22.12.2012

Zevsin doğulması



Məqaləni 8"S "sinfinin şagirdi Qasımova

Aytac hazırladı.

Kron taxta həmişəlik çıxdığına əmin deyildi.Qorxurdu, qorxurdu ki, uşaqları da onun üzünə ağ olarlar, atası Uranın başına açdığı oyunu uşaqlar da onun başına açarlar. Kron arvadı Reyaya tapşırdı ki, doğulan uşaqları onun hüzüruna gətirsin, uşaqlarının hamısını amansızca uddurdu. Uşaqlarının taleyihi görən Reya dəhşətə gəlirdi. Kron uşaqlarının beşini- Hestiyanı, Demetranı, Herunu, Aidanı(Hadesi) və Poseydonu artıq udmuşdu. istəmirdi.Reya axırıncı uşağını da  itirmək istəmirdi. Valideynləri Uranın- Göyün Heya-
nın- Torpağın məsləhəti ilə Reya Krit adasına çəkildi, adadakı mağarada oğlu Zevsi dünyaya gətiridi. Qəddar atanın əlinə düşməsin deyə, ana oğlunu mağarada gizlətdi, Krona udması üçün əsgiyə bələnimiş daş verdi. Aldandığı Kronun heç ağlına da gəlmədi.
      Zevs isə Krit adasında böyüməkdə idi.
Pərilərdən Adrasteya və İdeya körpə Zevsin nazı ilə oynayırdılar. Onlar uşağa ilahi keçi Amalfeyin südünü içirirdilər. Arılar uca Dikta dağının yamaclarından bal daşıyırdılar. Balaca Zevs ağlayan zaman mağaranın keşiyini çəkən kuretlər qılıncla qalxanı döyəcləyirdilər,
istəmirdilər ki,Kroun uşağın ağlamasını eşitsin qardaş- bacılarının taleyi kimi qurtarsın, istəmirdikilər ki, Zevsin taleyi də qardaş- bacılarının taleyi kimi olsun.