12.04.2016

İŞĞALÇI ermənistanı bütün dünyada ifşa etmək üçün SƏS VERİN!

İŞĞALÇI ermənistanı bütün dünyada ifşa etmək üçün SƏS VERİN! Aşağıdakı linkdən istifadə edərək: https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe


Obama Administrasiyasına ünvanlanan “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması Naminə” petisiyanın (müraciətin) imzalanması ilə bağlı
    YADDAŞ
1. Petisiya  ABŞ Prezidenti Administrasiyasının saytında 06 aprel 2016-cı il tarixindən yerləşdirilib və imzalanmaq üçün açıqdır.
2. Səsvermənin müddəti cəmi 30 gündür (05 may 2016-cı il tarixinədək).
3. Səsvermədə 13 yaşdan yuxarı hər bir kəs iştirak edə bilər.
4. Petisiyanın imzalanması internet vasitəsi ilə həyata keçirilir. Səsvermədə iştirak etmək üçün səs verənlərin elektron poçt ünvanının (email) olması vacibdir.
Petisiyanın imzalanmasında iştirak edəcək şəxsin elektron poçt ünvanı (email) yeni yaradılıbsa, səsverməyədək həmin ünvandan istənilən digər ünvanlarla bir neçə yazışma həyata keçirilməlidir. Bununla da ABŞ Prezidenti Administrasiyası tərəfindən elektron ünvanların (email) süni şəkildə yalnız petisiyanın imzalanması üçün yaradılması iradlarının və petisiyanın ləğvi kimi xoşagəlməz nəticələrin qarşısını almaq mümkün olacaq.
5. Bir  elektron  qurğudan  (kompüter, mobil telefon, planşet və s.) yalnız bir səs verilə bilər!

6. Petisiyanı imzalamaq üçün:
6.1. İstənilən brauzerdən (İnternet Explorer, Google Chrome, Opera və s.) istifadə oluna bilər.
6.2. Brauzerin yuxarı hissəsindəki elektron ünvan yerində petisiyanın linki (https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe) yazılmalı və "Enter" düyməsi basılmalıdır.
Petisiyanın linki paylanılan çap materiallarında da (vərəqələr, plakatlar) göstərilib.
6.3. Açılmış səhifənin sol tərəfində ingilis dilində petisiyanın mətni, aşağı hissəsində verilən səslərin sayğacı, sağ tərəfində isə "Add your name" adlı səsvermə bölməsi yerləşir.
6.4. Səsvermə bölməsindəki xanalar doldurulmalıdır:
1-ci xana – First Name (səs verənin adı)
2-ci xana – Last Name (səs verənin soyadı)
3-cü xana – Email Address (səs verənin elektron poçt ünvanı (email)
4-cü xana – Zip Code (poçt indeksi, Kürdəmir şəhəri üzrə AZ 33 00). Bununla bağlı səs verənləri yaşadıqları ərazinin poçt indeksi barədə məlumatlandırmaq zəruridir.
6.5. Qeyd olunan xanaları doldurduqdan sonra “Sign now” yazılı düyməni klik edin (tıklayın).
6.6. Dərhal elektron poçtunuzu açın, çünki göstərdiyiniz elektron ünvanınıza (email-a) sayt tərəfindən səsinizi təsdiqləmək üçün məktub gələcəkdir.
6.7. Verdiyiniz səsi təsdiqləmək üçün gələn məktubda mütləq "Confirm....." yazılı linki (keçidi) klik edin (tıklayın).
6.8. Bundan sonra ekranda “Thank you...” cümləsi olan təşəkkür səhifəsi açılacaq. Deməli, verilən səs hesablanıb.
6.9. Bununla da səsvermə prosesi başa çatmış hesab olunur.
6.10. Hər bir səs verən sayt tərəfindən ona göndərilən “Thank you...” cümləsi olan təşəkkür səhifəsinin linkini (elektron ünvanı) brauzerin elektron ünvan yerindən kopyalayıb özünün elektron poçt ünvanından rayon üçün xüsusi açılmış elektron poçta (kurdemir.petisiya@gmail.com) göndərməlidir. Məktubun “Mövzu” sətirində səs verənin adı, soyadı, mətn yerində isə “Thank you...” cümləsi olan təşəkkür səhifəsinin linki (elektron ünvanı) verilməlidir.

Petisiyanın mətni
Biz Obama Administrasiyasına
Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə petisiya ilə müraciət edirik:
AŞPA-nın 2085 saylı qətnaməsində vurğulanan:
Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi faktını;
Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbini;
Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olduğunu;
Azərbaycanın  işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırki durumunun humanitar fəlakətlə nəticələnə biləcəyini;
ATƏT-in Minsk Qrupunun torpaqlarımızın işğaldan azad edilməsində heç bir nəticə əldə etmədiyini nəzərə alaraq,

Biz Administrasiyanı AŞPA-nın 2085 saylı qətnaməsini dəstəkləməyə, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım etməyə çağırırıq.