15.07.2013

Petra şəhəri-qədimdən hədiyyə.

Petra-Nəbati çarlığının paytaxtı və yaxşı qalmış gözəl qədim şəhərlərdən biridir.YUNESKOnun dünya irsinə daxil edilmişdir.Yunan dilindən tərcümədə Petra sözünün mənası qaya, daş deməkdir.Qədimdə Petra Yaxın Şərqlə Ərəbistan və Hindistanı birləşdirən.ticarət yolları üstündə yerləşirdi.Petranın qeyri-adiliyi bütün tikililərin qayada oyulmasıdır,buna görə də tikililərin rəngi qırmızı-cəhrayidir.



Tarixçilkər belə hesab edir ki,şəhəri burada e.ə. 3 mnl məskunlaşan nəbatilər -ərəb köçəri tayfaları-  tikmişdir.Xarici görkəmi ilə Petra yunan-roma mədəniyyətini xatırladır.Tezliklə isə şəhər alınmaz şəhər-qalaya çevrilmişdir.

İndi Petra Yordaniyanın ən məşhur özəlliklərindən biridir.Ammandan 262 km cənuba,Əkabdan 133 km şimalda yerləşir.Qədim şəhər bədəvilərin mülkiyyəti hesab edilir.Burada bədəvilər suvenir hazırlayır və satır,həm də atlarla və dəvələrlə səyahət təkilf edirlər.


Petranın yerləşdiyi yer özü də təəccüblüdür,dağlar günün vüxtından asılı olaraq rəngini tünd-qırmızıdan cəhrayiyə və narıncıya dəyişir. 
Qədim şəhərə getmək elə də asan deyil-siz  qayaların arasından piyada bir neçə km getməli olacaqsınız.Yol boyu siz Petraya çəkilən su kəmərini görəcəksiniz  


Qayanın aşagisindan 2 qaya açılır və ən gözəl və nəhəng imarıt olan Əl-Xəznə açılır.Bu təmtərahlı saray qayada yonulub və hündürlüyü 42 km -dir. 
Yəhudilər idia edir ki,bu şəhər onlara "Allahın hədiyyəsi kimi tikilmişdir.Əvvəlcə Petra 4 qorunan mağaradan ibarət idi,bir müddətdən sonra isə şəhərə çevrildi.Şəhər bir müddət çiçəkləndi,lakin ərəblərin gəlişindən sonra Petra zəiflədi,zəlzələ isə tənəzzülünə son nöqtəni qoydu.
Petra şəhəri 1812-ci ilə qədər avropalılar nəzərindən gizlədilmişdir.Şəhər isveçrə səyahətçisinin bura gəlişindən sonra aşkar edilib.

http://ipola.ru/post283613869/