ulduz) məktəbində fəaliyyətə başlamışdır. 1894- cü ildə Naxçıvanda «Tərbiyə» məktəbini yaratmışdır. 1896-cı
ildə «Qız məktəbi» açmışdır. Ömrünün sonuna kimi maarif və mədəniyyət carçısı olmuş bir neçə dərslik,
«Məktəb nizamnaməsi», «Şagirdlər üçün qaydalar», «Heykəli – insana bir nəzər», «Hakimanə sözlər» və s.
əsərlərini yaratmışdır. M.T. Sidqi insanın formalaşmasında irsiyyət, mühit və tərbiyənin rloluna eyni dərəcədə əhəmiyyət verirdi. O, insan zəkasının qüdrətinə yüksək qiymət verir, insanların tərbiyəsinin əsasını biliklərə yiyələnmədə, zəkanı inkişaf etdirməkdə görürdü. Onun fikirincə elm elə bir ağacdır ki, onun nəticəsi əməl və ədəbdir. Ədəbsiz və əməlsiz insanı o, meyvəsiz ağaca bənzədirdi. Elmsiz insanı ruhsuz cismə bənzədərək qeyd edirdi ki, insan təbiət hadisələrini dərk etməklə biliyini, ağlını atrırır, ağıl vastəsilə isə istək və arzularını, zövq və ehtiraslarını idarə edir.
O, əməyi insan həyatının mənbəyi hesab edirdi, hər bir maddi və mənəvi nemətlərdən istifadə etmək
istəyən şəxs bu nemətlərin yaradılmasında iştirak etməlidir. O, tənbəlliyi xəstəlik, əməyi isə səadət hesab edirdi.
Sidqi insanlarda təvazökarlıq, sədaqət, dostluq, insanpərvərlik, cəsarətlilik, xeyirxahlıq və s. kimi əxlaqi
keyfiyyətlərin formalaşdırılmasını zəruri hesab edirdi. Biliklərə yiyələnmə, sistemli məktəb tərbiyəsi və bədii
ədəbiyyatı qiymətli tərbiyə vasitələri hesab edirdi. Ailə tərbiyəsi də Sidqi yaradıcılığında xüsusi yer tuturdu. Bu
məqsədlə o «Qızlara hədiyyə» dərsliyini yazmışdır.
Mir Möhsün Hajı Mir Əhməd oğlu Nəvvab (1833 - 1919) dünya hadisələri, xalqların iqtisadi və mədəni
inkişafını izləməyə, bu tərəqqini Azərbaycanda təbliğ etməyə çalışmışdır. O, bütöv Qarabağda mədəniyyət, elm
və maarifin böyük və bacarıqlı təbliğatçısı idi. Nəvvab Şuşada xalqın mənəvi həyatında əhəmiyyətli rolu olan
kitabxana və qiraətxanalar açmışdı. O, bir çox qəzetlərdə Qarabağ üzrə müxbir kimi çıxış edir, «Əkinçi»,
«Ziyayi - Qafqaziyyə», «Kəşkül», «Əxtər» və s. qəzetləri müxtəlif vastələrlə Şuşay gətizdirir, onların xalq
arasında oxunmasını təşkil edirdi.
O, Şuşada şəxsi litoqrafiya (daş basma) yaratmışdır. Bununla da Şuşanın mədəni həyatında böyük
yeniliklər yaranmasına səbəb olmuşdur. Ana dilində «Gövhəriyyə» adlı yeni üsüllu məktəb açmışdır. O, 20-dən çox əsər yazmışdır. «Kifayət ül – ətfal», «Nurul - əntər», «Təzkireyi - Nəvvab», «Nəsihətnamə», «Dər elmi –
musiqi və vüzuhül - ərqam» (musiqi elmində rəqəmlərin aydınlaşdırılması) və s. əsərlərini nümunə göstərmək
olar. Nəvvab «Pəndnamə və yaxud 500 faydalı nəsihət» adlı əsərində əxlaqi keyfiyyətləri sistemləşdirməyə
çalışmışdır. Bu əxlaqi keyfiyətlər dövrün mənəvi – mədəni tələbləri əsasında tərtib edilmiş, insanın həyat və
fəaliyyətinin bütün sahələrinə toxunmuşdur.
M. Nəvvab musiqiyə, estetik tərbiyəyə də yüksək qiymət vermişdir. «Vüzuh – əl - əqrəm» (rəqəmlərin
izahı) adlı əsərində o, Platon, Aristotel, Fərabi, İbn Sina, Urməvi, Pifaqor, M. Əbdülqadir kimi alimlərin musiqi
haqqındakı fikirlərini təhlil etmiş, muğamlar, ümumiyyətlə Azərbaycan musiqisi haqqında məlumat vermişdir.
Sultanməcid Hacı Murtuzəli oğlu Qənizadə (1866-1937) Azərbaycanda ana dilində məktəblər
açılmasında, dərsliklər çap edilməsində, milli mətbuat və milli teatrın yaranmasında böyük işlər görmüşdür. O,
dörd hissədən ibarət «Samouçitel russkovo yazıka», «Kilidi - ədəbiyyat», «Lüğəti – türki və rusi» və s. əsərlərin müəllifidir. S. Qənizadə elmə yiyələnməyi vacib hesab edir, tərbiyəni də elmi biliklər üzərində qurmağı
əhəmiyyətli sayırdı. İnsanların formalaşmasında tərbiyənin rolunu yüksək qiymətləndirir, insanların təbii
imkanlarının tərbiyə vasitəsilə istedada çevrilməsini qeyd edirdi. İstər böyüyən nəslin tərbiyələnməsində, istərsə
də Azərbaycanın içtimai - mədəni inkişafanda müəllimlərin roluna yüksək qiymət verirdi. O əxlaq tərbiyəsi,insanlarda formalaşdırılacaq mədəni davranış qaydaları haqqında maraqlı fikirlər söyləmişdir. Qadını insan aləminin ziyarətgahı hesab edən ədib qızların tərbiyəsi, ailə və ailədə uşaqların düzgün tərbiyəsndə onların roluna böyük əhəmiyyət vermişdir. O, öz əsərlərində qadın azadlığını təbliğ etmiş, qadınların iqtisadi – sosial asılılığını tənqid etmişdir. Onun tərbiyə, maarif, elm, mədəniyyətə aid fikirləri bu gün də öz aktuallığını itirməmişdir.
Mənbə:M.J.Manafova, N.T.Əfəndiyeva, S.A.Şahhüseynova. "Mədəniyyət tarixi və nəzəriyyəsi". Ali məktəblər üçün dərslik. 
http://kitabxana.net/files/books/file/1368979187.pdf