04.12.2013

QƏRARLAR AĞACI



«Qərarlar ağacı» üsulu Con Patrik və Riçard Remi (ABŞ)
tərəfindən işlənilib. Bu üsul mürəkkəb və birmənalı olmayan vəziyyətlərdə qərar qəbulunu asanlaşdırır, düşünülmüş qərar qəbul etməyə kömək edir.
«Qərarlar ağacı» üsulunun tətbiqi üçün suallar, problemlər götürülür ki, onların bir neçə həlli yolu vardır. Bu üsuldan istifadə edərkən şagirdlər mümkün olan qərarların bütün variantlarını təhlil edir,
hər bir variantın müsbət və mənfi cəhətlərini göstərirlər. Bütün variantlara baxdıqdan sonra şagirdlər müsbət və mənfi cəhətləri nəzərə alaraq qərar qəbul edirlər – variantların birini seçirlər.
Tapşırığı yerinə yetirərkən şagirdlər aşağıdakı cədvəli doldururlar:



Tətbiq etmək qaydası:
--Əvvəlcədən təhlil ediləcək problemi və onun həlli yollarının bir neçə variantını müəyyənləşdirin, qruplar üçün cədvəlləri hazırlayın.
--Sinfi 4-6 nəfərlik qruplara bölün. Qruplara tapşırığı izah edin.
Hər bir qrupa doldurmaq üçün cədvəl və marker verin. Tapşırığın yerinə yetirilməsi üçün vaxt təyin edin (15-20 dəqiqə).
--Qruplar iş zamanı problemin bütün verilmiş həlli yollarını təhlil edir, hər variantın müsbət və mənfi cəhətlərini müəyyənləşdirirlər, sonra isə problemlə bağlı qərar qəbul edirlər – variantlardan birini seçirlər.
Qərar cədvəlin aşağı hissəsində yazılır.
--Qrupların işinə nəzarət edin, zərurət olduqda onlara kömək edin.--Qruplar öz işini bitirdikdən sonra, cədvəllərin qərar hissəsinin üstünü örtün. Təqdimat zamanı qrupların nümayəndələri yazıları oxuyur, amma gəldiyi qərarı bildirmir. Bunu müəyyənləşdirməyə digər
qruplara təklif edin. Bundan sonra qərarlar yazılan hissə açılır və müqayisə edilir.

Mənbə:A.H.DƏMİROV    S.M.MƏMMƏDOV.     N.İSMAYILOV
YENİ TƏLİM    TEXNOLOGİYALARI VƏ   MÜASİR DƏRS