Показаны сообщения с ярлыком Memarlıq. Показать все сообщения
Показаны сообщения с ярлыком Memarlıq. Показать все сообщения

08.07.2015

Ən baha qiymətə satılan 20 rəsm əsəri.

Rəsm əsərləri dünyanın müxtəlif muzeylərini bəzəməklə yanaşı daim varlı insanların maraq obyekti olmuşdur.Bəzən onlar bu rəsm əsərlərini almaq üçün o qədər böyük bir məbləğ verirlər ki,insan heyrətlənməyə bilmir.Düzünü desəm,elə tanınmış və auksionlarda ağlasığmaz qiymətə satılan rəsm əsəri var ki,bu rəsmə verilən bu qiymət insana ağılsızlık kimi gəlir.Məsələn, məşhur "Qara kvadrat" əsərini nəyə görə çox mənalı hesab edirlər hələ də anlamamışam.İndi sizə ən baha qiymətə satılan 20 rəsm əsərini əqdim edirəm.

20.  Barnet Nyuman "Qara od 1"  1961 il.  
       2014 ildə 84,1 mln  $ saıtılıb.

07.07.2015

İtmiş Ubar şəhəri haqqında əfsanə

Ubar əfsanəvi bir şəhərdir.O bilinməyən səbəblərdən məhv olmuş və itmişir.
Bu şəhər haqqında "Quran"da və "1001 bir gecə" nağıllarında da qeyd edilir.Deyilənlərə görə bu şəhər Şəddadin dövründə  Saxara səhrası ərazisində ucaldılmışdı.Misir əfsanələrində bu şəhər haqqında məlumat verilir.Əfsanəyə görə bu şəhərə yalnız şəhər haqqında əfsanədəki tapmacaya cavab tapan yol tapırdı.Əfsanədə şəhər allahlar tərəfindən dağıdılmışdır.Başqa bir əfsanədə bu şəhərin ustündə səhranın onun dağılmasından sonra əmələ əldiyi deyilir.Butun bunlar Atlantida haqqında olan əfsanə kimi şəhərin təxəyyül nəticəsi olduğunu östərirdi.Lakin 1990 ildə Omandakı qazıntılar zamanı arxeoloqlar 4500 il əvvəl tikilən tikililərin qalıqlarını tapdılar.Burada həmdə qədim çayın ,tikilmiş binaların da qalıqları aşkar edilmişdir.

03.07.2015

Pasxa adasındakı başların ayaqları varmı?

Moai-Çilidəki Pasxa adasındakı monolit daş heykəlləri belə adlandırırlar.Onları 1250-1500 illərdə burada yaşayan poleneziy abori-genləri  hazırla-mışlar.Onların sayı 887 çatır.


22.06.2014

ƏN QƏDİM ZAMANLARDAN İSLAM DİNİNİN QƏBULUNA QƏDƏRKİ DÖVRDƏ MEMARLIĞIN İNKİŞAFI

Bəşər svilizasiyasının ilkin meydana gəlmiş ərazilərindən biri də Azərbaycandır. İlk növbədə buna səbəb insanların yaşaması üçün mülaim və münasib təbii şərait olmuşdur. Ərazidə aparılmış arxeoloji qazıntıların nəticələri göstərmişdir ki, Azərbaycanda yaşamış qədim insanlar tarix boyu şərəfli yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsərləri yaratmışlar və onlardan biri də memarlıqdır.

13.06.2014

Orta əsrlərə aid 7 mumiya tapılıb.


Nil vadisində itmiş orta əsr krallığının paytaxtında, Köhnə donqoladakı   qədim monastırda  alimlər orta əsrlərə aid sərdabə tapıblar .Buranın divarları yazılarla örtülüb .Sərdabədə 7 eyni tərzdə mumiyalanmış insan qalıqları  aşkar  edilib.
Bu şəhər müasir Sudanın ərazisində yerləşir və 900 ilə yaxın Mukurranın paytaxtı olub.
Varşava universitetinin tədqiqatçı alimi antropoloq Robert Malerin sözlərinə görə burada aşkarlanan 7 kişi cəsətləridir,onların yaşı 40 çox idi.Divardakı yazıların şəkli çəkilib və tədqiqat üçün göndərilib.
  

11.06.2014

Kolumbiyada aşkarlanan qədim hindu yaşayış məskəni.

Kolumbiyada inşaat işləri zamanı qədim hinduların yaşayış məskəni aşkar edilib.Yaşayış məskəninin təxminən 3000 il yaşı olduğu guman edilir.Tapıntı Boqotadan cənubda yerləşən Soaçi şəhərində aşkarlanıb.İndi burada 170 yaxın arxeoloq çalışır.Alimlərin fikrinə görə bu kənd Mərkəzi Kolumbiyada e.ə.XI-IV əsrlərdə mövcud olmuş Errera mədəniyyətinə aid edilir.Arxeoloqlar artıq bu tapıntını unikal hesab edir.
Kənd o qədər iridir ki,alimlər bütöv bir cəmiyyətini təsvir etməyin mümkünlüyünü etiraf edir.İnsan sümükləri ilə yanaşı burada 30 mindən artıq artefakt tapılıb.Bu müxtəlif əşyalardır.
Kənd burada elektrik stansiyasının tikintisi zamanı aşkar edilib.Lakin Kolumbiya qanunlarına görə tikinti dayandırılıb.Qazıntı işləri 2 ilə qədər davam etməsi gözlənilir.
Artefaktların bəzisini ictimaiyətin nümayişinə qoyulacağı gözlənilir.

27.04.2014

Qədim Yunanıstan mədəniyyəti Krit - Miken dövrü

Mədəniyyət tarixində hər bir dövr özünə görə qiymətli və təkrarolunmazdır. Tədqiqatçılar bu faktı təsdiqləyərək Qədim Yunan mədəniyyətinə xüsusi əhəmiyyət verirlər. Antik Yunan mədəniyyətinə müasir ədəbiyyat janrları və fəlsəfə sistemi, sütunlu arxitektura və heykəltəraşlıq, astronomiyanın əsasları, riyaziyyat və təbiətşünaslıq daxildir. Qədim Yunan mədəniyyətinin ən başlıca nailiyyəti isə insanın kəşfidir. Allahın yaratdığı insan ən ecazkar, mükəmməl və ali bir varlıqdır. Avropa tarixinə və mədəniyyətinə güclü təsir göstərən antik mədəniyyət, müasir dövrün tarixçilərinə «Yunan möcüzəsi»ndən danışmağa imkan yaradır.

B.e.ə. I minillikdə qədim şərq sivilizasiyası sönməyə başlayır və öz yerini Aralıq dənizində yerləşən regionların mədəniyyət ocağına verir. B.e.ə. VII əsrdən başlayaraq bu bölgənin mədəniyyət mərkəzi Yunanıstan olur. Yunan mədəniyyətinin inkişafında etnik və coğrafi şəraitin rolu böyük idi.

12.11.2013

Qədim Pompeyin qalıqları.

Pompey -  Neapolun yaxınlığında Vezuvi  vulkanının külü altında qalmış qədim Yunan şəhəridir.Müasir dövrdə isə açıq səma altında muzeydir.YUNESKO- nun Ümümdünya İrsi siyahısına daxil edilib.

Pompeydə forumun təsviri,arxada -Vezuvi vulkanı

14.10.2013

Jag Niwas и Jag Mandir üzən imarətlər.


Hindistanda belə üzən saraylar çoxdur.Bir zamanlar racələrin iqamətgahı olan bu imarətlər indi 5 ulduzlu oteldir.Hindistanın Racəstan ştatında olan Caq-Nivas gölündə belə bir gözəl saray ucaldılmışdır.16 000 kv .km.sahəsi olan bu saray ağ mərmərdən tikilib.Xüsusi diqqəti 2 mərtəbədə otaqların dairəvi formada olmasıdır.
Saraya daxil olanı müxtəlif maraqlı eksponatlar gözləyir.Onların içərisində şah Cahanın taxtı,Kapuri 
Babaya həsr edilmiş məscid,fəvvarələr,incəsənət nümunələri də var.

21.08.2013

NAXÇIVANIN QƏDIM ŞƏHƏRLƏRI: SUMBATAN-DIZƏ

Naxçıvanin əlverişli təbii-coğrafi şəraiti və geosiyasi mövqeyi bölgədə iqtisadi münasibətlərin erkən inkişafına və sosial differensasiyaya şərait yaratmışdı. Artıq İlk tunc dövründə yaşayış məskənləri genişlənmiş, onların plan quruluşunda müəyyən qanunauyğunluqlar əmələ gəlmişdi. Əlverişli təbii hündürlükdə yerləşən dini mərkəzin – məbədin ətrafında nisbətən varlı yaşayış evləri və sənətkar emalatxanaları yerləşmişdi.

31.07.2013

Misir mədəniyyəti


Qədim Misir mədəniyyəti təşəkkül tapmış ən ilkin mədəniyyət mərkəzlərindəndir. O təxminən b.e.ə. IV minilliyin sonundan b.e.ə. 332-ci ilədək yaşamışdır. Misirin dövlət kimi formalaşması b.e.ə. IV minillikdə başlamışdır. Artıq yeni minilliyin əvvəl-lərində Nil çayının şimal və cənubunda 40-dan artıq şəhər yaranmağa başlayır. Minilliyin II yarısında iki iri dövlət birliyi: mərkəzi Buto olan Şimali (Aşağı) şahlıq və Cənubi (Yuxarı) şahlıq mövcud olur.Bir çox əsrlər ərzində Misir dövlətində insanlar müxtəlif allahlara sitayiş etmiş və dini ayinlər icra etmişdir. Müxtəlif sayda allahlar təbiət qüvvələri və ictimai hadisələri tərənnüm edirdi. Ay – qadın, torpaq və hava isə kişi allahları kimi təcəssüm tapmışdır. Baş Allah - Günəş allahı Hepri və ya Heprer adlandırılırdı.Qədim misirlilərin allahlarının sayını söyləmək çətindir. Əsas allahlar su, torpaq, dünya ruhunu təcəssüm etdirən Ptax hesab edilirdi. Öküz Misirdə səcdə edilən heyvanlardan biri hesab edillərək güc və məhsuldarlıq rəmzi kimi təsəvvür edilirdi. Öküzlərə etiqad ən zəngin və əlamətdar ayinlərdən biri hesab edilirdi. Apis öküzü «ülvi təcəssüm» hesab edilərək Ptaxa xidmət edir və məhsuldarlıq rəmzi kimi tanınırdı.

26.07.2013

Qadağan olunmuş şəhər.


Pekindəki Qadağan olunmuş şəhər dünyanın iri və ən sirli saray kompleksidir.500 ilə yaxın Çinin 24 imperatorunun iqamətgahı olan bu saray adi vətəndaşlar üçün bağlı idi.Bu qaydanı pozanları ölüm cəzası gözləyirdi.Baxmayaraq ki,bu gün bu kompleksin böyük hissəsi  ziyarətçilər üçün açıqdır,Gizli şəhərin tarixi hələ də tapmaca olaraq qalır.

22.07.2013

İf qəsrinin qaranlıq tarixi

İf qəsri Fransanın cənubunda Friulski arxipelaqının ən kiçik adalarında yerləşir. Əsası 1527-ci ildə I Fransiskanın əmri ilə qoyulmuş bu qalanın inşası əslində tarixi zərurətindən irəli gəlib. Belə ki, sözügedən ərazi hər tərəfdən dənizlə əhatə olunduğundan onun güclü müdafiəyə ehtiyacı olub. 1531-ci ildə inşa işləri tamamlansa da, qəsr mövcud olduğu illər ərzində bircə dəfə də düşmən hücumu ilə qarşılaşmayıb. Bu səbəbdən qalanı dövrümüzədək qoruyub saxlamaq mümkün olub.

19.07.2013

Virtual səyahət-Oberammerqau .

Dünyanın maraqlı güşələri ilə tanışlığımızı davam edirik.Bu gün sizə təqdim etdiyim yeri özüm də çox görmək istərdim.
Oberammerqau -Almaniyada (Bovariyada) kommunadır.Əhalisi-  5228 nəfər ( 31.12.2010). Sahəsi- 30,06 km².Balaca şəhərcikdə demək olar ki bütün evlər freskalarla bəzədilib. 

Stounhenc

Stounhenc çəmbər formasında yerləşdirilmiş böyük daş bloklardan ibarət tikilidir. Təqribən 4.5 m hündürlüyündə, hər biri təqribən 25 ton ağırlığında təxminən 30 ədəd daş blokun birləşdirilməsindən əmələ gəlmişdir. İngiltərədə yerləşən bu tikili bir çox tədqiqatçıların diqqətini çəkmişdir. Tikilməsi və tikiliş məqsədi haqqında bir çox nəzəriyyələr irəli sürülmüşdür. Bu tikili təkamül nəzəriyyəsinin bəşəriyyət tarixini açıqlamaq üçün irəli sürdüyü iddiaları əsassız edən nümunələrdən biridir.




16.07.2013

Qafqaz Albaniyasının məbədləri

Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddiaları irəli sürən erməni millətçiləri işğalçılıq əməllərinə haqq qazandırmaq məqsədilə Qafqaz Albaniyasının xristian kilsəsinə aid bütün kilsə, məbəd və monastrları erməni abidələri elan edirlər. Tarixdə əslində heç vaxt mövcud olmamış, “Böyük Ermənistan imperiyası” barədə əfsanəni şişirdərək təkcə Azərbaycanın deyil, Gürcüstan, İran və Türkiyə ərazilərinin də xeyli hissəsini ermənilərin ”tarixi torpaqları” kimi qələmə verirlər. Azərbaycandakı bütün alban xristian abidələri bizim xalqımızın mədəni irsinə aiddir.
Qafqaz Albaniyası dövlətinin ərazisi çoxsaylı yazılı tarixi mənbələrin məlumatına görə, eramızın əvvəllərindən VIII əsrin əvvəlinədək cənubda Araz çayından şimali Qafqazadək, şərqdə Xəzər dənizinin qərb sahilindən Göyçə gölündən qərbdə yerləşən torpaqlaradək geniş bir sahəni əhatə etmişdir.

15.07.2013

Petra şəhəri-qədimdən hədiyyə.

Petra-Nəbati çarlığının paytaxtı və yaxşı qalmış gözəl qədim şəhərlərdən biridir.YUNESKOnun dünya irsinə daxil edilmişdir.Yunan dilindən tərcümədə Petra sözünün mənası qaya, daş deməkdir.Qədimdə Petra Yaxın Şərqlə Ərəbistan və Hindistanı birləşdirən.ticarət yolları üstündə yerləşirdi.Petranın qeyri-adiliyi bütün tikililərin qayada oyulmasıdır,buna görə də tikililərin rəngi qırmızı-cəhrayidir.