Показаны сообщения с ярлыком Heydər Əliyev.. Показать все сообщения
Показаны сообщения с ярлыком Heydər Əliyev.. Показать все сообщения

14.06.2014

Kürdəmirdə Milli Qurtuluş Günü qeyd edildi

Ulu Öndər Heydər Əliyevin şah əsəri olan, dünya dövlətləri arasında nüfuzu getdikcə artan, Prezident İlham Əliyevin düzgün daxili və xarici siyasəti sayəsində günbəgün inkişaf edən Azərbaycan Respublikasının hər yerində olduğu kimi, Kürdəmirdə də 15 İyun – Milli Qurtuluş Günü böyük sevinc və təntənə ilə qeyd olunmuşdur.
İyunun 14-də rayonun “Heydər Əliyev” parkında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə geniş bayram konserti təşkil edilmişdir.

07.05.2014

Kürdəmirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə möhtəşəm konsert keçirildi



Mayın 6-da Kürdəmir şəhərinin mərkəzi meydanında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə rayon İcra Hakimiyyəti və Azad Azərbaycan Müstəqil Teleradio Yayım Şirkəti maraqlı konsert proqramı təşkil etmişlər.
Bayram konsertində rayon rəhbərliyi, Respublikamızın tanınmış incəsənət ustaları və rayon sakinləri iştirak etmişlər.
Rayon sakinlərinin coşğusu ilə qarşılanan konsert proqramında xalq artistləri Bilal Əliyev, Səməd Səmədov, əməkdar artistləri Mətanət İsgəndərli, Vasif Məhərrəmli, Teymur Əmrah, müğənnilər Elşad Qarayev, Rəvan Qarayev, Günay İbrahimli və digər mədəniyyət xadimləri çıxış edərək kürdəmirliləri bayram münasibətilə təbrik ediblər.
Konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatmışdır.

Kürdəmirdə Gül bayramı qeyd olundu


Mayın 6-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə rayonun Heydər Əliyev Parkında keçirilən Gül bayramında Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov ,rayonun hüquq-mühafizə orqanlarının, idarə ,müəssisə və təşkilatların rəhbərləri ,pedaqoji kollektivlər, mədəniyyət və səhiyyə işçiləri,ümumtəhsil məktəblərinin şagirdləri , rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bayram iştirakçılarını salamladı,onları bu əlamətdar gün münasibətilə təbrik etdi və dahi rəhbər,Ümummilli lider Heydər Əliyev ideyalarının həyata keçirilməsi yolunda onlara uğurlar arzuladı.
Bu fərəhli günlərdə diqqəti cəlb edən bir məqamda odur ki, Gül bayramı regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar Kürdəmirdə aparılan yeni quruculuq ,tikinti-abadlıq işlərinin fonunda daha əzəmətli,daha cazibədar görünürdü.

07.08.2013

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Kürdəmir rayonuna səfərə gəlmişdir


Dövlət Başçısı əvvəlcə Kürdəmir şəhərinin mərkəzindəki Heydər Parkında xalqımızın Ümummilli Liderinin abidəsi önünə gül dəstəsi qoydu.

Rayon icra hakimiyyətinin başçısı İrşad Əliyev Azərbaycan Prezidentinə Heydər Parkında və Ulu Öndərin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.


Bildirildi ki, parkda iki fəvvarə kompleksi yaradılmış, şəlalə inşa olunmuş, 300 yerlik yay kinoteatrı, avtokartinq, uşaq əyləncə mərkəzi, mağaza, ana və uşaq kafesi tikilmiş, karusel quraşdırılmışdır. Burada Gənclər Mərkəzi də fəaliyyət göstərir.



11.05.2013

Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi Kürdəmirdə təntənə ilə qeyd olundu


Kürdəmir rayonunda 2013-cü il 10 may tarixdə Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi böyük təntənə ilə qeyd edildi.
Aprel ayının ikinci yarısından başlanan tədbirlər silsiləsi Ulu Öndərin abidəsinin ümumxalq ziyarəti ilə yekunlaşdı.
Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri, pedaqoji kollektivlər, minlərlə kürdəmirli dünya şöhrətli Azərbaycanlı, böyük dövlət xadimi, Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevə tükənməz ehtiramını bildirmək üçün onun möhtəşəm abidəsi önünə gəldilər.
İcra Başçısı İrşad Əliyev Ulu Öndərin abidəsi önünə əklil qoyandan sonra abidənin ümumxalq ziyarəti başlandı.
Sonra tədbir şəhərin mərkəzi meydanında konsert proqramı ilə davam etdi. Konsertdə Azərbaycan Dövlət “Muğam” teatrının kollektivi maraqlı proqramlarla çıxış etdilər. Tədbirdə Respublikanın Əməkdar artistləri Əsgər Əhmədov, Zeynəb Behbudova,Elza Qaybalıyeva,Vəsilə İbrahimova,Ədilə Əflaki və digər ifaçılar rəngarəng konsert proqramları ilə çıxış etdilər.
Tədbir möhtəşəm atəşfəşanlıqla başa çatdı.

10.05.2013

Kürdəmirdə gül bayramı-biz yenə qalibik.



Bu gün Azərbaycanda 10 May Gül bayramıdır. Bu bayram Kürdəmirdə də möhtəşəm qeyd olundu.Ümumşəhər gül bayramı Heydər Əliyev adına parkda  təşkil olunmuşdu. Hər bir bağça və məktəb gül bayramı üçün maraqlı ekspozisiya hazırlamışdı.Müəllim və tələbələr digər müəssisə və təşkilatların hazırladıqları kompozisiyalarla da tanış oldular, fikir mübadiləsi apardılar.Aparılan müsabiqədə bu il də bizim məktəb birinci yeri tutaraq mükafat qazandı. Məktəb kollektivimizi ürəkdən təbrik edirik.





06.05.2013

“Gənc Heydərçilər Mədəniyyət və istirahət parkı”nda Kitab bayramı keçirildi

Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Kürdəmir rayonunun “Gənc Heydərçilər Mədəniyyət və istirahət parkı”nda Kitab bayramı keçirildi.
Kitab bayramında Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Əbülfət Mikayılov,YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli,Kürdəmir rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Vaqif Alıyev başda olmaqla 2000 nəfərə yaxın təhsil,səhiyyə və mədəniyyət işçiləri iştirak edirdilər.
Bayram iştirakçıları nümayiş olunan “Heydər Əliyev - 90”, “Heydər Əliyev və dövlət quruculuğu”, “Müstəqilliyimiz əbədidir”, “Müqəddəs qayıdış”, “Dünya şöhrətli siyasətçi”, “Əsrin müqaviləsinə gedən yol”, “Nəsillərə örnək şəxsiyyət”, “Heydər Əliyev yolu ilə”, “Müqəddəs ailə”, “Heydər Əliyev və mədəniyyət”, “Heydər Əliyev və milli mənəvi dəyərlər”, “Zərifə Əliyeva – 90” , “Rayonumuzun ziyalıları”, “Qarabağım qan yaddaşım”, və sair sərgilərə tanış oldular.
Sərgidə həmçinin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bu il yubileyləri keçiriləcək görkəmli şəxsiyyətlərin əsərlərindən ibarət müxtəlif başlıqlar altında 2500 – dən çox ədəbiyyat nümayiş etdirildi. Tədbiri giriş sözü ilə Kürdəmir rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vaqif Alıyev açdı. O, qeyd etdi ki, bu günkü bayram sirlərlə dolu xəzinəyə - kitaba həsr olunur. Kitab bəşəriyətin tərəqqisinin ən böyük vasitələrindən biridir. Siyasi mübarizənin ən güclü silahı insanlığın topladığı bütün biliklər məcmuəsini mənimsətmək üçün ən qiymətli mənbədir.
Sonra Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Əbülfət Mikayılov çıxış edərək rayon İcra Hakimiyyətinin Başçısı cənab İrşad Əliyevin adından Kitab bayramı və Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik etdi və onları kitabla dost olmağa çağırdı. Çıxış üçün söz uzun illər kitabxana sisteminin inkişafında böyük xidmətləri olan MKS – nin direktoru Şahalı Şıxəliyevə verildi. Şahalı müəllim qeyd etdi ki, Ulu öndər kitabxananı məbədgah adlandırmışdır. Sizləri bu məbədgaha dəvət edirəm. Cünki, elmə, biliyə yol məhz bu məbədgahda yerləşən kitablardan gedir. Kitabxanamız Azərbaycan dövlətçiliyinin milli ideologiyanın, azərbyacançılığın təbliğat mərkəzi kimi ümummilli liderimiz Heydər Əliyevin zəngin irsinin toplanıb saxlanmasında və təbliğində mühüm rola malikdir. Bayramda rayon üzrə ilin ən fəal oxucuları müəyyən edildi. Bu Qəhrəmanova Ofelya Ramiz qızı, Hidayətova Şəlalə İkram qızı, Səfərli Leyla Salman qızı idi. İlin ən yaxşı kitabxanaçısı nominasiyası üzrə kitabxanaçı - Nəsirov Yaşar Böyükkişi oğlu oldu. Onlar Kürdəmir rayon Mədəniyyət və Turizm Şöbəsinin fəxri fərmanı ilə təltif olundular və hədiyyələrlə mükafatlandırıldılar. Kitab bayramında Kürdəmir rayon uşaq incəsənət məktəbinin şagirdləri və rayonda fəaliyyət göstərən musiqi kollektivlərinin iştirakı ilə təqdim edilən musiqi nömrələri, Ulu öndər Heydər Əliyevə həsr edilmiş ədəbi kompozisiya və intellektual oyunlar tədbiri daha da rəngarəng etdi. Sonda aparıcı tədbiri yekunlaşdıraraq tədbir iştirakçılarını Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə təşkil edilmiş kitab sərgisinə baxmağa dəvət etdi.

03.05.2013

Kürdəmir rayonunda ”Vətənim Azərbaycan” milli intelektual bilik yarışması keçirildi və biz qalib gəldik.


Kürdəmir rayon İcra Hakimiyyəti və Gənclər və İdman idarəsi 01 may 2013-cü il tarixdə Kürdəmir rayon “Gənclər Evi”ndə rayonun ümumtəhsil məktəbləri arasında Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Vətənim Azərbaycan” milli intelektual bilik yarışması keçirdi.
 Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar işlər üzrə müavini Əbulfət Mikayilov iştirak etmiş və yarış işitirakçılarına uğurlar arzulamışdir. O,öz çıxışında Ulu Öndər Heydər Əliyevin gənclərə daim olan diqqət və qayğısından söz açaraq Azərbaycan gənclərinin formalaşmasında, yetişdirilməsində Ulu öndərin misilsiz xidmətlərini qeyd etdi.Bu siayasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini və məhz aparılan uğurlu siyasətin nəticəsi olaraq bu gün Azərbaycan gəncləri uğurlu naliyyətlər əldə etmişlər.
 Tədbirdə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda video çarx numayış olundu.Yarışda rayonun 12 ümumtəhsil məktəbinin( şəhər 1; şəhər 2; şəhər 3; şəhər 4; şəhər 5; şəhər6; Yenikənd; Topalhəsənli; Dəyirmanlı; Mürtülü; Atakişili; Köhnəbazar) komandaları iştirak etmişdir. Yarışın yekun nəticəsinə görə

I yer- şəhər-1 saylı tam orta məktəb:
II yer - şəhər-6 saylı tam orta məktəb:
III yer- Topalhəsənli kənd tam orta məktəbi
layiq görüldü.
Komandamızın üzvlərini-Nurlan,Amid,Samir,Loğman və Kamranı təbrik edirik və yeni uğurlar arzulayırıq.



"Heydər Liyev -90" tədbirdən fotosessiya.

Bu gün rayonumuzda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illk yubleyinə həsr olunmuş tədbir keçirildi.Tədbirdə məktəbimizin şagirdləri bu tədbirdə yaxından iştirak etmiş və tarixi-bədii kompozisiya nümayiş etdilər.Qasımova Aytac,Şıxaliyeva Aytac,Bağırova Cəmilə ,İsmiyeva Nərgiz,Ağarəhimova Almaz,Cəmilə,Məmmədov İsmayıl,Rüstəmova Səbinə,Nərmin tədbirdə Azərbaycan dövlətçiliyinin tarixi haqqında çox maraqlı çıxış nümayış etdirdilər.Bütün məktəb kollektvi adından onlara təşəkkür edirəm.







Heydər Əliyev Tarixin Azərbaycan Xalqına Ən Böyük Tövhəsidir.


XX əsrin II yarısı-XXI əsrin əvvəlləri Azərbaycan tarxinin ən görkəmli siması Heydər Əliyevdir. O, hələ sovet dövlətinin mövcud olduğu illərdə Dövlət Təhlükəsizlik Komitəsində leytenantdan generaladək yüksəlmişdir. Azərbaycan rəhbərliyinin I dövründə respublika xalq təsərrüfatını və mədəni quruculuğunu əsaslı surətdə yaxşılaşdırmaq siyasətini həyata keçirirdi. H.Əliyevin Naxçıvan Muxtar Respublikasının sədri vəzifəsində çalışdığı illər bölgənin siyasi, sosial-iqtisadi, mədəni inkişafını çətin və əlamətdar dövrüdür. 1993-cü ildən Heydər Əliyevin Azərbaycan rəhbərliyinin II dövrü başlayır. Dövlətin daxili və xarici siyasəti milli maraqlara və uzaqgörən siyasi prespektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı. Azərbaycan tarixinə Heydər Əliyev görkəmli siyasi və dövlət xadimi, azərbaycanlıların ümumilli lideri, XX əsrdə yenidən müstəqillik qazanmış Azərbaycanın dövlətçiliyini və müstəqilliyini qoruyub saxlamış dövlət başçısı kimi daxil olmuşdur.

15.06.2012

Bu gün xalqımız Qurtuluş Gününü qeyd edir.



   Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur.
    Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır - Heydər Əliyev.