30.10.2012

Cəlaləddinin Azərbaycana yürüşü (1225 - 1231)


1222-ci ildə monqollar hiylə ilə Dərbənd səddini keçərək Azərbaycanı tərk etdilər. Monqolların Azərbaycanı tərk etməsindən sonra Xarəzmşah Cəlaləddin 1225-ci ildə Azərbaycana soxuldu. Mərkəzi Asiyada öz dövlətini itirən Cəlaləddin Azərbaycanda möhkəmlənməyə çalışırdı. Cəlaləddin:
Əcəm İraqını ələ keçirdi;
Fars və Kirmana yiyələndi;
Ağsunqurilərin varliğina son qoydu;
Marağanı ələ keçirdikdən sonra əhalinin etimadını qazanmaq məqsədilə bir sıra bərpa işləri apardı;
Təbrizi tutaraq Eldənizlər dövlətinə son qoydu;
Gəncə, Beyləqan və Şəmkiri ələ keçirdi;
Azərbaycanın idarəsini öz vəziri Şərəf əl-Mülkə tapşırdı;
Gəncəni öz iqamətgahına çevirərək burada qarnizon yerləşdirdi.

Cəlaləddinin hakimiyyəti illərində Azərbaycanda:
Daxili çəkişmələr gücləndi;
Vergilər artılırdı;
Məmur özbaşınalığı artdı;
Bir sıra feodallar Eldənizlər dövlətini bərpa etməyə cəhd göstərdilər;
Təbrizdə baş verən üsyan məğlub oldu;
Bəndərin başçılığı ilə Gəncədə üsyan baş verdi (1231-ci il).