12.12.2012

Qavqamela vuruşması

Qavqamela vuruşması — E.ə.331-ci il oktyabrın 1-də Makedoniyalı İsgəndərin qoşunları ilə III Daranın qoşunları arasında baş verən üçüncü vuruşma. Qavqamela vuruşması nəinki qədim dövrün ən iri vuruşmalarından biri, həm də makedoniyalı fatehin bütün vuruşmalarının ən çətini sayılır.


Döyüşdə III Daranın orduları darmadağın edildi. Şah bir neçə satrapla və kiçik bir qoşun dəstəsi ilə Madanın paytaxtı Ekbatanaya qaçdı. Lakin yunan-makedoniyalılar özləri də bütün yürüş müddətində ən ağır tələfata bu döyüşdə uğradılar.


Əhəməni dövlətinin həyati əhəmiyyətə malik mərkəzlərinin hamısının yolu İsgəndərin üzünə açıldı. O, Babil və Suzu işğal etdi, sonra Parsaya soxuldu. Farsların iki paytaxtının ikisi də - Pasarqad da, Persepol da tutuldu. Makedoniyalı fateh burada xeyli sərvət - 120 min talant gümüş və qızıl, çoxlu qızıl və gümüş qab-qacaq, müxtəlif daş-qaş ələ keçirdi. Persepol şah sarayı yandırıldı.
Lakin son dərəcə ağır tələfata baxmayaraq, III Dara hələ qisas almaq ümidində idi və Madada qoşun toplamağa başladı. III Dara İsgəndərlə mübarizəni məhz Madada davam etdirmək ümidində idi. O, Madada yeni qoşun toplamağa çalışırdı və bu işdə müəyyən uğurlar qazanmışdı. Kadusilərdən və skiflərdən (skiflər dedikdə, sakesinlər nəzərdə tutulmalıdır) köməyi də Madada gözləyirdi. Lakin bir qədər sonra vəziyyət dəyişdi. Aydınlaşdı ki, kadusilər və skiflər III Daranın tərəfini saxlamırlar. Məhz buna görə III Dara Ekbatananı tərk edib monarxiyanın şərq əyalətlərinə qaçdı və tezliklə orada həlak oldu.


http://youtu.be/XiFl0e3jJHQ

http://az.wikipedia.org/wiki/Qavqamela_vuruşması