19.07.2013

Virtual səyahət-Oberammerqau .

Dünyanın maraqlı güşələri ilə tanışlığımızı davam edirik.Bu gün sizə təqdim etdiyim yeri özüm də çox görmək istərdim.
Oberammerqau -Almaniyada (Bovariyada) kommunadır.Əhalisi-  5228 nəfər ( 31.12.2010). Sahəsi- 30,06 km².Balaca şəhərcikdə demək olar ki bütün evlər freskalarla bəzədilib. 




Ammer çayı həmin kəndin adılnı verib.Bu kəndin sakinləri ağacişləmə və rəssamlığla məhşurdurlar.


Bu kəndin maraqlı tarixi var.Kənd hetlər tərəfindən salınmış,sonralar isə romalılar bu yerlərə Auqsburqu və Romanı birləşdirən yol salmış.Buna görə XVII əsrə qədər bu diyar çiçəkləndi.Lakin 1633-cü ildə vəba xəstəliyi yayıldı və çoxlu insan tələfatına yol açdı. Oberammerqau
sakinləri olənlərinə səhnələşdirilmiş tamaşa ilə kədərləndiklərini ifadə edirdilər.Tezliklə vəba bitdi və şəhər sakinləri hər 10 ildən bir  belə tamaşalar qoymağa söz verdilər. 1871-ci ildə tamaşa xüsusi ilə kral  II Lyudviq üçün hazırlanmışdır.Krala tamaşa çox təsir etdi və o şəhərə  mərmər xaç bağışladı.

Bu şəhərin digər özəlliyi isə  Luftlmalerei adlanan divar rəsmləridir.1748-ci ildə burada  Frans Svink adlı rəssam doğuldu.O divarlarda çəkdiyi freskalarla məşhurlaşdı.Burada hər bir evin öz adı var.Fransın yaşadığı ev "Zum Luftl" adlandığı üçün divar rəsmləri Luftlmalerei adını aldı.      

http://www.liveinternet.ru/community/for_men_only/post284151627/