30.08.14

İtirilmiş 6 böyük şəhər

Ktesifon - Bağdaddan 32 km aralıda, Tiqr çayının aşağı axarında yerləşən və 30 kv. km sahəni əhatə edən bir şəhər olub. II əsrdən VII əsrədək əvvəl Parfiya dövlətinin, daha sonra isə Sasanilər dövlətinin paytaxtı olub. Dövrümüzədək gəlib çatmış Ktesifonun kərpicdən inşa edilmiş tikililəri öz böyüklüyü ilə adamı heyran edir.



Fiv - Şəhər Aralıq dənizindən 700 km cənubda, Nil çayının şərq sahilində yerləşir. Ərazidə əhalinin ilk məskunlaşması miladdan öncə 3200-cü ildən 2000-ci illərə təsadüf edir. Fivdə 40000 nəfərədək əhali yaşayıb. Dünyanın ən böyük şəhəri statusunu miladdan öncə 1000-ci ilədək saxlayıb. Hətta indi də şəhərin xarabalıqları öz möhtəşəmliyi ilə insanı heyrətləndirir. Fiv şəhərinin ən böyük abidəsi Luksor məbədi, Karnak məbədi (Qədim Misirin ən böyük məbəd kompleksi) və Tutanhamonun sərdabəsidir.


Karfagen - Şimali Afrikada, indiki Tunisin ərazisində yerləşən şəhərin əsası milladdan öncə 814-cü ildə Finikiyanın Tir şəhərindən gəlmiş kolonistlər tərəfindən qoyulub. Adının mənası Finikiya dilində “yeni şəhər” deməkdir. Şəhər uzun bir zaman kəsiyində müxtəlif dövlətlərin paytaxtı olub. Karfagen dövləti Roma Respublikası ilə aparılmış uzun müharibələrdən sonra miladdan öncə 146-cı ildə Roma senatının göstərişinə əsasən ləğv edilib, Karfagen şəhəri tamamilə dağıdılıb, lakin tezliklə romalılar Karfageni yenidən bərpa edib. Roma imperiyasının süqutundan sonra Vandal krallığının paytaxtı olub. Şəhərin tamamilə süqutu VII əsrdə ərəblərin hücumu zamanı baş verib. Bununla belə şəhərin Roma dövrünə aid xarabalıqları bu günədək qalmaqdadır.

Persepol - İndiki İran ərazisində Şirazdan 50 km şimal-şərq hissədə yerləşən şəhər miladdan öncə 560-cı ildə yaranıb. Əhəmənilər dövlətinin paytaxtı olub. Böyük şəhər adını qoruyaraq uzun müddət əldən-ələ keçib. Ancaq ərəblərin işğalı zamanı Persepol bütünlüklə xarabalığa çevrilib. Bununla belə şəhərin Roma dövrünə aid xarabalıqları bu günədək qalmaqdadır.Persepolda saray komplekslərinin, mədəniyyət abidələrinin və s. qalıqları saxlanılıb. Hazırda xarabalıq 135 000 m2 sahəni əhatə edən böyük saray kompleksindən ibarətdir. Şəhərdən 5 km aralıda Nəqşi-Rüstəm sərdabəsi yerləşir. Şəhərdə həmçinin su kəməri və kanalizasiyalar olub. Bunların tikintisində qul əməyindən istifadə olunmayıb. Şəhərin ən böyük və məşhur abidəsi nəhəng Apadan sarayıdır.

Efes - Səlcuq qəsəbəsi yaxınlığında yerləşən Efes eramızdan əvvəl XI əsrdə əsası qoyulan qədim yunan (Ellin) şəhəridir.Şəhər Egey dənizi sahillərində liman şəhəri kimi salınıb. Məhz bu şəhərdə miladdan öncə VI əsrdə dünyanın yeddi möcüzəsindən olan əfsanəvi Artemida məbədi qurulub. Şəhər sahilə yaxın olan müddət ərzində çiçəklənib, ancaq dənizin suyu tədricən geri çəkildikdə ticarət zəifləyib, bununla bərabər möhtəşəm şəhər də itib və özündən sonra xarabalıq qalıb. Hazırda Efesin xarabalıqları dənizdən 6 km aralıda yerləşir və demək olar ki, keçilməz bataqlıq altında gizlənib.

Pompey və Herkulanum - Neapol körfəzi yaxınlığında salınmış bu iki şəhər vulkan püskürməsi nəticəsində məhv olub. Miladdan öncə 24 avqust 79-cu ildə Vezuvi vulkanının püskürməsi başlayanda Pompey əhalisini ölüm qəfil yaxalayır. Daha sonra şəhər qalın vulkan külünün altında qalır. Herkulanum şəhərinin əhalisinin isə bəxti bir az gətirib. Belə ki, şəhər vulkan külü ilə örtülməzdən qabaq əhalinin çoxu şəhəri tərk edib.


http://sabail.libmks.az/home/3794-tirilmi-6-byk-hr.html