20.04.14

Heraldika.


Tarixi materialların tədqiqatçısı üçün heraldikaya aid biliklər mühüm əhəmiyyət kəsb edir. Heraldika təkcə möhür və emblemalarda deyil, qravyura və miniatyürlarda da əks olunur,sənədin həqiqiliyinin, müəllifinin müəyyənləşdirilməsi üçün qiymətli informasiya verir. Müasir dövrdə heç bir rəsmi hakimiyyəti, sosial mənsubiyyəti müəyyən etməyən heraldika orta əsrlərdə həqiqətən də feodal cəmiyyətinin mühüm xüsusiyyətlərini, institutların rəsmi imtiyazlarını əks etdirirdi.


Adətən orta əsr mənbələrinə xas olan və mühüm tarixi

informasiya daşıyıcısı olan heraldika xüsusi təlim tələb edən

sahələrdəndir.

Tarixdə heraldikanın hərbi fəaliyyət ilə əlaqədar

yaranması fikri üstünlük təşkil edir. Lakin Norman işğallarına

qədər heraldikanın sistematik formasına rast gəlinmir. Heraldika

adətən, müəyyən hərbi şəxslər üçün hazırlanır və onların şəxsi

qabiliyyət və bacarıqlarını, imtiyaz, hüquq və vəzifələrini

müəyyən edirdi. Müxtəlif ölkələrin hərbi cəmiyyətləri xüsusi nişanların

təsvirinə malik idilər və bu, döyüşçülərə və rəhbərlərə onların

hansı kontingentə daxil olmaları haqqında məlumat verirdi.

Tarixdə müəyyənləşdirilmiş ən qədim emblema 1193-cü il

Robert de Çartresə məxsus heraldikadır.

Müasir tarixçilər heraldikanın iki tipini müəyyənləşdirirlər:

1) hərbi xüsusiyyəti müəyyənləşdirən nişanələr; 2) nəsli

mənsubiyyəti müəyyənləşdirən nişanələr.

Orta əsr feodal silki nümayəndələri arasında vətəndaş

xidmətində olan, lakin hərbi və digər imtiyazlara malik olmayan

şəxslər xüsusi nişanələrə malik idilər. Bu nişanələr onların

cəmiyyətdə tutduqları yeri, malik olduqları səlahiyyətləri

təsdiqləyən mənbələr idi.

Heraldikanın tədqiqi ilə məşğul olan müasir tədqiqatçıların

əsas vəzifəsi heraldik nişanələrin müəyyənləşdirilməsi deyil,

mənbə haqqında məlum olmayan, itirilmiş informasiyanın

toplanmasıdır. Heraldika ilə məşğul olan tədqiqatçılar sənədlərin

operativ tədqiqi və tarixinin müəyyənləşdirilməsi üçün xüsusi

süni lüğət yaradıblar. Bu lüğətdə dövrünə görə olduqca böyük

əhəmiyyət kəsb edən heraldik nişanələrin (əsasən fransız

mənşəli nişanələrin) təsviri verilir. Bu cür nəşrlər tarixi

tədqiqatların asanlaşdırılmasına, mənbələrin tarixiliyi və

həqiqiliyinin müəyyənləşdirilməsinin sürətləndirilməsinə imkan

yaradır.

Heraldika tarixi tədqiqatın bir vasitəsi kimi mənbə

tədqiqinin yalnız bir üzünü təşkil edir. Orta əsr tarixinin bir

mərhələsi olaraq, ailə, təbəqə, silk və siniflər arasında demarŞkasiya rolunu oynayan heraldik nişanələr müharibələrin

ehtiyacları üzündən yaradılmasına baxmayaraq, orta əsr ruhunun

müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.