09.07.15

Yeni dərs ilində təhsildə olan yeniliklər 1.

Təhsil Nazirliyi gələn dərs ilində orta ümumtəhsil məktəblərində tətil günlərini açıqlayıb.Təhsil naziri Mikayıl Cabbarovun imzaladığı əmrə əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.
Dərs ili iki yarımilə bölünür: birinci yarımil - 15 sentyabr - 26 yanvar;
ikinci yarımil - 1 fevral - 14 iyun.
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir:
5 gün payız tətili (16-20 noyabr);
5 gün qış tətili (27-31 yanvar).
İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilir.