Показаны сообщения с ярлыком Tarixi günlər.. Показать все сообщения
Показаны сообщения с ярлыком Tarixi günlər.. Показать все сообщения
19.04.2020
28.03.2020
22.07.2015
Milli Mətbuatın 140 illiyi
Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 140 il keçir.
Azərbaycan ictimai həyatının ən mühüm hadisələrindən biri olan Milli Mətbuatın formalaşması XIX əsrin ortalarına təsadüf edir.
1832-ci ildə "Tiflis əxbarı" qəzeti və 1845-ci ildə "Zaqafqazski vestnik" qəzetinə "Qafqazın bu tərəfinin xəbəri" adlı Azərbaycan dilində buraxılan əlavə, Milli Mətbuatın yaradılması istiqamətində atılmış ilk addımlardandır. Bu nəşrlər rəsmi bülleten xarakteri daşıdığından onlar hələ qəzet adlandırıla bilməzdi.
Bakı 1800-ci illər |
21.02.2015
Kürdəmir 1 saylı orta məktəbdə "Beynəlxalq Ana dili günü" qeyd edildi.
20 fevral 2015-ci ildə məktəbimizin akt zalında "Beynəlxalq Ana dili günü"-nə həsr edilmiş Ədəbi-bədii gecə keçirildi.Tədbiri məktəbimizin filoloqu İsmiyeva səadət müəllimə hazırlamışdı.Tədbirin hazırlanmasında 7-11 sinif şagirdləri iştirak etmişdi.Tədbirdə Rayon İcra Hakimiyyətindən və şəhərimizim 2,3,5,6 saylı məktəblərindən qonaqlar iştirak edirdi.Tədbir öz rəngarəngliyi ilə fərqlənirdi.Tədbirdə doğma dilimizə həsr edilən şeirlər,mahnılar səsləndi,maraqlı rəqslər ifa edildi.Bütün tamaşaçılar adından tədbirin hazırlanması üçün İsmiyeva Səadət müəlliməyə,MDHM Məmmədov Rəfael müəllimə,məktəbin direktoru Nəsirov Vüqar müəllimə və 7 a,8 d,9 s,6 s,1 b sinif şagirdlərinə təşəkkür edirik.
01.01.2015
09.11.2014
Bayraq günü.
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.
Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.
Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.
14.06.2014
Kürdəmirdə Milli Qurtuluş Günü qeyd edildi
Ulu Öndər Heydər Əliyevin şah əsəri olan, dünya dövlətləri arasında nüfuzu getdikcə artan, Prezident İlham Əliyevin düzgün daxili və xarici siyasəti sayəsində günbəgün inkişaf edən Azərbaycan Respublikasının hər yerində olduğu kimi, Kürdəmirdə də 15 İyun – Milli Qurtuluş Günü böyük sevinc və təntənə ilə qeyd olunmuşdur.
İyunun 14-də rayonun “Heydər Əliyev” parkında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə geniş bayram konserti təşkil edilmişdir.
İyunun 14-də rayonun “Heydər Əliyev” parkında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə geniş bayram konserti təşkil edilmişdir.
09.05.2014
Qələbə günündə qələbə arzusu.
Mayın 9-da rayonun Qələbə parkında alman faşizmi üzərində qələbənin 69-cu ildönümü münasibətilə 1941-45-ci illərdə Böyük Vətən Müharibəsində iştirak etmiş kürdəmirli veteranlarla birgə ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdə rayon rəhbərliyi,müharibə veteranları,hüquq-mühafizə orqanlarının , idarə , müəssisə və təşkilatların rəhbərləri ,pedaqoji kollektivlər, mədəniyyət və səhiyyə işçiləri,ümumtəhsil məktəblərinin şagirdləri Böyük Vətən Müharibəsində həlak olmuş kürdəmirlilərin xatirə abidəsi kompleksi önünə topalaşmışlar.
19.03.2014
Kürdəmirdə Novruz şənliyi
Həyatın,təbiətin,torpağın,ruhun oyanışı olan bahar fəsli,Novruz bayramı hər gəlişi ilə insanlara sevinc,fərəh bəxş edir.Kürdəmir rayonun sakinləridə yurdumuza qədəm qoyan baharın,qədim Novruzun xoş ovqatı ilə yaşayırlar.Bu münasibətlə martın 18-də rayonun Heydər Əliyev Parkında Kürdəmir rayon İcra Hakimiyyətinin rəhbərliyi altında keçirilmiş Novruz şənliyi bunu bir daha təsdiq etmişdir.El şənliyində rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri,idarə,müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyəti nümayəndələri, ağsaqqallar və ziyalılar,məktəblilər,gənclər, eləcədə rayonda məskunlaşmış məcburi köckün və qaçqınlar iştirak etmişlər.
08.03.2014
8 Mart qadınlar gününüz mübarək!!!
8 Mart — qadın və gözəllik bayramı kimi qeyd olunurLakin tarixə nəzər salsaq görərik ki, bu bayram heç də romantik hadisələr nəticəsində yaranmayıb. Həmçinin «qadın bayramı»nın qeyd olunması daha qədim tarixə malikdir desək, yanılmarıq. Gəlin, birlikdə bu tarixə nəzər salaq.
Bəzi şeylər sevilir çünki onlar dəyərlidir, bəziləri də var ki, dəyərlidir çünki onlar sevilir. Qadınlar hər ikisinə layiqdir.Bu gün qadınların səbirsizliklə gözlədikləri günlərdən biridir.Bu gün yalnız xanımlara məxsusdur. 8 Mart beynəlxalq qadınlar günü münasibəti ilə hər bir qadını yaşından asılı olmayaraq təbrik edirik, qoy hər zaman həyatınız sevgi ilə dolu olsun.

25.02.2014
Kürdəmirdə Xocalı faciəsinin qurbanları yad edilir
Fevralın 25-də rayonun Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin iyirimi ikinci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdən öncə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev rayonda müvəqqəti məskunlaşmış Xocalı sakinlərini qəbul etmiş, onların qayğı və problemləri ilə maraqlanmış və onlara maddi yardımlar göstərilməsi təmin olunmuşdur.
Sonra tədbir iştirakçıları Mərkəzin Sərgi salonunda təşkil edilmiş “ Xocalı soyqırımı uşaqların gözü ilə” mövzusunda rəsmlərə, əl işlərinə və kitablardan ibarət sərgiylə tanış olumuşlar.
Tədbirin açlışında Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və faciə haqqında video-çarx izlənilmişdir.
Tədbirdə “Xocalı faciəsi Azərbaycan tarixinin ən qanlı səhifəsidir”mövzusunda rayon Təhsil şöbəsinin müdir müavini Əsgər Hüseynov, “Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir” mövzusunda şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Gülbəniz İbrahimova,”Xocalı faciəsi XX əsrin ən dəhşətli hadisələrindəndir” mövzusunda şəhər 3 saylı tam orta məktəbin müəllimi Xəyalə Veyisova,habelə rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Vaqif Alıyev bu qanlı faciə ilə əlaqədar ətraflı məlumatlar vermişlər.
Xocalı sakini Elmar Şahverənov çıxış edərək tədbirin hazırlanmasında əməyi keçən hər bir şəxsə,məktəblilərə və onlara hər zaman qayğı ilə yanaşan kürdəmirlilərə öz minətdarlıqlarını bildirmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev çıxış edərək Xocalı faciəsinin törədilməsi səbəblərindən ,tarixən ermənilərin azərbaycanlılara və türklərə qarşı törətmiş olduqları soyqırıma Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə siyasi qiymət verdiyindən, eləcədə ölkə başçısı cənab İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasətdən ətraflı sohbət açmışdır.
11.11.2013
Azərbaycan Respublikasının Konstitusiya günü
Azərbaycan Respublikasının Konstitusiya günü — Azərbaycan Respublikasının əsas qanununun - Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gün. Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir. Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi.
Konstitusiya –(lat. constitutio — "quruluş") — ölkənin əsas sənədi, dövlətin ali hüquqi qüvvəyə malik hüquqi-normativ aktı, dövlətin siyasi, hüquqi və iqtisadi əsaslarını və vətəndaşın hüquqi statusunu müəyyən edir.

16.09.2013
Bu gün Azərbaycanda Bilik Günüdür.
Bu gün Azərbaycanda yeni dərs ili başlayır. Sentyabrın 15-i bazar gününə təsadüf etdiyi üçün, yeni tədris ilinin ilk dərs günü sentyabrın 16-na təsadüf edir.
Yeni dərs iliniz mübarək əziz şagirdlər,hörmətli müəllimlər!Yeni dərs ilinə məktəbimiz 2012-2013 ilin ən yaxşı ümumtəhsil məktəblərindən biri kimi qədəm qoydu.Arzu edirəm ki,bu uğurlar silsilə ilə davam etdirilsin.Həm müəllimlərimiz,həm də şagirdlərimiz məktəbimizi öz uğurları ilə sevindirsin.Bu yeni dərs ilində sizlərə yeni-yeni nailiyyətlər arzulayıram.

08.08.2013
Ramazan bayramınız mübarək!
Müsəlman aləminin ən müqəddəs bayramlarından biri olan Ramazan bayramı bu il də öz gözəlliyi və bərəkəti ilə xalqımıza öz sirrlərini ərməğan etdi. Uzun və isti yay günlərinə təsadüf edən bu gözəl günlər, çox-çox insanların ruhlarını saflaşdıraraq, Allah qarşısında borclarını verməyə, günahlarından azad olmağa kömək etdi. Bu uzun və isti yay günlərində günün böyük hissəsini ac, susuz və orucluğun tələb etdiyi bir çox məhrumiyyətləri insana yaşatdıqca, çətin günlərin və çətinlikdə yaşayanların hisslərini hamıya duyurdu. Uzaqda, başqa məhrumiyyətlərlə həyat sürənlərin hisslərini yaşatdı. Bundan tərbiyəvi əhəmiyyət dərk edərək, insanları başa sala bildi ki, pis əməllərdən çəkinsinlər ki, hansı məhrumiyyətlərin onları gözlədiyini anlasınlar. Daha neçə-neçə sirlərini açdı bəşər övladına. Sonda isə nemətləri düzdü onların qarşısına.
Bütün Azərbaycan xalqını və bütün müsəlman dünyasını bu müqəddəs bayram münasibəti ilə təbrik edir, onlara can sağlığı, uzun ömür və firavan yaşayış arzu edirik. Allah bu müqəddəs bayramınızı mübarək eləsin!

14.07.2013
30.06.2013
Xronologiya.
Tarixi sənədlərin və hadisələrin müasir xronoloji sistemi o dərəcədə ənənəvi xarakter alıb ki, çox zaman tarixdə müxtəlif zaman sistemlərinin olması haqqında məlumat unudulur. Müasir dövrümüzdən və 400-500 il əvvəldən danışarkən, biz zamandan əvvəl «bizim eramız», min il əvvəldən danışarkən isə «eramızdan əvvəl» ifadəsini işlədirik. Lakin “bizim padşahın ilində” ifadəsini heç cür təqvimdə yerləşdirə bilmir, uzun axtarışlar və hesablamalardan sonra bu padşahın ilini təqvimlə müəyyən edə bilirik.Xristian təqvimindən əvvəl işlədilən Yuli Sezarın təqvimi qərb dünyasında işlədilən ən uzunömürlü təqvim sayılır.Xristian təqviminin hesablanması xristian-monax Dionisiy tərəfindən həyata keçirilmişdir. İsa Məsihin doğum ilini Romanın əsasının qoyulmasından sonra 754-cü ildən götürən Dionisinin sistemi ilk dəfə İtaliyada, sonra isə Fransa və Almaniyada istifadə olunmağa başlandı.Mənbələrin yaranma tarixinin müəyyənləşdirilməsinin mürəkkəbliyi ilk növbədə müxtəlif region və ölkələrin müxtəlif astronomik hesablama metodlarından və təqvim sistemlərindən istifadə etməsi idi. Məhz buna görə tarix elmində xronoliji sistemlərin öyrənilməsi və bir sistemdən digərinə keçidin hesablanması tədqiqatçılar üçün əhəmiyyət kəsb edən əməliyyatdır.
14.06.2013
Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?
Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur.
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən rk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır - Heydər Əliyev.

01.06.2013
Bu gün-2 iyun-dünyada.
455 - Vandallar Romaya hücum edib, şəhəri iki həftə taladılar.
1475 - Gedik Ahmet Paşa başçılığındakı Türk orduları, Kırım yarımadası sahillərinə çıxdı.
1793 - Fransada Maksimillian Robespierre başçılığıyla Yakobinlər hakimiyyətə gəldilər.
1865 - Amerika Vətəndaş Muharibəsi başa çatdı.
1896 - Guglielmo Markoni Radio ixtirasını səbtə yetirdi.
1924 - Amerika Birləşmiş Ştatları Konqresi, ölkədə doğmuş bütün Amerikan yerlilərinə səs vermə haqqını qəbul etdi. 1948-ə qədər əyalətlərdə yerlilərə səs vermə haqqlarından istifadə edə bilmədilər.
1935 - Türkiyədə ilk dəfə bazar günü rəsmi tətil günü hesab olunmağa başlandı.
1941 - Türk Cəza qanununun 526-cı maddəsində edilən deyişikliklərdə ərəb dilində azan və namaz oxuyanlara cəza nəzərdə tutuldu.
1946 - Referendum nəticəsində İtaliyada monarxiya devrildi, ölkə İtaliya Respublikası elan edildi. İtaliya kralı Humbert II sürgün edildi.
1953 - İngiltərə kraliçası Elizabet (Elizabeth) taxta çıxdı.
1964 - Demokratik, laiyk və beynəlxalq bir Fələstin dövləti qurmağı qarşısına qoymuş və müxtəlif milli təşkilatları öz ətrafında toplayan Fələstin Qurtuluş Cəbhəsi quruldu. Yasir Ərəfat, 3 Fevral 1968-də cəbhənin başçısı seçildi.
1992 - Danimarkada referendum keçirildi. Avropa Birliyinin əsaslarını bildirən Mastrixt (Maastricht) Anlaşması rədd edildi.

Подписаться на:
Сообщения
(
Atom
)