Məqaləni 8"s" sinfinin şagirdi Bəşirov Oruc
hazırladı.
Qara Yusifin və Sultan Əhmədin Azərbaycana qayıtması: Tarixçi-salnaməçi Xandəmirin yazdığına görə, bir ilin birgə dustaqlığı Qara Yusifə Sultan Əhmədi yenidən barışığa gətirdi. Onlar əbədi dostluğa and içərək şərtləşdilər ki, azadlığa çıxdıqdan sonra Sultan Əhməd Bağdada, Qara Yusif isə Təbrizə yiyələnsin. Teymurun ölümündən sonra onların hər ikisi Azərbaycana qayıtdı. Qara Yusif yol boyu Misir sərhədlərindən Fərat çayının sahillərinə qədər ərazilərdə ayrı-ayrı feodal həmlələrini dəf etdi. Van ərazisində Hilat, Muş və Xunusun hakimi Məlik Şəmsəddin onunla ittifaqa girdi. Qara Yuif Şərqi Anadoluda və Azərbaycanın cənubunda məskunlaşan yarımköçmə kürd əmirlərini öz ətrafında birləşdirə bilmədi.
1406-cı ilin iyununda Sultan Əhməd və Qara Yusif Bağdadı ələ keçirdikdən sonra Azərbaycanın cənubuna doğru irəlilədilər. 1406-cı il iyulun sonunda Təbrizə yaxınlaşdılar. Sultan Əhməd şəhər yoxsullarını öz tərəfinə çəkməyə çalışdı. Qara Yusiflə Sultan Əhmədin bağlanmasından xəbəri olmayan Şirvanşah İbrahim Sultan Əhmədin İraqdan Azərbaycana yürüşünü qanuni hökümdarını dönüşü kimi qəbul etdi, << Məmləkət sahibsiz olduğundan xalq hər kəsin tamahından əzab çəkirdi. Gəldik, mühafizə etdik, indi məmləkətin ağası Təşrif edir, biz də öz evimizə gedəyin>> söyləyərək Uçandan Şirvana qayıtdı. Azərbaycanın cənubundakı feodal əyanları I İbrahimin nisbətən yaxşı silahlanmış qoşun hissəsinin təşkilinə kömək etsələr də, onların çoxu Azərbaycanın birləşdirilməsini istəmirdilər. Onlar xalqın əhvali-ruhiyyəsini nəzərə alıb, müqaviməti olaraq I İbrahimə sığınmışdılar. Həmin əmirlər Sultan Əhmədin və Qara Yusifin tərəfinə keçdilər. Təbrizdə möhkəmlənən Sultan Əhməd ilk növbədə Əlincə qalasının bərpa edilməsi barədə fərman verdi. Sultan vergilərin azaldılması və toplanması barədə təbrizlilərə verdiyi vədə əməl etmədi. Əksinə, daha da ciddi tədbirlər gördü. Ona görə də az sonra Teymuri Əbubəkr Mirzənin qonşu Təbrizə yaxınlaşanda, əhali Sultan Əhmədə kömək etmədi və o, yenidən Bağdada qaçdı. Lakin Əbubəkrin qoşunu Qara Yusifin qüvvələrinin öhdəsindən gələ bilmədi. 1406-cı ilin payızında Təbrizin yaxınlığındakı Şənbi-Qazanda birinci döyüşdə Qaraqoyunlu qüvvələri teymuriləri məğlub etdi. Əbubəkr üzərində bu ilk qələbə Qara Yusifin şöhrətini xeyli artırdı, onu sonrakı qələbələrə apardı. Əbubəkrin məğlubiyyəti atası Miranşaha ağır təsir etdi. Odur ki, 1408-ci il aprelin 21-də Sərdrud adlı yerdə Qara Yusifin qüvvələri ilə Teymurilər arasında ikinci döyüş oldu. Bu döyüş də Qaraqoyunluların qələbəsi ilə başa çatdı. Miranşah öldürüldü, Teymurilər təslim oldular. Beləliklə, Teymurilərin Azərbaycandan qovulmasında Qaraqoyunluların həlledici rolu oldu. Nəticədə Azərbaycanın cənub torpaqları onların hakimiyyəti altına keçdi. Qaraqoyunluların Təbrizi ələ keçirməsi və Qaraqoyunlu dövlətinin yaranması: Teymuri qoşunun Azərbaycandan çıxarılması, Qaraqoyunluların Azərbaycanın cənubunda möhkəmlənməsi Qara Yusiflə Sultan Əhməd arasındakı münasibətləri pozdu. Qara Yusifin siyasi və hərbi uğurları Sultan Əhmədi qorxuya saldı. O, Qara Yusiflə olan şərtini pozdu. Sultan Əhməd Qara Yusifin üzərinə hücuma keçməyə fürsət axtarırdı. Bu fürsət 1410-cu ilin yayında ələ düşdü. 1410-cu ilin yayında Sultan Əhməd Qara Yusifin əsas qüvvələrinin Ərizcana hücum edən Ağqoyunlu tayfa birliyinin başçısı Qara Yuluq Osmana və Amid qalasının hakiminə qarşı vuruşmasından istifadə edərək, Təbrizə hücuma keçdi və şəhəri tutdu. Şirvanşah I İbrahimin oğlu Kəyumərs də ona kömək edirdi. Bu, təbii idi. Çünki bu vaxt Cəlairilər zəif idilər, Şirvan üçün təhlükəli deyildilər. Şirvan qoşunu Sultan Əhmədi müdafiə etməklə Azərbaycanın cənub vilayətlərində möhkəmlənə bilərdi. Bundan xəbər tutan Qara Yusif Şirvan qoşunundan əvvəl Təbrizə çatdı. 1410-cu il Avqustun 30-da Təbriz yaxınlığında Şənbi-Qazan adlı yerdə Qara Yusiflə Sultan Əhməd arasında döyüş başlandı. Cəlairi qoşunu darmadağın edildi. Sultan Əhməd Qara Yusifin əlinə keçdi. Azərbaycanda və İraqda hakimiyyətdən əl çəkməsi haqqında ondan yazılı iltizam alındı və ertəsi gün öldürüldü. Bununla da Cəlairilərin Azərbaycandakı hakimiyyətinə son qoyuldu. Qara Yusif oğlu Qiyasəddin şah Məhəmmədi Bağdada canişin göndərdi. Beləliklə, 1410-cu ildə Qaraqoyunlu dövləti yarandı. Şimalda yerləşən Şirvanşahlar dövləti istisna olmaqla qalan Azərbaycan torpaqları, Şərqi Anadolu, Gürcüstanın şərq hissəsi, Qərbi İran və İraq bu dövlətin tərkibinə daxil edildi. Təbriz dövlətin paytaxtı oldu. 1411-ci ildə Qara Yusif özünü yox, oğlu Pirbudağı sultan elan etdi. Çünki dövrün ənənəsinə görə yalnız şah, sultan nəslinə mənsub olanlar qanuni hökmdar hesab olunurdular. Uzaqgörən Qara Yusif bunu yaxşı bildiyindən, Pirbudağı sultan Əhmədə oğulluğa vermişdi. Ancaq yüksək idarəçilik hüququ Qara Yusifdə qalırdı. Qara Yusif dövrünün böyük şəxsiyyəti idi. O, qüvvətli süvari ordu yaratmışdı, özü Azərbaycanın cənub vilayətlərini, oğlanları isə dövlətin qalan hissəsini idarə edirdilər. Qara Yusif güclü mərkəzi aparat yarada bilməsə də, feodal ara müharibələrini bir qədər zəiflətdi, əyanları hakimiyyətlə hesablaşmağa məcbur etdi. Bu illərdə təsərrüfatda da müəyyən canlanma müşahidə olunurdu. Feodalların, asılı kəndlilər üzərindəki ağalığını təmin etmək üçün əlverişli şərait yaranmışdı.
Kitab: Azərbaycan Tarixi 8.