21.12.2012

Qaraqoyunlu tayfa ittifaqının meydana gəlməsi



Məqaləni 8"s"sinfinin şagirdi  Yengibar Bəşirli hazırladı.


Oğuz türkləri Qaraqoyunlular. Qaraqoyunlu (Qaraca qoyunlu) tayfaları Yaxın və Orta Şərqin tarixində mühüm rol oynamışlar. Oğuz tayfalarından olan Qaraqoyunlulara baharlılar başçıliq edirdilər. Onların VII əsrdən Azərbaycanda yerləşməsi haqqında tarixi mənbələrdə məlumat vardır. Əvvəllər Van gölünün cənubunda məskən salmış Qaraqoyunlular  XIV əsrin 70-ci illərindən Ərzincanda, Sivasda ümumən şərqi anadolunun şimal-şərq torpaqlarında möhkəmlənib,  Ağqoyunlulara, Cəlairilərə və Teymurilərə qarşı mübarizə aparmışlar. Baharlı sülalaləsinin banisi Bayram Xoca olmuşdur. XIV əsrin 80-ci illərinin sonundan etibarən Cəlairilərlə mübarizədə bu tayfa birləşməsi bir qədər zəiflədi. Qaraqoyunlu tayfa ittifaqını birləşdirmək cəhdləri bir nəticə vermədi. Onun oğlu Qara Məhəmməd (1380-1389) Cəlairilərə mövcud ziddiyyəti aradan qaldırmaq məqsədi ilə Cəlairi hökmdarı Sultan Əhmədlə qohum oldu. Bu qohumluq hər iki tərəf arsında münasibətləri yaxşılaşmasına kömək etdi. Vəziyyətdən istifadə edən Qara Məhəmməd mərkəzi Van olmaqla Qaraqoyunlu tayfa ittifaqı hakimiyyətinin əsasını qoydu. Sonradan Azərbaycanda öz ağalığını  yaymağa çalışan Qara Məhəmməd bu qohumluğa əhəmiyyət vermədi və 1382-ci ilin sentyabrında böyük qoşunla Təbrizə hücum etdi. Şəhər ətrafında ciddi döyüşdə Qaraqoyunlu qüvvələri Cəlairi şahzadəsi Şeyx Əliyə qalib gəldi. 1384-cü ildə Qara Məhəmməd Mardin Hökümdarı Məcdıdin İsanın üzərinə yürüş etdi. Mardin hökümdarı müqavimət göstərmək istədi, lakin məğlub oldu və Qara Məhəmmədlə qohumluq münasibətləri yaratdı. Bununla da tərəflər arasında barışıq yarandı. 1385-ci ildə Qara Məhəmməd Mosul və Mardin arsındakı ərazinin sahibi olan Misir Xocanı qahirəyə göndərərək Sultan Berqoqdan Suriyaya köçməyə razılıq aldı. Qara Məhəmməd, eyni zamanda iki rəqiblə-Əmir Teymur və Ağqoyunlularla mübarizə aparmalı oldu. Bir az əvvəl Ağqoyunlular tərəfindən məğlub edilmiş Ərzincan hökümdarı Qara Məhəmməddən yardım alaraq onunla ittifaq yaratmış və Ağqoyunluları məğlubiyyətə uğratmışdılar. 1387-ci ilin baharında Teymur Naxçıvandan Qaraqoyunlular üzərinə hücuma keçdi. Qara Məhəmməd Çapaqçura gəldi və burada sərt keçidləri tutaraq Teymurun qüvvələrini darmadağın etdi. Qara Məhəmmədi ələ keçirə bilməyəcəyini görən Teymur Muş düzənliyindən çıxaraq burdakı oymaqları qarət etdi, Hilatı, Vanı ələ keçirib İrana döndü. 1388-ci ilin mayında Qaraqoyunlular Cəlairi əmrlərinin müqavimətini qıraraq Təbrizə daxil oldular. Qaynaqların məlumatına görə Qara Məhəmməd və oğlu Bayram 1389-cu ilin aprelində Qara Pir Həsən adlı digər Qaraqoyunlu əmiri tərəfindən qətlə yetirildi. Lakin Qara Pir Həsən mübarizəni davam etdirə bilmədi. Qara Məhəmmədin oğlu Qara Yusif atasının intiqamını almaq üçün 1392-ci ildə Pir Həsən bəylə döyüşə girdi. Döyüş Qara Yusifin qələbəsi ilə başa çatdı. O Təbrizə doğru irəlilədi və şəhəri tutdu lakin bir gündən sonra şəhərdən çıxdı. 1392-ci ildə Teymurilər Van şəhərini tutdular və qarət etdilər. Qara Yusif bu məğlubiyyətdən sonra Cəlairilərlə yaxınlaşdı, 1394-cü ildə Bağdad yaxınlığında Qaraqoyunlu və Cəlairilərin birləşmiş qüvvələri ilə Teymurilər arasında baş vermiş döyüş Teymurilərin qələbəsi ilə qurtardı. Göründüyü kimi XIV əsrin ikinci yarısında Azərbaycanın qərbində yaranmış Qaraqoyunlu tayfa ittifaqı diqqəti cəlb etsə də daxili quruluşuna görə möhkəm deyildi. Nəticədə tayfalar arasında mübarizələr ittifaqı zəiflədi və 1395-ci ildə bu ittifaq dağıldı. Lakin Qara Yusif tezliklə onu bərpa etdi və Teymur əleyhinə ittifaq yaratmaq məqsədi ilə Cəlairi Sultan Əhmədlə birlikdə Misirə getdi. Teymur Misir hakimindən dostların həbs edilməsini tələb etdi. Misir hakimi Teymura qarşı Qaraqoyunlu və Cəlairi qüvvələrindən istifadə etmək məqsədi ilə Teyurun təklifini rədd etdi. Ondan sonra taxtda oturan oğlu Sultan Fərəc (1399-1412) Teymurla münasibətləri pozmaq xatirinə müttəfiqləri Dəməşqdə həbsə aldı. Lakin Teymurun ölümünü eşidən kimi onları həbsdən azad etdi.

Mənbə: Azərbaycan Tarixi 8