Məhşur holland rəssamı Vinsent Van Qoqun həyatında adi insanlara yad olan ,dahinin həyatı üçün lazımlı hər şey olub:uzun özünüaxtarış illəri,ruhu ilə mübarizə,tənhalıq və bədbəxt məhəbbət.Onun incəsənətini müasirləri başa düşmürdü və adi boya yaxması kimi qəbul edirdilər.Onun müasirləri içərisindən bəzi rəssamlar ,düzdür ,ona sitayiş edir,çalışırdılar ki ,onun rəsmləri itib -batmasın.Lakin Pol Qoqen kimi tanınmış rəssam onun işlərini yüksək qiymətləndirmirdi.Hətta onun özünü belə cəmiyyət üçün layiqli hesab etmirdi.Açı ironiyaya görə ,Van Qoq özü Qoqenin ustalığı qarşısında baş əyirdi və hər vasitə ilə onunla dostluq münasibəti yaratmaq istəyirdi.O Qoqeni Arla qonaq çağırır.Və Qoqen doğrudan da Arla gəlir-lakin bu, onun Van Qoqun ailəsinə maddi cəhətdən borclu olduğu üçün idi.Onlar onun çəkdiyi əsərləri alırdılar.Tezliklə onlar bir-birindən bezdilər,Van Qoq başa düşdü ki,həm yaracılıqları, həm də dünyagörüşləri fərqli idi.
Əziz oxucular ,sizlərə Van Qoq və Qoqenin münasibətləri ,Van Qoqun yaradıcılığı ilə bağlı 2 film təqdim edirəm.İnanıram ki,hər 2 film sizin xoşunuza gələcək.
Əziz oxucular ,sizlərə Van Qoq və Qoqenin münasibətləri ,Van Qoqun yaradıcılığı ilə bağlı 2 film təqdim edirəm.İnanıram ki,hər 2 film sizin xoşunuza gələcək.