27.06.2013

Qəbələ şəhəri 2013-cü il "MDB-nin mədəniyyət paytaxtı" elan edildi.

Qəbələ şəhəri 2013-cü il "MDB-nin mədəniyyət paytaxtı" elan edildi.
Azərbaycanın Qəbələ şəhərinin 2013-cü il "MDB-nin mədəniyyət paytaxtı" elan edilməsi münasibətlə iyunun 28-30-da şəhərdə silsilə tədbirlər keçiriləcək.
Moskvadan iyunun 28-də Azərbaycanın bu ölkədəki səfiri, DHYF idarə heyətinin sədri Polad Bülbüloğlunun başçılığı ilə böyük nümayəndə heyəti gələcək. İyunun 29-da Azərbaycanın yüksək vəzifəli şəxslərinin iştirakı ilə Qəbələ şəhər rəhbərliyinə "Birliyin mədəniyyət paytaxtı - 2013" sertifikatının təntənəli təqdimetmə mərasimi keçiriləcək.

Bundan əlavə, həmin gün "dəyirmi masa" keçiriləcək. Proqram yaradıcı kollektiv, eləcə də Rusiya və Azərbaycanın estrada nümayəndələrinin ifasında bayram qala-konserti ilə başa çatacaq.