Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 140 il keçir.
Azərbaycan ictimai həyatının ən mühüm hadisələrindən biri olan Milli Mətbuatın formalaşması XIX əsrin ortalarına təsadüf edir.
1832-ci ildə "Tiflis əxbarı" qəzeti və 1845-ci ildə "Zaqafqazski vestnik" qəzetinə "Qafqazın bu tərəfinin xəbəri" adlı Azərbaycan dilində buraxılan əlavə, Milli Mətbuatın yaradılması istiqamətində atılmış ilk addımlardandır. Bu nəşrlər rəsmi bülleten xarakteri daşıdığından onlar hələ qəzet adlandırıla bilməzdi.
Bakı 1800-ci illər |
Lakin Rus-Türk müharibəsi dövründə "türk-tatar" dilində nəşr edilən qəzetin arxa cəbhədə oxunmasından ehtiyat edərək Rusiya hökuməti 29 sentyabr 1877 il tarixində "Əkinçi"-nin rəsmi nəşrinin dayandırılması barədə fərman verib. Bu işdə "Əkinçi"nin mürəttidi erməni Minasovunnin donosları da öz işini gördü.
"Əkinçi" jurnalı |
İsmayıl bəy Qaspıralı, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov. Foto: "El" jurnalının 84-cü buraxılışı |
"Kəşkül" jurnalının birinci sayının 28-ci səhifəsi. 1883-cü il. |
Qəzet ətrafında formalaşmış yaradıcı heyət Azərbaycanda mətbuatın inkişafının yeni mərhələsinin başlanması üçün zəmin yaratdı. Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və nəşirliyi ilə 1906-cı il aprelin 7-də Tiflisdə həftəlik illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı - "Molla Nəsrəddin" işıq üzü gördü. Bu jurnal 1906-1918 –ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931 illərdə Bakıda nəşr edilib. Onun milli oyanış prosesinə xidmət edən haqq səsi Qafqazın hüdudlarını aşıb Rusiyada, Türk aləmində, bütün Yaxın və Orta Şərqdə eşidildi.
"Molla Nəsrəddin" jurnalının 18-ci buraxılışı |
Eyni zamanda Həsən bəy gənc müəllimlərə də diqqət yetirirdi. Ömrünün 60 ildən, çoxunu xalqın maarif və mədəniyyətinin yüksəlməsinə həsr etmiş müəllim Əlməmməd Mustafayevhaqqında kitabda Zərdabinin təhsil sahəsinə necə böyük əhəmiyyət verdiyi haqda yazılıb. Əlməmməd Mustafayev pedaqoji ixtisasa nail olsa da, öz doğma vətəni Şamaxıda işləməyə imkan tapmadıqdan 1906 ci ildə Bakı şəhərinə gəldi. Burada da daimi iş tapmaqda xeyli çətinliklərlə qarşılaşmışdı. Bu zaman Bakıda H.Zərdabinin rəhbərliyi altında müəlimlərin biliyini yoxlayan bir komissiya təşkil olunmuşdu. Ə.Mustafayev komissiya qarşısında müvəffəqiyyətlə imtahan verdi. Komissiyanın üzvləri xüsusi ilə H. Zərdabi Ə.Mustafayevin cavabından razı qalıb onun 7-ci rus-tatar məktəbinə ştat müəllimi təyin edilməsinə qərar verir. Zaman keçdikdə gənc müəllimin şagirdləri Cəfər Cabbarlı, gələcəyin akademiki Məmməd Dadaşzadə kimi yüzlərlə məşhur yazıçı, alim və digər peşə sahibləri olur.
XX əsrin böyük hissəsi Azərbaycanda sovet mətbuatının fəaliyyət göstərdiyi illərə təsadüf edir. Məhz bu illərdə qəzet və jurnalların şəbəkəsi genişlənir, mətbuat kütləvi informasiya vasitələrinin yeni növləri hesabına zənginləşdirilir. Mətbuat daha çox partiyalı, sinifi olsa da, vətənpərvər jurnalistlərimiz öz qələmlərini daim xalqın xidmətində işlədir və bu yolda bəzən təqiblərə də məruz qalır. Sovet hakimiyyəti illərində Azərbaycan mətbuatı kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də, o öz milli varlığını qoruyub saxlaya bilir.
Azərbaycan müstəqilliyini bərpa etməsi ilə ölkədə həyatın bir çox səhələrində olduğu kimi mətbuatın inkişafında da dönüş yarandı. Siyasi plüralizm və söz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirildi. Milli Mətbuatımızın əsl intibah dövrü Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra yaşanıb. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 6 avqust 1998-ci il tarixli fərmanı ilə respublikada senzura ləğv edilib. Ümummilli Lider tərəfindən müstəqil Azərbaycanda mətbuatın problemlərini əhatə edən 10-dan çox sərəncam və fərman imzalanır.
Öz növbəsində Prezident İlham Əliyevdə medianın cəmiyyətdəki mövqeyinin möhkəmlənməsinə xidmət edən bir sıra fərman və sərəncam imzalayıb.
20 iyul 2015-ci tarixdə Prezident İlham Əliyev kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında sərəncam verib.Təltif edilənlər sırasında ANS-in əməkdaşları da var.
Kecid:http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=356074