23.11.2013

Dərs planı-Marağa rəsədxanası.

Mövzu: Marağa rəsədxanası.

Məzmun xətti: Mədəniyyət, şəxsiyyət.

Standart: 5.1.1; 5.1.2; 4.1.2.

Məqsəd: Marağa rəsədxanasının yaradılmasını zəruri edən səbəbləri izah edir;
 Marağa rəsədxanasının və kitabxanasının mədəniyyətin və elmin inkişafında rolunu dəyərləndirir;
“Nəsrəddin Tusi böyük elm və dövlət xadimidir” adlı kiçik esse yazır.

İnteqrasiya: A.d.:1.2.1.; H.b.:3.1.1.; 3.3.1.

Dərsin tipi: Yeni bilik və bacarıqlar formalaşdıran dərs.

İş formaları: Qruplarla iş.


İş üsulları: Beyin həmləsi, müzakirə, açar sözlər.

Resurslar: Dərslik, iş vərəqləri, kompyuter, şəkil, illüstrasiyalar, xəritə, proyektor, slayd, videogörüntü.

Təlimin nəticələri: Marağa rəsədxanasının yaradılmasını zəruri edən səbəbləri izah edir.
Sadə xronoloji məsələ həll edir.
Mövzu ilə bağlı təqdimat hazırlayır.

Vaxt bölgüsü:

1. Motivasiya-5 dəq.
2. Tədqiqat sualı-3 dəq.
3. Tədqiqatın aparılması- 15 dəq.
4. Məlumatın mübadiləsi- 5 dəq.
5. Məlumatın müzakirəsi- 6 dəq.
6. Nəticələrin çıxarılması- 4 dəq.
7. Produktiv tapşırıq- 5 dəq.
 8. Qiymətləndirmə- 2 dəq.

Motivasiya:
Göy cismlərini öyrənən elm necə adlanır?
Astronomiya.
Yönəldici sual: Münəccim kimə deyilir?
Göy cismlərinin vəziyyət və hərəkətinə əsasən gələcəkdən xəbər vermək iddiasında olan şəxs.

Tədqiqat sualı: Rəsədxana nədir?
Münəccimlərin xüsusi cihazlarla ulduzları və göy cismlərini müşahidə etdiyi yer…

Tədqiqatın aparılması: Sinifdə şagirdlər qruplara bölünür, adlandırılır, onlara işçi vərəqələri təqdim olunur.
Qruplarla iş:
I. Nəsrəddin Tusi “Elm və müdriklik evi” adlanan zəngin kitabxananı nə üçün yaratmışdır?

 II. Marağada hazırlanmış ulduz qlobusu harada saxlanılır?
III. Marağa rəsədxanası nəyi sübut edir?
IV. Nəsrəddin Tusinin adı necə əbədiləşdirilmişdir?

Məlumatın mübadiləsi: Şagirdlər qruplar vasitəsilə bir-birinə məlumat çatdırır və Marağa rəsədxanası haqqında bilikləri möhkəmləndirir.

Məlumatın müzakirəsi və təşkili: Müəllim və şagirdlər öz fikirlərini müzakirə edir və onların hansının düz və səhv olduğunu müəyyən edirlər.

Nəticə:
* Şagirdlərə Marağa rəsədxanasının Azərbaycan elminin çox qədim tarixi köklərə malik olduğunu sübuta yetirdiyini çatdırdıq.
* Eyni zamanda şagirdlərə keçmiş zamanlarda Azərbaycana Çindən, Hindistandan və Avropa ölkələrindən alimlərin gəldiklərini və burada tədqiqatlar apardıqlarını aşıladıq.
* Hal-hazırda da, Azərbaycanda belə bir elm mərkəzi vardır ki, bu da göy cisimlərinin tədqiq edilməsi və öyrənilməsində böyük əhəmiyyət kəsb edir.
Produktiv yaradıcı tətbiqetmə: Şagirdlər evdə esse işləyirlər.


Esmira Kərimova,
Nizami rayonu, 62 nömrəli tam orta məktəbin Azərbaycan tarixi müəllimi
http://www.tehsilproblemleri.com/?p=386