Dünyanın ən qorxulu məkanlarından sayılan Vinçesterlərin evi Kaliforniya ştatının San-Xose şəhərində yerləşir. Bura gələn turistlərin ardı-arası kəsilmir. Deyilənlərə görə, evin sahibəsi sağlığında qonaq qəbul etməyi qətiyyən sevməzdi. O, hətta vaxtilə prezident Ruzveltin onlara çay içməyə gəlmək istəyinə də məhəl qoymayıb. Sara Vinçestrin qeyri-adi evi ilə bağlı sirli məqamlar bu günə kimi tam açılmayıb.
Qızlıq soyadı Lokvud Pardi olan Sara 1854-cü ildə Vinçester tüfəngini kəşf etmiş Oliver Fişerin oğlunun həyat yoldaşıdır. Deyilənlərə görə, ABŞ-da vətəndaş müharibəsinin aqibəti məhz onun silahı sayəsində həll edilib. Nəticədə Vinçester qısa müddət ərzində çoxsaylı sifarişlər sayəsində böyük sərvət qazanıb. Vilyama ərə gedəndə Saranın 25 yaşı olub. Bir-birlərini sevib evlənmiş gənclər firavan həyat sürüblər. Amma onların səadəti uzun çəkməyib. Evləndikdən dörd il sonra qızları Enni dünyasını dəyişib. Sara bu bədbəxt hadisədən yalnız on il sonra özünə gələ bilib. Lakin bu dəfə də o, vərəm xəstəliyindən əziyyət çəkən ömür-gün yoldaşını itirib. 20 milyon dollarlıq mirasa sahib Sara gənc yaşında dul qalıb. Doğmalarının itkisi ilə heç cür barışa bilməyən çarəsiz Sara yardım üçün okkultistə müraciət edib. Ruhlarla ünsiyyətə girməyi bacaran həmin şəxs qadına ailəsinin lənətləndiyini söyləyir. Güya onun ərinin hazırladığı silahla qətlə yetirilmiş günahsız insanların ruhu bu yolla qisas alırlar. Ən dəhşətlisi isə okkulist qadına təcili yaşadığı şəhərdən köçüb ömrünün sonuna kimi inşasını davam etdirəcək evin planını hazırlamasa, onun da tezliklə öləcəyini söyləyib. Sara 1884-cü ildə San-Xosedə ev tikdirməyə başlayıb. O, inşaat işlərini həyatının son gününə kimi, yəni düz 38 il davam etdirib. İllər sonra ziyarətçilər üçün açıq elan edilən həmin evin qeyri-adi olması isə tezliklə ortaya çıxıb. Bura gələnlər otaqların qapılarının öz-özünə çırpılmasından, dəstəyinin tərpənməsindən və evdə ayaq səslərinin eşidilməsindən gileylənməyə başlayıblar. Hətta ruhların mövcudluğuna inanmayan turistlər belə evi gördükdən sonra dəhşətə gəlirlər.
160 ortaqdan ibarət evdə 47 buxari var. 1906-ci ildə zəlzələ zamanı 7 mərtəbəli binanın 3 mərtəbəsi uçub.
Bura gələnləri heyrətləndirən Saranın həyatı ilə bağlı danışılan maraqlı faktlardır. Söylənilənlərə görə, həyat yoldaşının ölümündən sonra Sarada bir sıra qəribəliklər hiss edilib. Evin layihəsini qadın özü hazırladığı üçün həmin qəribəliklər tikintidə də əksini tapıb. Döşəmədə pəncərənin olması, qapının arxasında divarın hörülməsi, buxarinin borusunun 1-ci mərtəbədən 4-cü mərtəbəydək uzanaraq otaqlardan birində bitməsi qeyri-adi haldır. Evin interyerində Saranın sevdiyi 13 rəqəmindən geniş istifadə edilib. Söhbət şamdanların 13 gözdən, nərdivanın 13 pillədən ibarət olmasından gedir. Otaqların hər birində 13 pəncərə var. Tavandakı panellərin və virtaj elementlərinin sayı da 13 ədəddir. Evdəki saatlar həmişə 13:13-ü göstərir. Sara ruhlarla əlaqəyə girmək üçün özünə xüsusi otaq ayırıb. Həmin otağın 3 girişi və bir çıxışı var. O, geyim asmaq üçün divara vurduğu asılqanların sayının da 13 olmasına diqqət yetirib. Bu günə kimi ayların cüməyə düşən 13-cü günü saat 13:00-da evin böyük saatın zəngi Sara Vinçesterin əziz xatirəsini yad etmək üçün 13 dəfə vurur.
Əslində belə bir qeyri-adi ev tikməklə Sara ruhları qorxutmağı düşünürmüş. O, ölümdən qaçmaq üçün otaqların qapılarının üzü divara açılmasını, pilləkənlərin isə tavana dirənməsini tapşırıb. Evin ensiz dəhlizi ilə hərəkət etmək çox çətindir. Yuxarı mərtəbələrin bəzi qapıları həyətdəki kolluğa açılır. Evə bələd olmayan qonaq digər qapılardan çıxanda aşağı mərtəbədəki mətbəxin su çanağına və ya döşəməyə bərkidilmiş pəncərənin üstünə düşür. Hamam otaqlarının əksəriyyətinin qapıları şaffafdır. Bu yolla qonşu otaqlarda baş verenləri asanlıqla müşahidə etmək mümkündür. Vinçesterlerin evi hazırda turistlərin ən çox ekskursiyaya gəldikləri yerdir. Giriş haqqı bir nəfər üçün 30 dollardır. Evi gəzən turistlər burada ayaq səslərinin eşidildiyini, qapıların öz-özünə açılıb-bağlandığını və bəzi otaqların temperaturunun qəfildən mənfiyə endiyini təsdiqləyirlər. Vinçesterlərin evinə ekstrasenslər də böyük maraq göstərirlər. Onlar həmin məkanda Vinçester tüfəngindən qətlə yetirilənlərin ruhlarının məskunlaşdığına inanırlar.
Sara Vinçester bəd qüvvələrdən qorunmaq üçün şəkil çəkdirməkən həmişə qorxub. Onun yeganə fotosunu evdə çalışan xidmətçisi gizlincə çəkib. Saranın həmin rəsimdən xəbərdar olub-olmaması isə kimsəyə məlum deyil.
http://bona-mente.az/az/index.php?newsid=507