08.07.2013

Sinqapurda nəhəng ağaclar parkı.


Dünyanın gəzməli görməli yeri çoxdur.Hər birinin özünəməxsusluğu var.Bir insan ömrü bunların hamısını gəzməyə mənə elə gəlr ki,yetməz.Lakin vizual olaraq da olsa bu gözəllikləri görməmək məncə günah olardı.Belə gözəlliklərdən biri də  bu günlərdə Sinqapurda açılan parkdı. «Gardens by the Bay» adlanan yerdə nəhəng ağaclar adamı lap valeh edir.101 hektar sahəni əhatə edən bir ərazidə  Britaniya   «Grant Associates» memarlıq firmasının mühəndisləri hündürlüyü 25-50 metrə çatan 18 ağac qurmuşlar.

Siz bir bu ağacların gözəlliyinə baxın.Ağacların gövdələri poladdan düzəldilib. 11 ağacda günəş batareyası quraşdırılıb ki,onlar gecə-gündüz buranı işıqlandırır.Bu süni ağacalr həm də yağış suyunu yığmaq bacarığına da malikdirlər.Bu suyu sonra birkilərin suvarılmasına istifadə edilir.Bağa yuxarıdan baxmaq üçün eskalatorla qalxmaq,22 metrlik hündürlükdə salınan asma yolla getmək lazımdır. Burada çox gözəl mənzərə açılır:Tropik meşə , dünyanın hər bir yerindən gətirilən 220000 min növ  güllərdən hazırlanan kupol və Esplanade (Esplanade Theater) nəhəng teatr.Bu tetr 1600 nəfər üçün nəzərdə tutulan konsert zalı,2000 nəfərlik teatr və kitabxanadan ibarətdir.Teatr durian meyvəsi formasındadır. Eləcə də əyləncə mərkəzi olan Marina Bay Sands da nəzər nöqtəsindədir.Bu mərkəzdə açıq hovuz var və parkın yanındakı körfəcə açılan mənzərə.

Ağacların təpəsində isə mağaza və restoranlar yerləşir.