Показаны сообщения с ярлыком Kitablar.. Показать все сообщения
Показаны сообщения с ярлыком Kitablar.. Показать все сообщения

13.05.2014

İsgəndər bəy Münşi “Tarix-i alemarayi-Abbasi”


İsgəndər bəy Münşi 
“Tarix-i alemarayi-Abbasi” 
(Abbasın dünyanı bəzəyən tarixi)Kitab Səfəvi dövrünün ən məşhur müəlliflərindən biri olmuş və I Şah Abbasın sarayında xidmət etmiş görkəmli Azərbaycan tarixçisi İsgəndər bəy Münşi Türkmanın farsca yazdığı “Tarixi aləmara-yi Abbasi”(Abbasın dünyanı bəzəyən tarixi) adlı üç cildlik əsərin birinci cildinin Azərbaycan dilinə tam tərcüməsidir. Mənbənin bu cildi Səfəvi sülaləsinin əcdadları, Azərbaycan Səfəvi dövlətinin yaranması və inkişafı , ilk dörd Səfəvi şahının ( I İsmayıl, I Təhmasib, II İsmayıl və Məhəmməd Xudabəndə ) hakimiyyəti haqqında qiymətli məlumatlar verir və 1587-ci ildə , I Şah Abbasın hakimiyyətə gəlməsi ilə sona çatır. Vətənimizin, qonşu ölkələrin və bir sıra Yaxın və Orta Şərq ölkələrinin tarixini öyrənmək baxımında böyük əhəmiyyət kəsb edən yazdığı “Tarixi aləmara-yi Abbasi” ilk dəfədir ki, Azərbaycan dilində işıq üzü görür.


30.07.2013

“Atropatena dastanı”

Yazıçı Vahid Məmmədlinin “Atropatena dastanı” romanı Türkiyədə işıq üzü görüb. Əsəri Türkiyə türkcəsinə Fəthi Gədikli çevirib.Vahid Məmmədli hüquqşünasdır. Beynəlxalq cinayət hüququ üzrə fəlsəfə doktoru olan yazıçı “Tunc Allahın yükü”, “Cəllad tələsməyi sevmir”, “Heksogenli yol yoldaşı” bədii ədəbiyyat nümunələrinin müəllifi kimi tanınır. Əsərləri Rusiyada, İngiltərədə, Fransada, Avstriyada, Almaniyada, Hindistanda və dıgər ölkələrdə çap olunub.

«Şah arvadı və Cadugər»

Yazıçı-publisist, türkoloq alim Yunus Oğuzun daha bir romanı işıq üzü görüb.Romanda XVI əsrin tarixi hadisələrindən, I Şah Abbasın anası Xeyransa xanımdan söhbət açılır. Əsər tarixi faktlar, maraqlı hadisələrlə zəngindir. Romana «Ön söz»ü AMEA-nın müxbir üzvü, profes-sor, Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfə-rov yazıb. O, kitabı «ədəbiy-yatımıza şöhrət gətirə biləcək əsər» kimi qiymətləndirib.
 “«Təhmasib şah» və «Nadir şah» romanları ilə müqayisədə «Şah arvadı və Cadugər» romanında müəllif daha çox yazıçıdır.”Kitabın sonunda oxuculara yazıçının qələmə aldığı digər tarixi romanlar, kitablar haqqında bilgi verilib

Azərbaycanda qədim əlyazmalar

Azərbaycan ərazisində ilk kitabın XI əsrdə yazıldığı məlumdur. Orta əsrlərdə Azərbaycan ərazisində türk, ərəb və fars dillərində nəfis əlyazma nümunələrinin yaranması, dünyanın ən məşhur kitablarının ölkəyə gətirilməsi ilə milli kitab mədəniyyətimiz xeyli zənginləşmişdir. Mənbələr bu dövrdə Azərbaycan ərazisində 1 milyondan artıq əlyazma kitabının toplandığını göstərir.

21.06.2013

Ayna Uşaq Ensiklopediyası

Əziz şagirdlər!Yay tətillərini səmərəli keçirmək haqqında artıq danışılmışdı.İndi sizə yenə də yay təillərində oxumaq üçün kitabları təqdim edirəm.

18 kitabdan ibarət “Ayna Uşaq Ensiklopediyası” “Təhsil sektorunun inkişafı layihəsi” çərçivəsində kamil şəkildə, rəngli şəkillərlə, böyük tirajla yenidən nəşr etdirildi. Məktəb kitabxanalarına pulsuz paylanmış ensiklopediyanın hər cildi bir mövzuya həsr olunub. Kitab Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə nəşr edilmiş və məktəblərə pulsuz verilmişdir.


06.06.2013

SEVİNMƏYİN DÜŞMƏNLƏR, İNDİ ÜSTÜNÜZƏ TOPAL TEYMUR GƏLİR !

Alaçığın divarı boyu üzüyuxarı bir qarışqa özündən böyük yük daşıyırdı. Hərdən hamar yerə düşəndə ayağı sürüşür, bir az dayanıb sanki nəfəsini dərirdi, sonra yenə özünə həkk gəlirdi...
Teymur gözünü qarışqadan çəkmirdi. Sanki yaralarının ağrısını unutmuşdu. Əslinə qalsa, qolu daha ağrımırdı, daha doğrusu, sağ qolunu heç hiss etmirdi. Sağ ayağını tərpədəndə isə kəskin ağrıdan bağırmaq istəyirdi.

Yay tapşırıqları.


Əziz şagirdlər.Artıq sizin yay tətilləriniz başlayıb.Lakin yay tətillərini yalnız əylənərək keçirmək də düzgün olmazdı.Ona görə sizlərə yay tətillərində həm məktəb kitabxanalarında ,həm də ümumi kitabxanalarda olan tarixlə bağlı bir sıra kitabların adını təqdim edirəm.Bu kitabları yay tətillərində oxusanız gələn dərs ilində sizin üçün dərs materialını mənimsəmək asan olacaq.