Показаны сообщения с ярлыком Virtual səyahət.. Показать все сообщения
Показаны сообщения с ярлыком Virtual səyahət.. Показать все сообщения

17.06.2024

WOW-WONDERS OF THE WORLD eTwinning project.

 This event, attended by 7th grade students, will involve students with many interesting activities. The event aims to help students develop their skills in collaboration and to learn the English language more fluently. While benefiting from Web 2 devices, OIC increased their skills. While investigating the wonders of the world, their interest in history science increased even more.Students from different countries collaborated together, worked with interest on the locomotive of the project, came up with many ideas. They presented their classmates to get acquainted with the project. As a group of people, they divided into groups and created MindMap (intellectual-xəritə). Each group gave information about a miracle. -They became acquainted with someone's work.Together they compiled an interesting electronic book on the architectural monuments of their own countries.They met their comrades by arranging the lights with the layout. Then they prepared the models of the miracles. They exhibited the models they prepared both from cardboard and with a 3D printer.

20.02.2017

Bermud üçbucagında tapıntı.

Bermud üçbucağında yaşı 200 000 olan nəhəng sualtı kompleks aşkar edilib.Alimlərin fikrincə bu kompleks 50 000 il əvvəl batıb.Ən maraqlısı odur ki ,bu qurğunu kim yaradıb.Professor-okeanoloq doktor Robetr Ballard dümişdir:"Əyər bu qurğu insan əli ilə düzəldilibsə  bu halda biz bu səviyyəyə çatmalıyıq.Müasir texnologiyalar belə bunu yaratmağa qadir deyil."

07.07.2015

İtmiş Ubar şəhəri haqqında əfsanə

Ubar əfsanəvi bir şəhərdir.O bilinməyən səbəblərdən məhv olmuş və itmişir.
Bu şəhər haqqında "Quran"da və "1001 bir gecə" nağıllarında da qeyd edilir.Deyilənlərə görə bu şəhər Şəddadin dövründə  Saxara səhrası ərazisində ucaldılmışdı.Misir əfsanələrində bu şəhər haqqında məlumat verilir.Əfsanəyə görə bu şəhərə yalnız şəhər haqqında əfsanədəki tapmacaya cavab tapan yol tapırdı.Əfsanədə şəhər allahlar tərəfindən dağıdılmışdır.Başqa bir əfsanədə bu şəhərin ustündə səhranın onun dağılmasından sonra əmələ əldiyi deyilir.Butun bunlar Atlantida haqqında olan əfsanə kimi şəhərin təxəyyül nəticəsi olduğunu östərirdi.Lakin 1990 ildə Omandakı qazıntılar zamanı arxeoloqlar 4500 il əvvəl tikilən tikililərin qalıqlarını tapdılar.Burada həmdə qədim çayın ,tikilmiş binaların da qalıqları aşkar edilmişdir.

03.07.2015

Pasxa adasındakı başların ayaqları varmı?

Moai-Çilidəki Pasxa adasındakı monolit daş heykəlləri belə adlandırırlar.Onları 1250-1500 illərdə burada yaşayan poleneziy abori-genləri  hazırla-mışlar.Onların sayı 887 çatır.


Tsyandaoxu gölünün sualtı şəhəri.

Tsyandaoxu gölünün dibində qədim və sirli bir şəhərin qalıqları aşkar edilmişdir.Bu şəhərin minillik tarixi var.Bu yaşayış məskəni Xan sülaləsinə məxsusdur.Şəhər su ambari tikilən zamanı batırılmışdır.Buranın tdqiqatı zamanı qədim tikililrin qalıqları aşkar edilmişdir.Onlar öz möhtəşəmliyi ilə baxanları valeh edir.Bu qədim tikililər neçə sirr ,neçə insan taleyini özündə gizlədir.Sizləri bu sualtı şəhərə baxmağa dəvət edirəm.

08.02.2015

Ağ evə virtual səyahət

Əziz oxucular sizləri Ağ evə virtual səyahətə dəvət edirəm.



                                                         Səyahətə başla.

04.06.2014

Müasir İncəsənət Muzeyinə səyahət



Hörmətli oxucular !Biz sizinlə tez-tez virtual səyahət edirik.Bu gün də sizə Müasir İncəsənət Muzeyinə səyahət təqdim edirəm.
Muzeyin ekspozisiyasının əsasını XX əsrin II yarısından bu günə qədər Azərbaycan avangardının ən yaxşı rəsm və heykəltəraşlıq əsərləri təşkil edir.Bu ekspozisiya müşahidələr, axtarışlar və insan ruhunun azadlığını təmsil edir.Muzey özündə memarlıq və dizayn, rəssamlıq və heykəltəraşlığı birləşdirən vahid orqanizm kimi nəzərdə tutulmuşdur və konsepsiyası, memarlığı və dizaynının, instalyasiyasının, kolleksiya və ekspozisiya çeşidinin müəllifi rəssam Altay Sadıxzadədir. Muzeydə qapalı formalar yoxdur. Iki mərtəbə vahid açıq məkanda yerləşmişdir və “unudulmuş pilləkan” obyektilə birləşir. Birləşdirici amillərdən biri də rəngdir: muzey ağ rəngdədir. Sərbəst memarlığı, tirlərin və metal konstruksiyaların düşünülmüş “hərəkəti”, rəsm əsərləri və heykəllərdən ibarət ekspozisiya da daxil olmaqla, bütövlükdə muzey avanqard incəsənətinin nümunəsidir.

Azərbaycan və dünya təsviri sənəti və memarlığı üzrə hər dövrə aid kitabları muzey daxilində fəaliyyət göstərən kitab mağazasından əldə etmək mümkündür.


                      

   Muzeyə səyahət et.






10.11.2013

Nobel mükafatının rəsmi saytı.


İnformasiya bolluğu ilə zəngin olan müasir mühitdə biliyi maraqlı tərzdə təqdim edən müxtəlif təhsil resursları mövcuddur.Ən çətin elmi halları,ixtiraları maraqlı ,aydın və şagirdə başa düşülən tərzdə təqdim etmək lazımdır.Nobel mükafatının saytının strategiyası məhz belədir.

01.11.2013

Muzeyə virtual səyahət.

Bi-Bi-Si kanalının aparıcısı Devid Attenboro təbiət haqqında sənədli serialların müəllifidir.Yaşının az olmamasına baxmayaraq o bizi təəccübləndirməyə davam edir.Britaniya təbiət tarixi muzeyindəhər gün interaktiv filmlər nümayiş edilir.


64 yerlik kiik zalda Yer üzündə həyatın evolyusiyası haqqında  50 dəqiqəlik oyrədici film translyasiya edilir.
Daxil ol.
Burada əsas tamaşaçı məktəblilərdir.Onlar 3-d obyektləri tərpədə bilər,virtual təcrübələr keçirə bilər,qədimdəki varlıqların həyatını müşahidə edə bilər.
Bu muzeyin saytında Neandertal adamın 3d modelinə baxa bilər ,hətta onu veb-kamera və markerlərin köməyi ilə öz otağınızda görə bilərsiniz.
                                  Sayta daxil ol.
Sizlərə bu dünyaya xoş səyahət arzulayıram.




19.07.2013

Virtual səyahət-Oberammerqau .

Dünyanın maraqlı güşələri ilə tanışlığımızı davam edirik.Bu gün sizə təqdim etdiyim yeri özüm də çox görmək istərdim.
Oberammerqau -Almaniyada (Bovariyada) kommunadır.Əhalisi-  5228 nəfər ( 31.12.2010). Sahəsi- 30,06 km².Balaca şəhərcikdə demək olar ki bütün evlər freskalarla bəzədilib. 

08.07.2013

Sinqapurda nəhəng ağaclar parkı.


Dünyanın gəzməli görməli yeri çoxdur.Hər birinin özünəməxsusluğu var.Bir insan ömrü bunların hamısını gəzməyə mənə elə gəlr ki,yetməz.Lakin vizual olaraq da olsa bu gözəllikləri görməmək məncə günah olardı.Belə gözəlliklərdən biri də  bu günlərdə Sinqapurda açılan parkdı. «Gardens by the Bay» adlanan yerdə nəhəng ağaclar adamı lap valeh edir.101 hektar sahəni əhatə edən bir ərazidə  Britaniya   «Grant Associates» memarlıq firmasının mühəndisləri hündürlüyü 25-50 metrə çatan 18 ağac qurmuşlar.

07.07.2013

Antonio Qaudi.

Antonio Qaudi 1825-ci ildə anadan olub.Bu məhşur ispan memarının bir çox əsəri YUNESKO -nun Ümümdünya İrsinə daxil edilmişdir.Onun tikililərinin çoxu Barselonada yerləşir.Ən orijinalları ilə sizi tanış edirəm.



27.06.2013

Eylatda hökmdarlar şəhəri.

İzrailin cənubunda Akab körfəzinin sahilində Eylat şəhəri yerləşir.Buranın ən unikal və məhşur yeri isə "Hökmdarlar şəhəridir".Kings City 2005-ci ildı açılıb və sahəsi 3700 kv.m.Tikinti üçün 40 mln.dollar xərclənmişdir.Hər gün bu tikilini 4500 insan ziyarət edir. 
Hökmdarlar şəhəri 5 seksiyadan ibarətdir.Birinci seksiya "Keçmişə səyahət " adlanır.Burada keçmişə Misir fironlarının zamanına  səyahət etmək olar.

20.06.2013

Virtual səyahət-5.

Əziz səyahətsevərlər.Sizlərə daha bir səyahət saytı təqdim edirəm.Bu saytın köməyi ilə bir neçə ölkənin gəzməli-görməli yerlərini görəcəksiniz.Yenə də təsvirləri yaxınlaşdıra-uzaqlaşdıra bilərsiniz.Eləcə də oxların köməyi ilə təsviri 360 dərəcə fırlada bilərsiniz.Xoş səyahətlər.


                        Səyahətə başla.



14.06.2013

Virtual səyahət.

Əziz səyahətsevərlər.Bu gün sizlərə daha bir səyahət saytı təqdim edirəm.Bu sayt vasitəsi ilə ABŞ və Taylanda virtual səyahət edə bilər buranın gözəllikləri ilə yaxından tanış ola bilərsiniz.Xoş səyahətlər.

   Səyahətə başla.