12.11.2013

Qədim Pompeyin qalıqları.

Pompey -  Neapolun yaxınlığında Vezuvi  vulkanının külü altında qalmış qədim Yunan şəhəridir.Müasir dövrdə isə açıq səma altında muzeydir.YUNESKO- nun Ümümdünya İrsi siyahısına daxil edilib.

Pompeydə forumun təsviri,arxada -Vezuvi vulkanı
 
Pompeyin dəqiq salınma tarixi məlum deyil,lakin şəhərin ən qədim tikilisindən biri olan Apollon məbədini e.ə. VII əsrin sonuna aid edirlər.Pompeyin digər tikilisi-Dori məbədi e.ə. VI əsrin əvvəlinə aiddir. Arxeoloqlar Amedeo Mayuri və Stefano de Karonun apardıqları qazıntıların nəticəsində erkən şəhər qala divarı və qapı qalıqlarını aşkar edilib və onlar bu tapıntıları e.ə.VI əsrə aid edirlər.

Mascolo Giovanni Battista. Mount Vesuvius after the eruption. 1633г.
Muller Rudolf.Pompeyin dağıntılrı.
Vezuvi vulkanının püskürməsindən əvvəl e.ə. 62 ilin 5 fevralında güclü zəlzələ baş vermişdir.Fəlakər şəhərə böyük dağıntı gətirdi.Bütün binalar xəsarət aldı.Bəzi binalar təmir edilsədə qalanları şəhərin məhvinə qədər dağınıq vəziyyətdə qaldı.
K.P.Brullov .Pompeyin son günü.
İ.K.Ayvazovski.Pompeyin məhvi.
79 ilin 24 avqustunda Vezuvi vulkanının püskürməsi başladı və 1 gün davam etdi.Bu 3 şəhərin (Pompey,Herkulanum,Stabii) məhvinə səbəb oldu.Qazıntılar zamanı  şəhərlərdə hər şeyin facidən əvvəlki kimi qaldığı aşkar edilib. Külün altında hər şəraiti olan evlər,insan və heyvan qalıqları tapılıb.Vylkanın gücü o qədər çox idi ki,hətta kül Misir və Suriyaya qədər gedib çatmışdı.
Vezuvi krateri.
İsidanın məbədi.1870 ilin şəkli.
Pompeyin 20000 min əhalisindən 2000 həlak oldu.Əhalinin çoxu facidən öncə şəhəri tərk etmişdir.Şəhərin kənarında da həlak olanlar aşkar edilmişdir.Həlak olanlar arasında Böyük Plini də vardı.O elmi marağa görə və insanlara kömək etmək məqsədi ilə Vezuviyə yaxınlaşmağa çalışmışdı və nəticədə faciənin ocağlarından birində -Stabiyanın yaxınında oldu.
Pierre-Henri de Valenciennes.

Şəkildə Plininin ölümü təsvir edilib.Zəifləmiş,boğulan alimi iki qul tutur.
1592 ildə arxitektor Domeniko Fontana Sarno çayından şəhərə su kanalı çəkən zamanı şəhər qalalarının bir hissəsini aşkar edir.1689 ildə su quyusu qazılan zaman üzərində Pompey sözü yazılan qədim binanın qalıqları aşkar edilir.Lakin o zaman bu binanı Böyük Pompeyin evi hesab etdilər
Enslen Karl Qeorq.1825 il. Pompeydə forum.
Qazıntılara 1748 ildə Alkubyerrenin başçılığı ilə  başlanıldı.O tapılan şəhərin Stabiya olduğunu iddia edirdi.Əsas işlər Herkulanumda gedirdi,Pompeydə 3 bir-birində aralı qazıntı işi gedirdi.Alkubyerrini yalnız bədii qiyməti olan tapıntılar maraqlandırırdı.O tapıntıları  Portiçidəki kral muzeyinə göndərirdi.Digər tapıntılar  məhv edilirdi.Bu bəzi alimlərin etirazına səbəb oldu.
Pompeydə çörəkxana. 
Herculaneum.
Veqanın dövründə  1760-1804 ildə qazıntılar başqa istiqamət aldı.Araşdırılmış binaları artıq basdırmır,şəhərdən kənara çıxarılırdı.Açılan abidələr bərpa edilir.Muzeyə gondərilməyən əşyalar hamının tamaşa edə biləcəyi yerdə qoyulurdu.Ekskursiya planı tərtib edildi.1763 ildən tapılan şəhərin Stabiya deyil Pompey olduğu bilindi.Myuratın dövründə 1808-1814 ildə daha aktiv işlər aparılırdı.Bu işlərdə Karolina Banopartın böyük rolu olmuşdur.


1863 ildən qazıntılara Cuzeppe Fiorelli başçılıq edirdi.1870 ildə o cəsətlərin altında boşluqların əmələ gəldiyini aşkar edir.Bu boşluqlara qips tökərək qurbanları hansı vəziyyətdə öldüklərini öyrənmək oldu.
Onun dövründə qazıntılar ilk dəfə sistematik xarakter daşımağa başladı.1961-ci ildən xüsusilə 1980 il zəlzələsindən   başlayaraq şəhərdə yalnız bərpa işləri gedir. 


İndiki zaman qədər 3/5 hissəsi açımışdır:müdafiə qalaları,qapılar,nekropollar,mozaikalı evlərdən ibarət kvartallar,freskalar,2 forum,amfiteatr,2 teatr,məbədlər və s.Pompeyin işıqlanması üçün işlər gedir.


Pompeydə fəvvarə.