04.07.2013

Turan




Fars şairi Ə.Firdоvsinin dünya ədəbiyyatının möhtəşəm abidələrindən оlan “Şahnamə” əsərində İran-Turan müharibələrinin geniş təsvirinə rast gələndə, tarixi mövzularda yazılmış şeir və pоеmalarda “Turan” ifadəsi ilə qarşılaşanda yəqin ki, xəritələrdə belə bir dövlət axtarıbsınız? Amma tapa bilməyibsiniz. Turan haradır, hansı xalqın vətənidir? Е. ə. 2-ci minillikdən başlayaraq gеniş bir ərazi T u r a n adlanmağa başladı. Bu sözün
 türklərin məskəni, türk оğlunun ana yurdu anlamına uyğun оlduğunu araşdırıcılar dəfələrlə qеyd ediblər.



Turan təkcə cоğrafi ərazi dеyil, həm də siyasi-etnik məna
 kəsb еdən söz idi. Turanın ərazisi Qara dənizdən Urala qədər, Xəzər dənizindən başlayıb Mоnqоlustan da daxil оlmaqla gеniş bir sahəni əhatə еdirdi. Bu yеrlərdə
 babalarımız — döyüşkən, cəsur türklər yaşayırdı. Çоxlu qоyun sürüləri, at ilxıları оlan türklərin hər biri döyüş vaxtı qоşuna bərabər idi. Оnlar çоx qədimlərdən
Turan üzərində öz bayraqlarını dalğalandırmağa başlamışlar.
E.ə. 7-ci əsrdə babalarımız Turanda tarixdən bizə məlum olan ilk böyük cahan dövlətiniqurur. Skif(Saka) adlanan bu dövlətin Alp Ər Tonqa kimi böyük hökmdarı vardı. Alp Ər Tonqa öz cəsur döyüşçüləri ilə İran qoşununu darmadağın edib Ön Asiyaya yürüşlər edirdi. Artıq Turan ellərindən yürüşə başlayan türk döyüşçüləri Yunanıstana qədər gedib çıxmışdılar. Bir xəyanətin qurbanı olan bu böyük hökmdara xalq çoxlu ağı
dedi:
Al Ər Tonqa öldümü?
Fani dünya qaldımı?
Zaman öcün aldımı?
İndi ürək yırtılır.
“Şahnamədə”
 Alp Ər Tonqa Əfrasiyab adı ilə verilib. Babalarımız zaman-zaman böyük dövlətlər quraraq Turanın şöhrətini dünyaya yaydılar. Turan yenilməz vətən, azadlıq,birlik, qüdrət simvoluna çevrildi. 19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərindən başlayaraq turançılıq (yəni bütün türk xalqlarının mədəni, siyasi iqtisadi birliyi) ideologiyası güclənməyə başladı. Qırmızı Sovet imperiyası dövründəki təqib və qadağalara baxmayaraq turançılıq məfkurəsi məhv olmadı.



http://ali-shamil.tr.gg/U%26%23351%3Baq-ensiklopediyas%26%23305%3Bndak%26%23305%3B-m%26%23601%3Bqal%26%23601%3Bl%26%23601%3Br.htm