23.06.2013

Netty 2013 Azərbaycanın Milli internet mükafatı.


NETTY 2013 Azərbaycanın Milli Internet Mükafatının qalibləri elan edilmişdir.
18 iyun tarixdə Beynəlxalq Muğam Mərkəzində NETTY 2013 Azərbaycan Milli internet mükafatının təntənəli təqdim etmə mərasimi olmuşdur. Rəsmi şəraitdə NETTY akademikləri 16 nominasiya üzrə bu il ən yaxşı milli veb-saytları, layihələri və proqramları elan etdilər.


Müsabiqə haqqında


NETTY-2013 Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır. «NETTY» mükafatı - başqa oxşar tədbirlərdən fərqli olaraq həm Azərbaycanda, həm ümumiyyətlə regionda müntəzəm həyata keçirilən nadir və yeganə tədbirdir. 2013-ci ildə mükafat 8-ci dəfə keçiriləcək.

 «NETTY – bütün dünyadan yüz minlərlə İnternet istifadəçilərini toplayan ölkənin informasiya texnologiyaları sahəsində ilin əsas hadisəsidir. Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyaları sahəsində mütərəqqi xadimləri üzə çıxaran və öz mükafatı ilə dəyərləndirən, NETTY mükafatı bir-neçə il ərzində milli İnternet sahəsində ən qabaqcıl, nüfuzlu və kütləvi tədbir adını qazandı.