10.12.2012

10 dekabr

10 dekabr — Qriqorian təqvimi ilə ilin 344-cü günü (uzun illərdə 345-ci). İlin sonuna 21 gün qalır.

Əhəmiyyətli hadisələr

Ümumdünya Futbol Günüdür.
1848 — III Napoleon Fransa taxt-tacına sahib olub
1901 — İlk dəfə Nobel mükafatları təqdim edilib. Nobelin vəsiyyətinə görə, bu mükafat elm adamlarından yalnız riyaziyyatçılara verilmir.
1903 — Antuan Anri Bekkerel, Pyer və Mariya Kürilər fizika sahəsində Nobel mükafatı alıblar
1904 — Rus fizioloqu Pavlov Nobel mükafatı alıb
1929 — Moskvada keçirilən zərbəçi briqadaların I qurultayı başa çatıb
1944 — SSRİ və Fransa arasında qarşılıqlı yardım və əməkdaşlıq haqqında saziş imzalanıb
1948 — BMT Baş Assambleyası "İnsan hüquqları Bəyannaməsi"ni qəbul edib
1958 — Moskvada Məhəmməd Füzulinin 400 illiyi keçirilib
1975 — Sovet İttifaqı dissidenti akademik Andrey Saxarov Nobel mükafatı alıb
1991 — 12 Avropa dövləti arasında Maastrixt sazişi imzalanıb. 1 yanvar 1992-də qüvvəyə minən saziş Avropa İttifaqının qanuni əsasını qoyub
1996 — Cənubi Afrika Respublikasında yeni konstitusiya qəbul edilib və bununla da aparteid rejimi başa çatıb

Azərbaycanda olan hadisələr
1922 — Birinci Zaqafqaziya Sovetlər qurultayı başlayıb
1933 — Mir Cəfər Bağırov Azərbaycan Kommunist (bolşevik) Partiyasının birinci katibi seçilib.
2003 — İran azərbaycanlısı Şirini Əbadi insan hüquqları sahəsində Nobel mükafatı alıb. O, tarixə bu mükafatı alan ilk müsəlman qadın kimi düşüb

Doğumlar
1821 — Nekrasov - Rus şairi.
1942 — Maykl Klark Dunkan - aktyor.
1972 — Tara Sabkoff - aktrisa.
1973 — Qabriela Spanik - aktrisa.

Ölümlər
1198 — İbn Rüşt - Ərəb filosofu
1896 — Alfred Nobel - İsveç sənayeçisi
2006 — Pinoçet - Keçmiş Çili diktatoru

Bayramlar və xüsusi günlər
Ümumdünya insan hüquqları günü

http://az.wikipedia.org/wiki/10_dekabr