08.07.2013

Brüsseldə gül xalısı.

Belgiyanın paytaxtı Brüsselin  orijinal vizit kartlarından biri qısa ,lakin çox rəngarəng və möhtəşəm olan  Gül bayramıdır.Gül bayramında güldən nəhəng xalı hazırlanır.Əvvəlcədən dərilmiş güllər hazırlanmış eskizin üzərinə düzülərək xalının naxışlarını yaradır.Naxışın yaşıl yerləri isə qazon otu ilə örtülür.Qara yerlər ağac qabığının xırdalanmışı ilə yaranır.Güllər birbaşa asfalta döşəndiyindən bu xalının ömrü uzun olmur.Təəssüf ki
,güllər bir-neçə gün təravətini saxlaya bilir,sonra isə solur.Lakin bayramın təəsuratları insanların qəlbində uzun müddət yaşayır.Bu bayramda çəkilən fotolar bütün dünyaya yayılır.Mən də sizin üçün bir neçəsini yerləşdirmişəm.Ən gözəl mənzərə isə balkonlardan açılır.Gül xalısına yuxarıdan tamaşa etmək istəyənlər isə 3 evro pul verərək bu mənzərəni qaçırmır.Bahadır,lakin buna dəyər.Gecə isə xalı projektorlar tərəfindən işıqlandırılır.Gecə bu görüntü sehrli nagılı xatırladır.