03.06.2013

Exnaton




Exnaton (qədim misircə "Atona xeyirli olan") - Qədim Misir fironu, Misir dininin islahatçısı. Gerçək taxt-tac adı - IV Amenhotepdir. O, ənənəvi Misir allahlarından imtina edib vahid Günəş allahı Atona sitayişi qəbul etdi və öz adını dəyişdi, Misirin paytaxtını tikdirdiyi Axetaton  şəhərinə köçürtdü. Köhnə yerli məbədlər boşaldı. 



Yeni allah Aton üçün dəbdəbəli məbədlər inşa olundu, islahatçı firona sadiq olan yeni kahinlər meydana çıxdı. Exnatonun dövründə Misir Suriya və Fələstin üzərində olan hakimiyyətini itirməyə başladı. Misirin Asiyadakı ərazilərinə köçəri xabiru (yəhudi) tayfalarının soxulması vəziyyəti bir qədər də mürəkkəbləşdirdi. Exnatonun
hakimiyyəti Qədim Misir incəsənətində köhnə qanunların məhv edilməsi ilə müşayiət olunurdu. Yeni, daha canlı stil işlənilib hazırlandı. Exnatonun necə ölməyi bəlli deyil. Ölümündən sonra kahinlər Exnatonu həqiqi dindən üz çevirmiş kimi damğaladılar; onun tətbiq etdiyi bütün yeniliklər ləğv edildi, Exnatonun şərəfinə qoyulmuş abidələr dağıdıldı, onun adı olan yazılı məlumatlar pozuldu.