Показаны сообщения с ярлыком Dövlətlər.. Показать все сообщения
Показаны сообщения с ярлыком Dövlətlər.. Показать все сообщения

27.03.2020

18.02.2017

Dərs nümunəsi:Quba xanlığı - Şimal-Şərqi Azərbaycan dövləti.

İlqar ABDULLAYEV,
Bakı şəhər Məktəb-lisey kompleksinin tarix müəllimi

VIII sinif
Mövzu: Quba xanlığı - Şimal-Şərqi Azərbaycan dövləti.
Standart:
3.1.2. Dövlətlərarası münasibətlərdə Azərbaycanın mövqeyini dəyərləndirir.
4.1.1.Azərbaycan dövlətçiliyində mühüm rol oynamış tarixi şəxsiyyətlərin (Şah I İsmayıl, şah I Təhmasib, şah I Abbas, Nadir şah, Qubalı Fətəli xan, Hacı Çələbi) fəaliyyətini dəyərləndirir.
Məqsəd:
1. Quba xanlığının xarici siyasətini Azərbaycanın mövqeyindən dəyərləndirir.
2. Qubalı Fətəli xanın Azərbaycan dövlətçiliyində oynadığı rolu və fəaliyyətini dəyərləndirir
İş forması: Kollektiv və qruplarla iş.
İş üsulu: Beyin həmləsi, müzakirə, mühazirə.
Resurslar: Dərslik, iş vərəqləri, marker, İKT vasitələri, xəritə, göstərici.
İnteqrasiya:
Ümumi tarix, standart 1.1.3;
Coğrafiya, standart 3.2.1.
Dərsin gedişi:
Salamlaşmadan sonra şagirdlərdə fəallaşma və araşdırılacaq problemə maraq yaratmaq üçün motivasiya qurulur.
Motivasiya:
Motivasiya zamanı şagirdlərə Quba ilə bağlı slayd vasitəsi ilə müxtəlif şəkillər təqdim edilir. Öncə xanlığın yerləşdiyi yerə aid suallar verilərək coğrafiya fənninə inteqrasiya olunur. Sonra isə şagirdlərə ümumiyyətlə Quba xanlığının yaranma tarixi haqqında suallarla müraciət edilir. Motivasiya şagirdlərlə dialoq şəraitində və slaydların nümayişi ilə keçir.
Bu zaman Qubanın və Fətəli xanın şəkilləri göstərilir və sinfə sualla müraciət edilir:
– Bura haradır?


21.05.2015

ŞİRVANŞAH ŞAHƏNŞAH

Şamaxıda zəlzələ 131 vaxtı I Axsitanın arvadı və uşaqları həlak olduğundan Şirvanşahın özü təqribən 1197/7-ildə öldükdə varisi qalmadığı üçün taxta onun qardaşı I Şahənşah ibn III Mənuçöhr çıxdı. Bu Şirvanşahın hakimiyyəti dövründə onun adından zərb edilmiş sikkələrdən başqa bir abidə qalmamışdır. Şamaxı rayonundakı Altıağac kəndindən iki dəfinə tapılmışdır: bir hissəsı Ermitajda saxlanılan132 birinci dəfinə XII-XIII əsrlərə aid 346 sikkədən və 8 bilərzikdən, yarıdan çox hissəsi Bakıda Azərbaycan 311 tarixi muzeyində saxlanılan133 ikinci dəfinə isə 100 sikkədən ibarətdir. Bu iki dəfinədə Şirvanşah Şahənşahın adından zərb edilmiş azacıq gümüş qarışığı olan mis sikkələr də aşkar olunmuşdur.Üz tərəfində dini rəmz və xəlifə ən-Nasir-lidin - Allahın adı, habelə Qurandan parçalar (9,33 və 61,9-cu surələr), əks tərəfində ısə “Məhəmməd rəsulillah, əlməlik əl-müəzzəm, Şahənşah, ibn Mənuçöhr Şirvanşah” sözləri həkk olunmuşdur.134 Sikkələrin kəsildiyi tarix xəlifə ən-Nasirin hakimiyyət dövrü ilə h.575-622 (1180-1225) illə müəyyənləşdirilir. Ermitajda 7675-ci nömrəsi ilə saxlanılan sikkələrin birinin üz tərəfində “Əl-məlik əl-müəzzəm Şahənşah ibn Mənuçöhr Şirvanşah” sözləri vardır. Sikkənin qırıqlarında “beş yüz doxsan yeddi” tarixi oxunur (h.597/1201-ci il). Əks tərəfındə isə müsəlman dini rəmzi və xəlifə ən-Nasirin adı həkk olunmuşdur.135 Şahənşah, ehtimal ki, 4 il -1196-17-ci ülə (şərti olaraq, I Axsitanın öldüyü il) Şahənşahın qardaşı oğlu II Əfridınun oğlu III Fəribürzün hakimiyyətə keçdiyi 1200/1-ci il arasında hakimiyyət sürmüşdür. Şirvanşah Şahənşah III Mənuçöhrün oğlu və I Axsitanın qardaşı idi. Ehtimal ki, Axsitanı ölümündən sonra Şirvanşah taxtında I Axsitanın digər qardaşı I Fərruxzad ibn III Mənuçöhrün nəsli möhkəmlənənə qədər hakimiyyət uğrunda daxili çəkişmələr getmişdir.136 I Axsitanın bilavasitə varisi Şahənşah idi. Belə ki, Y. A. Paxamov I Axsitan və Şahənşahın sikkələrinin kimyəvi təhlili əsasında Şahənşahın hakimiyyətə başlaması ilə I Axsitanın hökmranlığının sonunun vaxt etibarilə yaxın olduğu qənaətinə gəlmişdir.137 Şahənşahın sikkələrində yalnız xəlifə ən-Nasirin adı vardır. "Məlik əl-müəzzəm" ləqəbi və Şirvanşah titulu Şirvanşahın XII əsrin sonu, XIII əsrin əvvəllərində müstəqil olduğunu göstərir. Şahənşahın hökmranlığı uzun sürməmiş və özündən sonra sikkələrdən başqa heç bir abidəsi qalmamışdır. O, 1 Axsitanın Şirvanşah taxtına göz tikən, ehtimal ki, artıq ahıl yaşlarında olan qardaşlarının taxtda bir-birini tez-tez əvəz etdikləri hərc-mərclik dövründə yaşamışdır.13S I Axsitanın ölümündən keçən qısa müddət - təqribən 8 il ərzində Şahənşah, Fəribürz və Fərruxzad hökmranlıq etmiş, bundan sonra hakımiyyət atadan oğula keçməyə başlamışdır. Ehtimal ki , D. Kuymcan kimi, Z. M. Bünyadov da ölkənin feodal pərakəndəliyi şəraitində qısa müddət ərzində - 1196/7-ci ildən 1204-cü ilədək Şirvanın ayrı-ayrı şəhər və vilayətlərində - Şamaxıda, Dərbənddə, yaxud Bakıda, Şəki və Qəbələdə 139 Axsitanın qardaşları Şahənşah, Fərrüxzad qardaşı oğlu II Fəribürzün eyni vaxtda hakimiyyət sürə bilməsinə dair mülahizələrində haqlıdır

26.01.2015

Azərbaycan tarixi.Qaraqoyunlu dövləti


Atropatena Sasanilər imperiyası tərkibində

Sasanilər dövründə Şimali Azərbaycanda Albaniya nisbi müstəqilliyini qoruyub saxladığı halda, Atropatena imperiyasının tərkibinə daxil oldu. Tarixçi M.Təbəri Sasani dövlətinin I əsrdə yarandığını göstərir. Təbəri yazır ki, Ərdəşir Babəkan Əcəmi ölkəsini asılı ölkələr sistemindən azad etdi. Beləliklə,  parfiyalıların hakimiyyəti devrildi və yerində yeni Sasanilər dövləti təşəkkül etdi. Yeni dövlət  sülaləsi olan Sasanilər tayfalar birliyi və yaxud asılı dövlətlər sistemini ləğv edərək, mərkəzləşmiş dövlət yaratdılar. F.Engels Sasanilərin yeni dövlət sistemindən "Sasanilərin nizama, salınmış İran monarxiyası" kimi bəhs etmişdir. Beləliklə, Sasanilər nizamlı bir dövlət quruluşu yaratmış oldular.
Sasanilər parfiyalıları məğlub etdikdən sonra öz hakimiyyətlərini möhkəmləndirmək məqsədilə yeni ərazilərin işğalına başladılar. Hələ I Ərdişirin dövründə Sasanilər Mesopotamiyanı, Atropatenanı və Orta Asiyanın bir hissəsini zəbt etdilər. Atropatenanın iqtisadi inkişaf nöqteyi-nəzərindən qonşu ölkələrdən irəlidə olması, digər tərəfdən həmin ölkənin strateji mövqeyinin əlverişliliyi onu hələ qədimdən məşhur etmişdi.

25.09.2014

Ermənilərin ərazi iddiaları – saxtakarlıq və tarixi həqiqətlər

Mirzəli Tağıyev,
Naxçıvan şəhəri 15
nömrəli tam orta məktəbin tarix müəllimi
Azərbaycanın əzəli torpaqları hesabına (həmçinin Türkiyənin) “erməni dövləti” yaratmaq istəyən ermənilər özlərinin məkrli niyyətlərini həyata keçirmək məqsədi ilə XVII əsrin sonu -XVIII əsrin əvvələrində Qərbi Avropa və Rusiya dövlətləri ilə danışıqlar aparmaq üçün xaricə göndərilmiş İsrail Ori və Minas Vartaped adlı nümayəndələrinin fəaliyyəti nəticəsində XVIII əsrin əvvələrində Çar Rusiyasından (I Pyotrdan) dəstək ala bilmişlər. XIX əsrin birinci yarısında Çar Rusiyası tərəfindən İrandan və Türkiyədən Cənubi Qafqaza (Zaqafqaziya) 100 mindən artıq köçürülən ermənilər Yelizavetopol (Gəncə) və İrəvan quberniyalarının ən yaxşı torpaqlarında yerləşdikdən sonra onlar (ermənilər) xəyali “böyük ermənistan ərazisini” yaratmaq üçün daha da fəallaşdılar.

Ermənilərin “böyük ermənistan” yaratmaq ideyası 1890-cı ildə Tiflisdə yaradılmış qatı erməni millətçi partiyası olan “Daşnaqsütyun” partiyası tərəfindən kəskin şəkildə irəli sürülmüşdü (5,s. 91,124).

20.09.2014

Zəngəzurun tarixi

Zəngəzurda ermənilər yüzlərlə Azərbaycan tarixi abidəsini məhv edib Ermənistanın Azərbaycana olan uydurma torpaq iddiaları heç bir tarixi mənbəyə söykənmədiyindən, rəsmi Yerevanın mövqeyi daha çox cığal uşağın hərəkətlərinə bənzəyir. Erməni alimlərinin “tarixi sübutları” əsasında yazılan əsərlər ancaq Ermənistanın dövlət səviyyəsində yeritdiyi işğalçılıq siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir.

31.08.2014

Qədim Azərbaycan Manna dövlətinin meydana gəlməsi və süqutu

Qədim Azərbaycan dövlətçilik tarixində Manna ilk mərkəzləşmiş dövlət idi. Q.Qeybullayev "Azərbaycançılığın etnik tarixinə dair" əsərində yazır ki, "Manna Azərbaycan ərazisində türk xalqlarının tarixində məlum olan ilk dövlət qurumudur".


Qədim Azərbaycan dövlətçilik tarixində Manna ilk mərkəzləşmiş dövlət idi. Q.Qeybullayev "Azərbaycançılığın etnik tarixinə dair" əsərində yazır ki, "Manna Azərbaycan ərazisində türk xalqlarının tarixində məlum olan ilk dövlət qurumudur".

30.08.2014

İtirilmiş 6 böyük şəhər

Ktesifon - Bağdaddan 32 km aralıda, Tiqr çayının aşağı axarında yerləşən və 30 kv. km sahəni əhatə edən bir şəhər olub. II əsrdən VII əsrədək əvvəl Parfiya dövlətinin, daha sonra isə Sasanilər dövlətinin paytaxtı olub. Dövrümüzədək gəlib çatmış Ktesifonun kərpicdən inşa edilmiş tikililəri öz böyüklüyü ilə adamı heyran edir.

Azərbaycan tarixi.Şəki xanlığı