08.09.2015

Məktəbimizin 31 məzunu ali məktəbə daxil olub.


Tofiq İsmayılov adına şəhər 1 saylı tam orta məktəbini bu il 87 məzun bitirib və onlardan 31 nəfəri test imtahanlarında yüksək nəticələr göstərərək ali məktəblərə daxil olub.
Ali məktəblərə qəbul olunan builki məzunlardan 6 nəfəri 600, 1 nəfəri isə 500-dən çox bal toplayıb. Test imtahanlarında ən çox - 649 bal toplayan iki məzundan bir olan Leyla Cəbrayılova orta məktəbi qızıl medalla bitirib.
Şəhər 1 saylı tam orta məktəbi rayonun ən qabaqcıl ümumtəhsil ocaqlarındandır. Burada 136 nəfər pedaqoji işçi çalışır. Onlardan 2-si Əməkdar müəllim adına layiq görülüb, daha 2-si “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibidir. Habelə məktəbin bir müəllimi “Tərəqqi” medalı, bir müəllim isə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. Təhsil ocağı 2013-cü ildə “İlin ən yaxşı ümumtəhsil məktəbi” adını alıb.